Icma.az
close
up
RU
Qiyməti 50 manatdan başlayır, etik prinsiplərdən kənar prosedurları... Tatu ustası ilə MÜSAHİBƏ

Qiyməti 50 manatdan başlayır, etik prinsiplərdən kənar prosedurları... Tatu ustası ilə MÜSAHİBƏ

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qədim kökləri Misirə gedib çıxan Tatu...  Taita dilində “tatau” sözündən götürülüb, mənası “insan bədənində yazı” deməkdir. "Tatu" sözünü Avropaya məşhur ingilis səyyahı Ceyms Kuk gətirib. Daha çox dənizçilər arasında yayılan tatu bir müddət sonra aktuallığını itirdi, ta ki amerikalılar onu yenidən dirildənə qədər...

Tatu insanın bədənində özünü ifadə etmə yoludur. 

Hər bir tatu (döymə) özündə fərqli bir duyğu, xatirə, hekayə daşıyır.

Bəs tatu sənətinin incəlikləri nələrdir?

Qocaman tarixə malik tatunun sirlərini Müjgan Aşurbəyovadan öyrənəcəyik:

- Tatu etməyə necə başladınız və bu sahəyə marağınız necə yarandı?

- Uşaqlıqdan rəssamlığa böyük marağım olub və bu sahə üzrə təhsil almışam. Sonra düşündüm ki, sənətimi daha fərqli şəkildə icra etməliyəm.Tatunun bir növ canlı incəsənət olduğunu kəşf etdim və bu sahəyə yönəldim. İnsanların özlərini ifadə etməsinə kömək etmək və sənətimi birbaşa onların üzərində canlandırmaq mənim üçün inanılmaz maraqlıdır.

- İndiyə qədər etdiyiniz ən çətin tatu dizaynı hansıdır?

-  Hər işin çətin tərəfləri olduğu kimi tatunun da çətin tərəfləri var. Çox çətinlik çəkdiyim tatu dizaynı olmayıb. Çətin vəziyyətdə qaldığım tatu prosesi olub.Bu işə yeni başlamışdım. Bir xanımın bud nahiyəsinə “old school” tərzində qızılgül tatu edirdim. Xanım ağrıya çox dözümsüz və içkili idi.  Təcrübəm az olduğu üçün xeyli çətinlik çəkmişdim.

- Müştərilərinizlə necə ünsiyyət qurursunuz və onların istəklərini necə anlayırsınız?

- İlk növbədə onları diqqətlə dinləyir, istəklərini və fikirlərini anlamağa çalışıram. Bəzən dəqiq nə istədiklərini bilmirlər, bu zaman onları yönləndirir, fikirlərini  vizual olaraq formalaşdırmağa kömək edirəm. Hər bir tatu bir hekayə daşıdığı üçün qarşılıqlı güvən və rahat ünsiyyət qurmaq mənim üçün çox önəmlidir.

- Tatu prosesinin hansı mərhələləri var?

- Proses bir neçə əsas mərhələdən ibarətdir. Müştəri ilə ilk olaraq dizaynı müzakirə edirik. Eskiz tatu ediləcək nahiyəyə uyğun hazırlanır. Daha sonra dizaynı həmin nahiyəyə köçürüb dəqiqləşdirmə aparırıq. Növbəti mərhələ proses mərhələsidir. İş bitdikdən sonra isə müştəriyə düzgün baxım qaydalarını izah edirik ki, tatunun sağalma prosesi problemsiz keçsin.

- Tatu etməzdən əvvəl müştərilərə hansı tövsiyələri verirsiniz?

- Bir neçə vacib tövsiyələr verilir. Öncəliklə qidalanmalı, prosedura ac gəlməməli, kofein və alkoqol qəbul etməməli olduqlarını deyirik. Rahat geyim geyinməlidirlər.

- Hansı materiallardan və avadanlıqlardan istifadə edirsiniz?

- Tatu prosedurunda yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunur. Hər biri steril və tək istifadəlik olur. “Dinamic mast” kimi çox bilinən markalardan istifadə edirik.

- Tatu etdirmənin riskləri nələrdir və hansı təhlükəsizlik tədbirlərinə riayət edirsiniz?

- Bəzi riskləri var və təhlükəsizlik hər zaman ön planda olmalıdır. Əsas risklər infeksiya, allergik reaksiyalar və düzgün baxılmadıqda tatu bölgəsində problemlərin yaranmasıdır. Qanla işlədiyimizə görə, steril alətlərdən istifadə etmədikdə hepatit xəstəliyi də yarana bilər. Bunun qarşısını almaq üçün yalnız steril avadanlıqlardan istifadə edirəm və gigiyena qaydalarına ciddi riayət edirəm. Həmçinin müştərilərə düzgün baxım tövsiyələri verirəm ki, tatunun sağalma prosesi problemsiz keçsin. Peşəkar və təmiz şəraitdə edildikdə bu risklər minimuma enir.

- Sizcə, ideal tatu dizaynı necə olmalıdır?

- Həm estetik baxımdan cəlbedici, həm də şəxsi mənası olan bir əsər olmalıdır. Hər bir tatu fərdi olmalı, müştərinin xarakterini, hisslərini və hekayəsini əks etdirməlidir. Xətlər və kölgələr harmonik şəkildə işlənməlidir. Ən əsası isə  insanın illər sonra belə sevərək daşıya biləcəyi bir sənət əsəri olmalıdır.

- Tatu etdirdikdən sonra müştərilər daha çox hansı məsələlərlə bağlı sizə müraciət edirlər?  

- Ən çox tatu baxımı ilə bağlı suallar verirlər. Su ilə təmasdan necə qorunmalı olduqlarını öyrənmək istəyirlər. Bəzən rəngin solması və ya dəri tipinə görə yaranan kiçik dəyişikliklərlə bağlı da müraciət edirlər. Həmçinin bəzi müştərilər zamanla tatularını yenilətmək və ya üzərində kiçik düzəlişlər etdirmək üçün geri qayıdırlar.

- Tatunu tamamilə sildirmək mümkündürmü?


- Bəli, amma bizim ölkədə tatunu tam silməyi bacaran yoxdur. Ya izi qalır, ya da yara kimi görünür.

- Tatu dizaynını hazırlayarkən hansı sənət və dizayn prinsiplərinə riayət edirsiniz?

- Bu, əslində müştərinin istəyinə görə dəyişir. İndividual olur. Əsas məqsəd həm estetik, həm də müştərinin hekayəsini əks etdirən unikal bir sənət əsəri yaratmaqdır.

- Müştərinin istədiyi dizaynla öz stiliniz arasında konflikt olduqda necə qərar verirsiniz?

-İlk növbədə müştərinin fikirlərinə hörmətlə yanaşıram. Onların istəklərini anlamağa çalışıb, dizaynı mənim stilimlə necə uyğunlaşdıracağımı müzakirə edirəm. Bəzən müzakirə edərək hər iki tərəfi razı salan bir nəticə əldə edirəm. Uyğunlaşma çətin olarsa, ən yaxşı nəticəni əldə etmək üçün müştəriyə alternativ yollar təklif edirəm.

- Tatu etdikdən sonra müştərilərin məmnuniyyəti ilə bağlı nə dərəcədə məsuliyyət hiss edirsiniz?

- Müştərinin məmnuniyyəti mənim üçün çox vacibdir. Onların rahatlığı və razılığı işimə qarşı məsuliyyətimi və həvəsimi artırır.  Hər zaman ən yaxşı nəticəni əldə etməyə çalışıram. Müştəri məmnuniyyəti mənim üçün ən böyük uğurdur.

- Tatu qiymətləri necə dəyişir?

- Minimal tatu qiyməti 50 manatdan başlayır.

- Müştərinin istəyi sizə etik baxımdan uyğun gəlmədikdə nə edirsiniz?

- Etik prinsiplərə çox önəm verirəm. Əgər müştərinin istəyi etik baxımdan mənə uyğun gəlmirsə, bunu ona açıq şəkildə izah edirəm və başqa usta tapmasını məsləhət görürəm.

- Sizi tənqid edən müştərilərlə necə davranırsınız?

- İlk növbədə sakitliyimi qoruyur  və peşəkar davranıram. Müştərinin fikirlərini diqqətlə dinləyir və onları başa düşməyə çalışıram. Hər tənqid inkişafım üçün bir fürsətdir, buna görə də müştərinin narazılığını düzgün şəkildə aradan qaldırmağa cəhd göstərirəm.

- Tatu sənətindəki yeni trendləri hansı mənbələrdən izləyirsiniz?

- Sosial media platformalarında, xüsusilə Instagram və Pinterest-də məşhur tatu artistlərinin işlərini izləyirəm.

- Müştəri üçün unikal dizayn yaratmağın çətinlikləri nələrdir?


- Unikal dizayn yaratmaq hər zaman çətindir, çünki hər müştərinin fərqli zövqü, istəyi və tərzi olur. Əsas çətinliklərdən biri müştərinin istədiyi tərzi və mənanı tam anlamaqdır, çünki bəzən onlar nə istədiklərini dəqiq bilmirlər.

- Tatu sənətində ən çox hansı problemlərlə qarşılaşırsınız?

- Tatu qiymətləri bəzən müştərilər üçün baha olur.Tatudakı qiymətlər işin mürəkkəbliyinə, ölçüsünə, vaxtına və sənətçinin təcrübəsinə görə dəyişir. Bəzi müştərilər sadəcə ucuz variantları axtarır, amma nəticədə bu, keyfiyyət məsələlərinə təsir edir.

- Dəri tipi tatuya təsir edirmi?

- Bəli, tatu nəticəsinə təsir edir. Qalın və yağlı dəri rəngləri çətin qəbul edir, incə və quru dəri isə rəngləri yaxşı qəbul etsə də, daha çox qulluq tələb edir. Bəzi bölgələrdə, məsələn, barmaq və qabırğa kimi yerlərdə dəri daha incədir.Bu da tatu etməyi çətinləşdirir. Hər dəri tipi üçün fərqli yanaşma tələb olunur.

- İndiyə qədər peşmanlıqla xatırladığınız tatu proseduru olubmu?

- Əslində, heç bir peşmanlıq yaşamamışam, ümid edirəm ki yaşamaram.

- Tatu ustalarının işlərinə göstərdikləri diqqət və yaratdıqları əsərlər bu sahənin nə qədər mürəkkəb və dərin olduğunu göstərir. Bədəninə çəkilən hər bir naxış insanın özünü ifadə etmə tərzini, inandığı dəyərləri və keçmişinin izlərini daşıyır...

Ülkər Abdurahmanlı 


Fotolar: Anar Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1223

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see190

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see149

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see128

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see118

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri