Qiymətini yenidən qaldıracaqlar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Nvidia” şirkəti video-yaddaşın bahalaşması və yaranan qıtlıq səbəbindən tərəfdaşları üçün qrafik prosessorların qiymətini növbəti dəfə qaldıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wccftech” nəşri məlumat yayıb.
Məlumata görə, “Nvidia” qrafik prosessorlarla birlikdə tədarük etdiyi GDDR6 və GDDR7 yaddaş dəstlərinin qiymətinin artacağı barədə tərəfdaşlarına xəbərdarlıq edib. Videokart istehsalçıları bu dəstləri “Nvidia”dan alaraq öz platalarına quraşdırdıqları üçün artan xərclərin birbaşa alıcıların üzərinə düşəcəyi gözlənilir.
Nəşr qeyd edir ki, qiymət artımı yalnız GDDR7 yaddaşlı “Blackwell” arxitekturasına əsaslanan videokartlara deyil, həm də GDDR6 yaddaşından istifadə edən “GeForce” modellərinə təsir edəcək.
Bununla yanaşı, soyutma sistemlərinin, çap platalarının və qablaşdırmanın da bahalaşması istehsal xərclərini artırır. Bu səbəbdən həm yeni çıxan videokartların, həm də bazarda artıq qıtlığı yaşanan əvvəlki nəsil modellərin qiymətində ciddi artım gözlənilir.
Bildirilir ki, qiymət artımı xüsusilə RTX 50 SUPER seriyalı videokartlarda daha qabarıq hiss olunacaq. Buna səbəb yeni 3 QB həcmli GDDR7 yaddaş mikrosxemlərinin qiymətinin 2 QB-lıq modullarla müqayisədə təxminən üç dəfə baha olmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 İyul 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















