Qızılın qiyməti 3200 dollara yaxınlaşır ekspertlər həyəcan təbili çaldı
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Dünya birjalarında qızılın (XAU/USD) qiyməti əvvəlki günün artımını davam etdirərək 3100 dolları keçib. Bu gün qiymət 3160 dollar civarında dəyişir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu artım qlobal təhlükəsizlik və ABŞ prezidenti Donald Trampın aqressiv ticarət siyasətinin yaratdığı narahatlığın təsiri ilə baş verir. Eyni zamanda, geosiyasi gərginliklər də qızılın qiymətinin artmasına səbəb olur.
İnvestorlar ABŞ iqtisadiyyatında tariflərin tənəzzülə səbəb olacağını və bununla yanaşı Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyini düşünürlər. Bu dolların zəifləməsinə və qızılın qiymətinin artmasına dəstəksəbəb ola bilər. Lakin qızıl artıq yüksək səviyyəyə çatdığı üçün bəzi analitiklər yeni alış etməkdə ehtiyatlı olmağı tövsiyə edirlər.
Keçən həftə Goldman Sachs qızıl qiyməti ürə proqnozunu 3300 dollara qaldırıb.
Milli.Az
Baxış sayı:217
Bu xəbər 01 Aprel 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















