Icma.az
close
up
RU
Qızıl 1 ci, pomidor 2 ci, pambıq lifi 3 cü olub Qeyri neft sektoru ixracı ilə bağlı yeni rəqəmlər

Qızıl 1 ci, pomidor 2 ci, pambıq lifi 3 cü olub Qeyri neft sektoru ixracı ilə bağlı yeni rəqəmlər

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib.

Marja xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artaraq 2,6 milyard  ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq 841,4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 14,9 milyon ABŞ dolları və ya 46,9%, meyvə-tərəvəz 143,7 milyon ABŞ dolları və ya 31,3%, kimya sənayesi məhsulları 45,6 milyon ABŞ dolları və ya 22%, pambıq iplik 2,7 milyon ABŞ dolları və ya 12,5%, çay 159,4 min ABŞ dolları və ya 3,3%, alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon ABŞ dolları və ya 2,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1 min ABŞ dolları və ya 1% artıb.

2025-ci ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,8% artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2% artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157,2 milyon ABŞ dolları) ikinci, pambıq lifi (134,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl  (27.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (17.1 milyon ABŞ dolları) ikinci, meşə fındığı (12,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin doqquz ayında Rusiya Federasiyasına 878,9 milyon ABŞ dolları, Türkiyəyə 435,8 milyon ABŞ dolları, İsveçrəyə 247,8 milyon ABŞ dolları, Gürcüstana 244,8 milyon ABŞ dolları,  Ukraynaya isə 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin sentyabr ayında Rusiya Federasiyasına 64,8 milyon ABŞ dolları, Türkiyəyə 41,1 milyon ABŞ dolları, Gürcüstana 28,4 milyon ABŞ dolları, İsveçrəyə 27,7 milyon ABŞ dolları, Ukraynaya isə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://marja.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri