Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Qızıl rekordları yeniləyir

Qızıl rekordları yeniləyir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Əlvan metalın qiyməti sıçrayışla artmaqdadır

2025-ci ilin oktyabr ayının ilk yarısı dünya birjalarında qızılın qiymətinin kəskin bahalaşması ilə müşayiət olunub. Əlvan metalın bir troya unsiyasının qiyməti  4 min 225 dolları ötüb. Təkcə son bir gündə birjalarda qiymət artımı 0,88 faiz və ya 36,7 dollar təşkil edib. Azərbaycan manatı ilə ifadə etdikdə, 1 qram qızılın qiyməti təxminən 231 manata bərabərdir. Bu, qiymət səviyyəsi 2025-ci ilin əvvəlindən bəri ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Belə ki, qızılın son bir ayda dəyəri 13,6 faiz, altı ayda isə 26,3 faiz, ötən 9 ayda isə 45 faizə yaxın  yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu dəyərli metal 55,5 faiz, son beş ildə isə 120 faiz bahalaşıb. Bazar situasiyaları onu ehtiva edir ki, qızıl qarşısıalınmaz sıçrayışla hər ay dəyərini artıraraq sərmayə baxımından ən etibarlı yığım aləti kimi möhkəmlənir.

ABŞ-ın qızıl birjaları assosiyaları üzrə məşhur UBS analitiklərinin fikrincə, qızıl qiymətinin 2025-ci ilin sonunda və növbəti ildə yenidən artmağa davam edəcəyi proqnozlaşdırılır. Bu amil investorlar arasında da yığımların transformasiyasına yeni stimullar verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu qızıla  yönəldəcək. Analitiklərin fikrincə, külçə qızıl üzrə tələbin artması ilə qiymətlərin 2026-cı ilin əvvəlində 5000 dolları ötəcəyi gözlənilir.

Ticarət müharibələri və qlobal risklər

Qlobal analitiklər qiymətlərin sürətlə artmasına ticarət müharibələri, tənəzzül gözləntiləri, ABŞ-ın yumşaq pul siyasəti və mərkəzi banklardan tələbatın artmasının səbəb olduğunu qeyd edirlər. Qızılın bahalaşmasına ABŞ-da Donald Trampın prezident seçilməsindən sonrakı investisiya fraqmentasiyalarının təsirləri az rol oynamır. Trampın yeni maliyyə siyasəti  ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır.

Bu baxımdan qiymət artımının əsas amillərindən biri kimi ABŞ Federal Ehtiyat Sisteminin son bir ayda faiz dərəcəsini aşağı salmaq siyasəti də təsiredici rol oynayır. FED-in yumşaq pul siyasəti valyuta və borc alətlərinə investisiyaları daha az cəlbedici edir və qızıl yığımlarına transformasiyanı artırır. Eləcə də qlobal geosiyasi qeyri-müəyyənlik və Donald Tramp administrasiyasının sərt ticarət siyasəti də bazarlara öz təsirlərini göstərir.

Qlobal səhmdarlar pullarını qızıla çevirir

Mərkəzi bankların artan tələbi də bazara xüsusi təsir göstərir. Son illər onlar ehtiyatlarını aktiv şəkildə diversifikasiya edir, qızılın payını artırırlar. “Goldman Sachs” analitiklərinin fikrincə, mərkəzi banklar, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu qurumları qızılla ehtiyatlarının struktur şaxələndirilməsini davam etdirir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2025-ci ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 40 faizdən çox artaraq 800 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 5 min tonu ötüb. Bankların 2025-ci ildə orta hesabla 80 ton, 2026-cı ildə isə daha 70 ton qızıl alacağını proqnozlaşdırır. Eləcə də, böyük iqtisadiyyata malik ölkələr - Çin, Səudiyyə Ərəbistanı, Braziliya, Türkiyə, Almaniya və Hindistan da əvvəlki ehtiyatların xarici valyutada saxlanması təcrübəsindən imtina edərək qızıl ehtiyatlarını fəal şəkildə artırırlar. Nəticədə bu amillər qızıla olan tələbi artırır və qiymətləri yüksəldir.

Mövcud situasiyalar investorlar arasında digər pul və invesisiya alətlərinin qızıl yığımlarına transformasiyasına yeni stiummlar verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu qızıla  yönəldəcək.

Azərbaycan da qızıl rezervlərini artırır

Dünya bazarında bu dəyərli metalın qiymət volatilliyi Azərbaycana da təsirsiz ötüşmür. Qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz limanı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Neft Fondu 2025-ci ilin birinci yarısında 34,5 ton qızıl alaraq öz portfelini möhkəmləndirib. 2024-cü ilin sonunda 146,6 ton qızıl altportfelinə malik DNF-nin hazırda qızıl investisiyaları 181 tondan artıqdır. Fondun yeni investisya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər ki, bu da əlvan metal yığımının cəlbedicliyinə işarədir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri