Icma.az
close
up
RU
Qiyabi təhsil almaq istəyənlər mütləq oxusun: Bu tədris forması ləğv olunacaq? KONKRET

Qiyabi təhsil almaq istəyənlər mütləq oxusun: Bu tədris forması ləğv olunacaq? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ümumiyyətlə, əyani təhsil forması hər zaman özünün faydalılığı və əmək bazarı üçün daha hazırlıqlı kadr formalaşdırma potensialına görə qiyabi təhsili qabaqlayıb”.

Bunu KONKRET.az-a açıqlamasında təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri deyib. Onun sözlərinə görə qiyabi tədris forması bir neçə səbəbdən hələ də öz aktuallığını saxlamaqdadır:

“İstər sovet, istərsə də müstəqillik illərində biz qiyabi təhsil formasına marağın heç də az olmadığını görürdük. Bunun 3 səbəbi olub:

-Haradasa işləməsinə baxmayaraq insanlar təhsillərini artırmaq, yaxud ali təhsil əldə etmək istəyəndə bu varianta əl atırdı;

-Məsafə amilinə görə universitetə mütəmadi gedib-gəlmək imkanları olmayan şəxslər üçün uyğun idi;

-Keçid balının və illik təhsil haqqının əyani tədris forması ilə müqayisədə azlığı.

Bu səbəblərə görə, qiyabi tədris forması bu gün da aktuallığını saxlayır və bir çox insan üçün ən uyğun variant hesab olunur. Biz ixtisas seçimləri zamanı qiyabi təhsil formasının nə qədər arzulandığının şahidi oluruq”.

Tədqiqatçının fikrincə, qiyabi əsaslar üçün plan yerlərinin azaldılması bu tədris formasına münasibəti dəyişdi:

“Son illərdə demək olar ki, bütün universitetlərdə qiyabi tədris üçün ayrılan plan yerləri xeyli azaldıldı. Bir çox ixtisaslar üçün isə qiyabi yerlər ayrılmır. Universitetlərdə qiyabi əsas üçün ayrılan plan yerləri yox dərəcəsində olduğuna görə, oradakı illik təhsil haqqıları əyani əsaslarla oxuyanların ödənişlərini də ötüb keçib. Düşünürəm ki, ən azından yuxarıda sadaladığım səbəblərə görə qiyabi tədris forması üçün ayrılan plan yerlərinin sayı artmalı və ictimaiyyətin ehtiyacı bu istiqamətdə ödənməlidir. Biz bu amilləri nəzərə alaraq qiyabi tədris formasının ləğvindən ümumiyyətlə danışa bilmərik. Yalnız bəzi ixtisasların spesifikliyi nəzərə alınaraq onlarda qiyabi tədris forması ləğv edilə bilər. Amma ümumi tədris formasının ləğvini düşünmürəm. Əgər problem qiyabi tədris formasındakı təhsilin keyfiyyətsizliyidirsə, bu, artıq başqa problemdir və həmin istiqamətdə çox ciddi işlər görülə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri