Icma.az
close
up
RU
“Artıq “Qız nədir, futbol nədir?! fikri unutdurulub” Nərgiz Qurbanova

“Artıq “Qız nədir, futbol nədir?! fikri unutdurulub” Nərgiz Qurbanova

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Ölkəmizdə qızların futbola marağı artmaqdadır. Bu maraq təkcə qızların futbolu izləməyinə, komandalara azarkeşlik etməyinə yox, həm də futbolçu peşəsini seçməyinə də səbəb olur.

Ona görə də Azərbaycanda qızlardan ibarət komandaların sayında artım şüahidə olunur. Artıq qızlar da oğlan futbolçular kimi milli komandalarımızın heyətinə düşmək, beynəlxalq arenalarda uğur qazanmaq istəyirlər.

Bugünkü həmsöhbətimiz isə Azərbaycanın qızlardan ibarət U-17 millisinin baş məşqçisi Nərgiz Qurbanovadır.

- Nərgiz xanım, əvvəlcə sizin haqqınızda danışaq. Futbola marağınız necə yaranıb?

- Futbola marağım hələ kiçik yaşlarımdan başlayıb. Çünki futbola baxmağı çox sevirdim. Oğlan dostlarımla futbol oynayırdım. İlk vaxtlar valideynlərim icazə verməsələr də, müəyyən yaşdan sonra fikirlərini dəyişdirə bildim. Təxminən 12 yaşımdan qızlardan ibarət komandaların birində futbol məşqlərinə başladım. Zamanla qadınlardan ibarət U-17 və U-19 millilərində də forma geyinməyə nail oldum.

- Bəs, məşqçi olmağa necə qərar verdiniz?

- Hal-hazırda 31 yaşım var. 12 ildir ki, məşqçi kimi fəaliyyət göstərirəm. Təbii ki, düşünmürəm hansısa bir futbolçu gənc yaşlarından məşqçi olmaq istəsin. O vaxt mənim 19 yaşım var idi. Həmin dövrdə səhv etmirəmsə, yalnız U-15 ve U-17 qızlar liqası olduğu üçün yaşım uyğun gəlmirdi. Mən böyük olduğuma görə bu liqalarda oynaya bilməzdim. Bu səbəbdən də ilk məşqçim mənə təklif etdi ki, həm futbol oynayım, həm də təcrübəçi kimi indidən kiçik qızlara məşq keçim, gələcəkdə də futbol məşqçisi olum. Mən də razılaşdım. Çünki futbol həyatımın bir parçasına çevrilmişdi. Zamanla da başa düşdüm ki, uğur qazanmaq isdəyirəmsə, iki yoldan birini seçməliyəm. Mən də məşqçi olmağı seçdim.

- Xanım olaraq bu sahədə uğur qazanmaq sizin üçün çətin oldumu?

- Əlbəttə ki, hər uğurun arxasında çətin günlər və böyük zəhmət dayanır. Siz hər nə olsa da, dayanmayıb məqsədiniz üçün çalışırsınızsa, zamandan asılı olmayaraq, bir gün uğur qazanacaqsınız. Sadəcə səbrli olmaq lazımdır.

- Ümumiyyətlə, ölkəmizdə qadın futbolunun durumunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, qadın futbolu gündən-günə inkişaf edir. Buna misal kimi son illərdəki nailiyyətlərimizi göstərmək olar. Düzdür, bəzən məglubiyyətlər də alırıq. Amma bilirik ki, bu futboldur. Daim uğur qazanmaq mümkün olmaya bilər. Əvvəllər bir deyim var idi: "Qız nədir, futbol nədir?!" Məncə, artıq qızlarımız bu fikri unutdurub. Eləcə də əvvəllər uşaq futbola gələndə çox vaxt valideynlər icazə vermirdilər, dəstək olmurdular. Artıq bu mövzuda da müsbət dəyişikliklər baş verib.

- Sizcə, hazırda qadın futbolunda hansı problemlər var?

- Məncə bu, uzun bir mövzudur. Çox futbol mütəxəssisi öz fikirlərini bildirib. Sadəcə deyə bilərəm ki, həyatda ən yaxşı müəllim təcrübədir. Qızlarımızın gələcəkdə yaxşı futbol oynamağını istəyiriksə, ilk növbədə onların erkən yaşlardan futbola başlamağına kömək etməliyik. Məsələn, 10-13 yaşda yox, 6-8 yaşda. Qızlar bu yaşlarda futbol oynamağa başlasınlar ki, oyun təcrübələri qazansınlar, müəyyən yaşa gələndə daha yaxşı nəticələr əldə etsinlər.

- Azərbaycan futbolunda yaxşı futbolçu çatışmır, yoxsa yaxşı mütəxəssis?

- Bir futbolçu 12-13 yaşından futbola başlayırsa, ən yaxşı baş məşqçiyə də sahib olsa, o komananın nəticə qazanmağı çətinləşir. Təbii ki, ətraf və mühitin də futbolçuya böyük təsiri var. Bunu unutmayaq.

- Sonda futbolçu və ya məşqçi olmaq istəyən qızlara hansı məsləhətləri vermək istəyərsiniz?

- Demək istəyirəm ki, əvvəlcə peşənizi sevin və bunu bacaracağınıza inanın. Daha sonra çalışın. O qədər çalışın ki, yorulduğunuzu hiss edin. Çünki yorğunluq zəhmət və əmək vermək deməkdir. Bunun sonunda futbolun istənilən sahəsində uğur qazana bilərsiniz.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 İyun 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri