Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Qiymətli eşşək söhbəti: 6 eşşəyə çəkilən xərclə 1 ferma yaratmaq olar

Qiymətli eşşək söhbəti: 6 eşşəyə çəkilən xərclə 1 ferma yaratmaq olar

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ilin əvvəlində Dövlət Statistika Komitəsi bildirdi ki, ölkəmizdə 14924 baş eşşək olub. Həmin bu eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur. DSK onu da vurğuladı ki, 2023-cü ilin əvvəlinə olan məlumatda Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.

Amma 2022-ci ildən məlum idi ki, polislərimizin keçirdikləri tədbir nəticəsində Sabirabad rayonu Yaxadəllək kənd sakini, bölgədə “Eşşək Tahir” adı ilə tanın Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürüldü. Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

Sonra isə məlum oldu ki, eşşək ətindən təkcə dönərxanalarda, kolbasa sexlərində yox, hətta kafelərdə və restoranlarda istifadə edilir.

Qazanc gətirən  Eşşək


Maraqlısı isə odur ki, hələ 2018-ci ildə Bakıda, daha dəqiq Abşeron rayonu Məhəmmədi qəsəbəsində nəinki ölkənin, Qafqazın ilk eşşək ferması açıldığı barədə məlumat yayıldı. Amma uzun müddət fəaliyyət göstərə bilmədi. Süddən bakteriya çıxdı deyə ferma bağlandı.Yəni, kiminsə, "zaval"ına gəldi.
Yeri gəlmişkən, təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsəd “Yeni Müsavat”a açıqlamasında eşşək südünün faydasının misilsiz olduğunu bildirərək demişdi ki, eşşək südü ana südünə yaxın ən yaxşı süddür:” İnək, keçi südlərindən fərqli olaraq bu südü bişirilmədən içmək mümkündür, çünki onun tərkibi bakteriya saxlamır”.
Seyfəddin həkim onu da deyirmiş ki, eşşək südünün tərkibi zəngin maddələrlə doludur:” Bu süd həm də qrip xəstəliklərinin müalicəsində də misilsizdir.Südünün bu cür əhəmiyyətli olmasına görə Almaniyada eşşəyə heykəl qoyublar.Eşşək südünün bahalı olmasına gəldikdə isə, bir eşşək gün ərzində cəmi 100 qram süd verə bilir. Ona görə də onun südünün qramı bahalıdır.Ona görədə 500 qram eşşək südü 40-50 manata, 200 qramı isə 16-20 manata satılır”.ı

Amma bir məmurun həbs edilməsi ilə bağlı istintaq araşdırmasından sonar bildik ki, əslində Neftçalada da eşşək ferması varmış. Neftçala rayonunun icra hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev rayonda “Xol yolu” deyilən ərazidə eşşək ferması saxlayırmış. Sən demə, 200-dən çox cins eşşək saxlayan icra başçısı, onların südünü dərman vasitəsi kimi satırmış.
Məlumatlarda deyilir ki, qazanclı olan “eşşək südü” biznesi böyük ölkələrdə də populyardır. ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin eşşək südü istehsal edən ölkələr arasındadır. Hətta qərb mediası Serbiyada eşşək südündən pendir hazırlandığını da yazır. Adı Pule olan pendirin 1 kq-mıi 1000 avrodur. Hətta deyirlər ki, qardaş Türkiyədə xeyli eşşək ferması var. Özləri içməsə də xaricə satılması böyük qazanc gətirir. Əslində belə bir fermanın Azərbaycanda yaradılması çox uğurlu bir layihə olardı. Həm südə görə, həm pendirə görə… Həm də….

Bahalı Eşşək


Deməli, 2024-cü ildə Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib. İdxal olunan 6 baş ulaq üçün ümumilkdə 9,4 min dollar (16 min manat) ödənilib. Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub. mütəxəssislərin dediyinə görə, Türkiyədən alınan eşşəklərlə bizim eşşəklər arasında heç bir fərq yoxdur.
Bunu Türkiyə mediası da təsdiq edir.Məsələn, 2018-ci ildə məşhur aktrisa Özgü Namal dünyanın ən bahalı pendirlərindən olan "Pule" hazırlamaq üçün Balkan eşşəkləri alıb.Aktrisa reklamçı həyat yoldaşı Serdar Oralla birgə Balkan eşşəkləri alıb.

İnternet üzərindən araşdırma apararkən məlum olur ki, 2009-cu ildə Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, xaricdən 34 baş safqanlı, təkdırnaqlı ulaq (eşşək) və qatır alınaraq ölkəyə gətirilib. Bu heyvanların alınmasına 179 min 700 dollar vəsait xərclənib.
Məlumat “Yeni Musavat”da yayılıb:”Apardığımız hesablamaya görə, hər bir baş safqanlı, təkdırnaqlı heyvan ölkəmizin dövlət büdcəsinə 5 min 285 dollar 29 sentə başa gəlib. Bu, Dövlət Statistika Komitəsinin məlumatında da aydın şəkildə yazılıb.

Həmin məlumatlarda bildirilir ki, Almaniyadan Azərbaycana idxal edilən 2 baş safqanlı eşşəyə görə 82 min dollar, yəni hər baş eşşəyə görə 41 min dollar pul verilib. Türkiyədən alınan 1 baş qatıra 11 min 500, əlavə olaraq daha 14 baş qatıra isə 18 min 200 dollar xərclənib. Belçika, Lüksemburq, ABŞ, hətta Gürcüstandan da qatır və eşşək almaq üçün bir xeyli vəsait xərclənib. Məlumat üçün bildirək ki, 2006-cı ildə ulaq, qatır və at qatırına (bu heyvan növünün nə olması qaranlıq qaldı; hər halda Dövlət Statistika Komitəsinin sənədlərində belə yazılıb-red.) xərclənən vəsaitin həcmi 156 min 900 dollar təşkil edib”.
2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycana xarici ölkələrdən diri halda alınıb, gətirilən heyvanların statistikası cəmiyyətdə ciddi maraq doğurmuşdu. DSK-nin məlumatda deyilirdi ki, 2013-cü ildə xaricdən ölkəmizə idxal olunan diri atlar, ulaqlar və qatırlar 29 baş təşkil edib ki, buna da 132,4 min ABŞ dolları xərclənib. Orta hesabla götürsək, bir at və ya qatırın qiyməti 4500 dollardan baha baş gəlir. Ölkəyə orta səviyyəli bir avtomobil qiymətinə xaricdən at-eşşək gətirilməsi həmin dövrdə sosial şəbəkələrdə gülüş hədəfinə çevrildi.
Bildiyiniz kimi, İqtisadi rayonlar arasında eşşələrin sayının ən çox olduğu bölgələr var . Qazax-Tovuzda 4116 baş, Lənkəran-Astara 2713 baş, Quba-Xaçmazda 1812 baş, Ağdamda 173, Füzulidə 315 vəsair. Məlumdur ki, Azərbaycanın bölgələrində 30-50 manat arası pulla 1 ulaq, 150-300 manata isə normal bir at almaq mümkündür.
Elə ola bilərmi ki, bu qədər pulu (16 min manat) Azərbaycandakı eşşəkləri sahibindən satın alıb ferma yaradılsın? Lazım olan cinslər isə xaricdən fermaya gətirilsin?6 eşşəyə 16 min manat verməklə, eşşək fermasının yaradılmasına çəkiləcək 16 min manatın yekun nəticəsi eyni deyil axı. İkinci variant daha uğurludur…
Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri