Icma.az
close
up
RU
“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimatı keçirilib AZƏRTAC

“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimatı keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə Şah İsmayıl Səfəvinin vəfatının 500 illiyinə həsr olunan “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” ikicildlik kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qızılbaşlığın Azərbaycan tarixində rolu haqqında sənədli film, daha sonra Şah İsmayıl Səfəvinin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə müraciət videosu nümayiş etdirilib.

AMEA prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixinin iftixar ediləsi səhifələrinin, o cümlədən Qızılbaşlıq tarixinin araşdırılaraq geniş oxucu kütləsinə və gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bu sahədə akademiya əməkdaşlarının iştirakından məmnunluğunu ifadə edib.

O bildirib ki, “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabı müstəqil Azərbaycan dövlətinin elm siyasətinin tələblərinə cavab verən qiymətli mənbədir.

Kitabın Azərbaycan tarixinin ən şərəfli dövrünə həsr olunduğunu söyləyən akademik vahid Azərbaycan anlayışının Şah İsmayıl Xətai tərəfindən yaradıldığını vurğulayıb. İsa Həbibbəyli qeyd edib ki, kitabın “Qızılbaş ensiklopediyası” adlandırılması tarixi və müasir diplomatik reallığı əks etdirir, Səfəvi-Şah İsmayıl anlayışını özündə birləşdirir. AMEA prezidenti vurğulayıb ki, bu kitabda Şah İsmayıl Xətai hakimiyyətinin daxili strukturunu, bu hakimiyyətin birliyinin fəlsəfəsini, köklərini, strategiyasını aydın görmək mümkündür.

AMEA Tarix və Etnologiya İnstitutunun baş direktoru professor Kərim Şükürov qızılbaşlığın Azərbaycan tarixində və tarixşünaslığında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Professor bu fenomenin Azərbaycan identikliyini geniş şəkildə işıqlandırmaq baxımından daha çox elmi tədqiqatlara ehtiyac olduğunu söyləyib.

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov ensiklopediyanın hazırlanması prosesi barədə məlumat verib. O bildirib ki, 8 bölümdən və 1001 başlıqdan ibarət olan ensiklopediyada qızılbaş şahları və şeyxləri, Səfəvi xanədanı, qızılbaşlığı təşkil edən türkman tayfaları, Səfəvi dövlətinin daxili və xarici siyasəti, qızılbaş inancı və Səfəvi hərbi-siyasi sistemi, qızılbaşlığın təsiri altında Səfəvi dövründə formalaşmış mədəniyyət, incəsənət və din, qızılbaşlıq haqda tarixi mənbələrlə bağlı məlumatlar öz əksini tapıb. Elçin Əsgərov qızılbaşlığın məhz azərbaycanlıların yaratdığı tarixi miras olduğunu xüsusi vurğulayıb.

Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov gələcəyə qalibiyyətlə getmək üçün tarixi dəyər və ənənələrə bağlı olmağın, milli kimliyimizin vacib məqamlarını yaşatmağın əhəmiyyətini qeyd ediblər. Qonaqlar ensiklopediya ilə bağlı öz təəssüratlarını, qızılbaşlığın Azərbaycanın dövlətçilik tarixində milli kimliyinin formalaşmasında və mədəni intibahında rolu haqda düşüncələrini bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri