Icma.az
close
up
RU
“Qiymətlər qalxıb, artıq ikinci liqa oyunçusunu belə, bura gətirmək çətinləşib”

“Qiymətlər qalxıb, artıq ikinci liqa oyunçusunu belə, bura gətirmək çətinləşib”

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Premyer Liqa klubları artıq bir neçə müddətdir yay transferlərinə start verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klublarının indiyədək həyata keçirdikləri transferlərə bağlı tanınmış futbol meneceri Vaqif Heydərli komanda.a-za fikirlərini bölüşüb:

“Hər şey normaldır, hər il olduğu kimidir. Nə əvvəllki illərdən çox deyil, nə də az. Transfer pəncərəsi hələ bitməyib. Qarşıda bir aydan da çox müddət var. Amma aktivlik hiss olunur, xüsusən, avrokubok iştirakçılarında. “Qarabağ”da, “Sabah”da, xüsusən də, “Araz-Naxçıvan”da.

Yəni, belə deyim, bu sahədə lider hazırda “Araz-Naxçıvan”dır. Demək olar ki, böyük ölçüdə bütün transfer işlərini bitiriblər.

Digərləri ilə müqayisədə, o qədər olmasa da, “Zirə” də işlərini davam etdirir. Amma hələ irəlidə vaxtı da var. Digər klublar avrokubok iştirakçılarına nisbətən bir az passivdirlər. Bu da ondan irəli gəlir ki, çempionata kimi onların hələ vaxtları var”.

Heydərli əcnəbi futbolçuların Azərbaycan Premyer Liqasına gətirilməsinin çətinliklərindən də danışıb:

“Əcnəbi futbolçuların Azərbaycana gətirilməsi əlbəttə ki, çətindir. Əvvəl çox çətin idi, indi bir az da çətinləşdi. Çünki eyni məbləğlərə digər çempionatlara daha çox maraq göstərirlər. Bura gəlmək üçün daha yüksək məbləğlər istəyirlər. Bizim klublar, misal üçün, deyək ki, əvvəllər Portuqaliyanın yüksək liqasından oyunçu gətirməyə cəhd edirdilər, ikinci liqa oyunçularına o qədər də üstünlük vermirdilər. Qiymətlər orada qalxdığı üçün artıq ikinci liqa oyunçusunu belə, bura gətirmək çətinləşib və hətta üçüncü liqaya yönəliblər”.

Həmsöhbətimiz meneceri olduğu və bu yay “Sabah”dan ayrılan Namik Ələskərova Türkiyə klublarının maraq göstərdiyini deyib:

“Namik Ələskərova həm yerli, həm də Türkiyənin 1-ci liqa klublarından maraq var. Hələ ki, danışıqlar gedir, açıqlama verəcək mərhələyə gəlib çıxmayıb. Düşünürəm ki, yaxın zamanda bəlli olar”.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 İyul 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri