Icma.az
close
up
RU
Qızıl qiymətinə gilas Yay meyvələri niyə bu qədər bahadır?

Qızıl qiymətinə gilas Yay meyvələri niyə bu qədər bahadır?

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bakıda yay meyvələri bahalaşıb. Gilas, çiyələk, albalı qiymətləri rekord həddə çatıb. Bu yazıda qiymət fərqlərinin səbəbləri barədə danışacağıq...

Yayın gəlişi ilə Bakının bazar və supermarketləri rəngarəng mövsümi meyvələrlə dolub-daşsa da, alıcılar bu bolluqdan lazımı qədər istifadə edə bilmir. Gilas, ərik, albalı kimi süfrələrin klassik ləzzətləri bu il paytaxt sakinləri üçün demək olar ki, “lüks məhsul”a çevrilib.

Eyni meyvə, fərqli qiymət: Bakı ilə bölgələr arasında kəskin fərq

Şimal bölgələrinin bağlarında yetişdirilən və fermerlər tərəfindən 2–3 manata satılan ərik və gilas Bakı bazarlarında 8-12 manat arasında dəyişən qiymətlərlə təklif olunur. Albalının kiloqramı isə bəzi satış məntəqələrində hətta 13 manata qədər yüksəlib. Halbuki bu məhsullar meyvəçiliklə məşhur olan  rayonlarda çox münasib qiymətə satılır.

Əslində bu qiymət fərqini nəqliyyat xərcləri ilə izah etmək düzgün deyil. Məsələn, Xaçmazdan Bakıya bir neçə yeşik meyvə gətirmək üçün təxminən 20-25 manat yanacaq xərci tələb olunur. Bu məbləğ kiloqram başına əlavə olunmuş 20-30 qəpik fərq yaratsa da, 7-8 manatlıq qiymət fərqini əsaslandırmağa yetmir.

Xaçmazlı fermer Rafiq Əliyev isə vəziyyətdən narazı olduğunu gizlətmir: “Bağdan topladığım gilası yerli bazarda cəmi 2 manat 50 qəpiyə satıram. Amma həmin məhsul Bakıya çatanda qiyməti 10 manata qədər qalxır. Axı mən bu fərqdən niyə qazanmıram? Ən çox əziyyəti mən çəkirəm, amma qazancı başqaları aparır”, - deyə o gileylənir.

Qiyməti artıran əsas amil - vasitəçilər

Qiymət fərqlərinin əsas səbəbləri daha dərin, daha sistemlidir. İlk növbədə, məhsulun tarladan süfrəyə gələn yolundakı çoxsaylı vasitəçilər qeyd olunmalıdır. Fermer məhsulu birbaşa istehlakçıya deyil, alverçilərə satır. Bu alverçilər isə məhsulu bazara çıxaranadək 2-3 dəfə əl dəyişdirir və hər keçid zamanı üzərinə qazanc faizi gəlir. Nəticədə nə istehsalçı real qazanc əldə edə bilir, nə də istehlakçı münasib qiymətə məhsul ala bilir.

İkinci mühüm faktor isə şəhər daxilində meyvə satışının yüksək xərclərlə müşayiət olunmasıdır. Satıcılar yer haqları, soyuducu və qablaşdırma xərcləri, itki riski ilə üzləşirlər. Bu da təbii olaraq satış qiymətlərinə təsir edir.

Daha bir səbəb isə təbiət hadisələridir. Bu il yaz aylarında yağıntıların normadan çox olması gilas və ərik kimi tez yetişən meyvələrin məhsuldarlığına mənfi təsir göstərib. Bəzi bölgələrdə məhsul ya tam yetişməmiş qopub tökülüb, ya da keyfiyyətcə zəif olub. 

Bazar mexanizmləri niyə işləmir?

Əgər təklif artırsa, qiymət azalmalıdır - iqtisadiyyatın fundamental qanunu bunu deyir. Amma kənd təsərrüfatı məhsulları sahəsində bu prinsip çox zaman işləmir. Səbəb isə istehsal və satış zəncirində şəffaf və səmərəli mexanizmlərin olmamasıdır. Rəqabətli mühitin zəifliyi, fermerin şəhər bazarlarına çıxışının məhdud olması, kooperativlərin demək olar ki, yox səviyyəsində qalması və dövlət nəzarətinin zəifliyi qiymətlərin sərbəst şəkildə şişməsinə yol açır.

Statistik göstəricilər isə əksini göstərir: ərik, gilas və albalı istehsalında son 20 ildə ciddi artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə 13 min ton olan ərik istehsalı 2024-cü ildə 30 min tona, gilas 6 min tondan 50 min tona, albalı isə 6 min tondan 11 min tona yüksəlib. Bu artım əsasən Quba-Xaçmaz, Şəki-Zaqatala və Naxçıvan bölgələrində qeydə alınıb. Beləliklə, istehsalda artım olsa da, qiymətlərdə azalma əvəzinə yüksəliş müşahidə olunur.

Başqa ölkələr bu problemi necə həll edir?


Bir çox ölkələrdə kənd təsərrüfatı məhsullarının ucuz və əlçatan formada bazara çıxarılması üçün uğurlu modellər tətbiq olunur. Bu model həm qiymətlərin sabit saxlanmasına, həm də fermerlərin daha çox qazanc əldə etməsinə imkan verir.

Məsələn, Türkiyədə “Tanzim satış” adlanan model uzun illərdir fəaliyyət göstərir. Bu sistemdə kənd təsərrüfatı məhsulları birbaşa dövlətin təşkil etdiyi satış nöqtələrində təklif olunur. Vasitəçi sayının azaldılması məhsulun qiymətinə müsbət təsir edir və alıcı ilə istehsalçının birbaşa əlaqəsini təmin edir. Nəticədə fermer daha çox qazanır, alıcı isə daha ucuz məhsul alır.

Regionlarda istehsal olunan kənd təsərrüfatı məhsullarının birbaşa Bakıya gətirilərək satışa çıxarılması məqsədilə bir neçə ildir ki, ölkədə “Kənddən Şəhərə” modeli tətbiq olunur. Bu təşəbbüsün əsas məqsədi fermerlərin məhsullarını vasitəçilərsiz təqdim etməsinə şərait yaratmaq, eyni zamanda paytaxt sakinlərinə keyfiyyətli və münasib qiymətə kənd məhsulları çatdırmaqdır.

Model ilkin mərhələdə ciddi maraqla qarşılanıb və bir çox bölgə fermeri üçün satış imkanları yaradıb. Təzə, yerli məhsulların yarmarka şəraitində təqdim olunması həm alıcını, həm də istehsalçını razı salan bir addım kimi qiymətləndirilib. Bununla belə modelin davamlı və sistemli şəkildə fəaliyyət göstərməməsi müəyyən məhdudiyyətlər yaradır.

Hazırda “Kənddən şəhərə” təşəbbüsü əsasən yarmarka formatında -müəyyən vaxtlarda təşkil olunur. Müntəzəm fəaliyyət göstərən daimi satış məntəqələrinin olmaması bu modelin şəhər bazarında geniş təsir imkanlarını azaldır. Digər tərəfdən modelin əhatə dairəsi hələ də məhduddur – bu təşəbbüsdən faydalana bilən alıcı və fermer sayı çox azdır.

Qiymətlərə təsir məsələsinə gəlincə, “Kənddən şəhərə” modeli Bakı bazarlarında mövcud olan qiymət fərqini hələ ki, əhəmiyyətli dərəcədə aradan qaldıra bilməyib. Mövsümi meyvə və tərəvəzlər yarmarkalarda bir qədər ucuz təklif edilsə də, bu tendensiya geniş bazar qiymətlərinə ciddi təsir göstərmir.

Nə etməli? – Mütəxəssislərdən təkliflər

Mütəxəssislər meyvə məhsullarının qiymətindəki kəskin fərqlərin aradan qaldırılması və bazar sisteminin daha ədalətli şəkildə işləməsi üçün bir sıra sistemli həll yolları təklif edirlər.

İlk növbədə fermer bazarlarının sayı artırılmalı və bu satış məntəqələri şəhər mərkəzlərində daha əlçatan formada təşkil olunmalıdır. Bu addım həm istehsalçının birbaşa satış imkanlarını genişləndirər, həm də alıcıya məhsulu daha münasib qiymətlə əldə etməyə şərait yaradar.

Bununla yanaşı, onlayn satış platformalarının yaradılması vacib hesab olunur. Kənd təsərrüfatı məhsullarının rəqəmsal bazarlarda təklif olunması şəhər alıcısının birbaşa fermerlə əlaqə qurmasına və məhsulun vasitəçilər olmadan süfrəyə çatmasına imkan verə bilər.

Meyvələrin ucuz və effektiv daşınması da əsas məsələlərdən biridir. Bu məqsədlə loqistika sahəsində dövlət dəstəyi və subsidiya mexanizmləri tətbiq edilməlidir. Xüsusilə yanacaq və daşıma xərclərinin azaldılması məhsulun son qiymətinə müsbət təsir göstərə bilər.

Eyni zamanda qiymət monitorinq sisteminin gücləndirilməsi zəruridir. Bazarlarda süni qiymət artımlarına qarşı real nəzarət mexanizmlərinin tətbiqi alıcı hüquqlarını qorumaqla yanaşı rəqabətli mühitin formalaşmasına da töhfə verəcək.

Son olaraq fermerlərin kooperativləşməsi təşviq olunmalıdır. Kiçik və orta istehsalçılar birləşərək həm məhsullarını daha sərfəli şəkildə bazara çıxara, həm də vahid satış sisteminə daxil olaraq xərcləri azalda bilərlər. Bu, həm istehsalçı, həm də istehlakçı üçün daha davamlı və səmərəli bazar mühiti yarada bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri