Icma.az
close
up
RU
Qızılcaya bənzəyən skarlatina xəstəliyi Simptomları və müalicəsi!

Qızılcaya bənzəyən skarlatina xəstəliyi Simptomları və müalicəsi!

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Skarlatina qızdırma, intoksikasiya, angina və çox miqdarda nöqtəvari səpgilərlə müşayiət olunan kəskin infeksion xəstəlikdir. Bu xəstəliyə daha çox 2-10 yaşlı uşaqlar tutulurlar.

Sağlamolun.az qızılca ilə səhv salınan skarlatina xəstəliyi haqqında bütün məlumatları təqdim edir:

Skarlatina törədicisi A qrupu steptokokklarıdır. Böyrək zədələnməsi (qlomerulunofrit), angina, xroniki tozillit, revmatizm və s. xəstəlikləri yaradan da bu bakteriyalardır. Skarlatinaya yoluxma orqanizmdə ona qarşı immunitet olmadıqda baş verir.   

İnfeksiyanın mənbəyi skarlatina və ya angina xəstəsi, yaxud da stereptokokk daşıyıcısı olan “sağlam insandır”. İnkubasiya dövrü, adətən, 1-10 gün arasındadır.

İnfeksiya hava-damcı yolu ilə keçir (asqırdıqda,öskürdükdə və s. ). Bundan başqa, skarlatinaya qida məhsulları, ümumişlək qablar, paltarlar və s. yollarla yoluxmaq olar.     

Uşaqlarda skarlatinanın yaranma səbəbləri

Selikli qişaya düşən streptokokk burun-boğazda iltihabi dəyişikliklər yaradır. Mikrob çoxlu miqdarda zəhərli eritrotoksin maddəsi ifraz edir və onlar qana düşərək eretrositləri sıradan çıxarır. Nəticədə bütün orqanizmin intoksikasiyası (zəhərlənməsi) baş verir.

Bunun sayəsində bütün orqanlarda, eləcə də selikli qişalarda kiçik damarlar genişlənir, bu da xarakterik səpgilər yaradır.

Eritroksin dərinin üst qatını – epidermisi sıradan çıxararaq, nahamarlıq yaradır.   

Xəstəliyin birinci həftəsinin sonunda steptokokka qarşı immunitet yaranır.Antitellərin sintez və toplanması sayəsində yaranmış toksikoz azalmağa başlayır və səpgilər tədricən çəkilir.

Uşaqlarda skarlatinanın əlamətləri

Skarlatina kəskin formada başlayır – temperatur qəfil 39C-yədək qalxır, uşaq baş ağrısından, ürəkbulanma, halsızlıq və udqunan zaman möhkəm ağrıdan şikayətlənir. Birinci sutkanın sonu, ikinci sutkanın əvvəlində xırda, göynəmə verən səpgi yaranır və bir neçə saat ərzində demək olar ki, bütün bədəni örtür.

Skarlatinanın vacib əlamətlərindən biri – səpgilərin bir araya gəlməsi sayəsində yaranan tünd qırmızı zolaqların təbii qatlar nahiyəsində (qasıq qatlarında, dirsək qatlarında, qoltuqda) lokallaşmasıdır. Toxunduqda dərinin quru və kələ-kötür olması hiss olunur.

Xəstənin ağzına nəzər saldıqda al-qırmızı iltihablı qişa, damaqda irinləmə və dilin moruğu rəngdə olması qeydə alınır.        

Bundan başqa, səpgilər yanaqlarda, daha az - alın və gicgah nahiyəsində yayılır. Lakin, səpgilər burun-dodaq üçbucağına sirayət etmir və həmin nahiyə avazımız rəng alır – bu, skarlatinanın daha bir xarakterik əlamətidir. 

Uşaqlarda skarlatinanın müalicəsi

Skarlatinanı həkim təyin etdiyi antibiotiklərlə müalicə edirlər. Müalicə adətən 10-14 gün davam edir. Xəstəliyin ağır formalarında uşaq xəstəxanaya yerləşdirilə bilər.

Antibiotiklərdən başaqa, antihistamin preparatlar, kalsium qlükonat və vitaminlər təyin edilir. Yerli olaraq müxtəlif preparatlar və xalq təbabəti reseptləri ilə də müalicə aparılır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri