İngiltərədə istilik dalğası rekordları yeniləyir
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Böyük Britaniyada iyun ayı üzrə temperatur göstəriciləri yenidən tarixi maksimumu keçib. Meteoroloji müşahidələrə görə, ölkənin bəzi bölgələrində havanın həddindən artıq isti və rütubətli keçməsi davam edir.
Rəsmi məlumatlara əsasən, London və İngiltərənin cənub-şərq hissəsi üçün nadir hallarda tətbiq edilən “qırmızı” səviyyəli ekstremal istilik xəbərdarlığının müddəti uzadılıb. Somerset qraflığının Yeovilton bölgəsində temperatur 36,4°C-yə yüksələrək əvvəlki gün Qosport şəhərində qeydə alınan 36,1°C-lik göstəricini keçib və yeni iyun rekordu qeydə alınıb.
Sinoptiklərin proqnozuna görə, bu cür isti və yüksək rütubətli hava şəraiti həftənin sonuna qədər davam edə bilər. Bununla yanaşı, ölkənin bir çox bölgələrində güclü leysan yağışları və ildırımlı fırtınaların da müşahidə olunacağı bildirilir.
Ekstremal hava şəraiti nəqliyyat sektoruna da təsirsiz ötüşməyib. Dəmir yolu şirkətləri sərnişinlərə yalnız zəruri hallarda səfərə çıxmağı tövsiyə edir, çünki qatarların hərəkətində gecikmələr və bəzi reyslərin ləğvi qeydə alınır. Su istehlakı isə xüsusilə Kent bölgəsində rekord səviyyəyə çatıb.
Baxış sayı:122
Bu xəbər 25 İyun 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















