Icma.az
close
up
RU
Qızılın qiyməti artır: Qlobal qeyri sabitlik fonunda investorlar “sakit liman”ı üstün tuturlar ANALİTİKA

Qızılın qiyməti artır: Qlobal qeyri sabitlik fonunda investorlar “sakit liman”ı üstün tuturlar ANALİTİKA

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ekspert Emin Qəribli: Ticarət müharibələri və mərkəzi bankların tədbirləri qiymətli metallara tələbatı artırır

Bakı, 14 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Qızılın qiyməti bir unsiya üçün 4000 dolları ötərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu, qlobal birjalarda indiyədək qeydə alınan ən yüksək səviyyədir.

AZƏRTAC xəbər verir ki, qlobal analitiklər qiymətlərin sürətlə artmasına ticarət müharibələri, tənəzzül gözləntiləri, ABŞ-ın yumşaq pul siyasəti və mərkəzi banklardan tələbatın artmasının səbəb olduğunu qeyd edirlər.

Ötən həftənin əvvəlində qızılın bir unsiyasının qiyməti üç dəfə ardıcıl bütün zamanların ən yüksək həddinə çatıb. Bu həftə, təkcə son iki gündə qiymət 4,093,2 dollardan 4,189,4 dollara qədər artıb. Bu, təxminən 130 dollar və ya 3%-dən çox artım deməkdir.

Ticarət müharibələri və qlobal risklər

Qlobal geosiyasi qeyri-müəyyənlik və Donald Tramp administrasiyasının ticarət siyasəti təhlükəsiz sığınacaq aktivlərinə güclü tələbi qoruyur. Bundan əlavə, mərkəzi banklardan struktur cəhətdən güclü tələb qalmaqdadır. Hökumətlər etibarlı müdafiə axtarır və qızıla müraciət edirlər. Dondurulmuş aktivlərə görə yüz milyardlarla dollar itirmiş ölkələrin nümunəsi bu qiymətli metalın nə üçün ehtiyatların saxlanması üçün əsas alətə çevrildiyini göstərir.

Böyük iqtisadiyyatlar – Çin, Səudiyyə Ərəbistanı, Braziliya, Türkiyə, Almaniya və Hindistan da əvvəlki ehtiyatların xarici valyutada saxlanması təcrübəsindən imtina edərək qızıl ehtiyatlarını fəal şəkildə artırırlar. Qızılın saxlanması logistika baxımdan daha baha başa gəlir, lakin müstəqilliyi təmin edir: təcrid zamanı qızıl dondurula bilən valyutalardan fərqli olaraq əlçatan aktiv olaraq qalır.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli AZƏRTAC-a müsahibəsində hazırda qızılın qiymətinin bahalaşmasının əsas səbəbinin ticarət müharibəsi olduğunu vurğulayıb.

“Bazar ABŞ-ın Çin idxalına tətbiq etdiyi tariflərin 100 faizə qədər mümkün artımını gözləməkdə davam edir. Belə siyasət Pekini cavab tədbirləri görməyə təhrik edir və resessiya riskini artırır. Analoji dövrlərdə investorlar təhlükəsiz aktivlərə, ilk növbədə qiymətli metallara üstünlük verirlər”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, qeyri-müəyyənlik fonunda bazar iştirakçıları kriptovalyutalarda mövqelərini azaldır, qızıl və gümüşə keçirlər.

Monetar siyasət və inflyasiya gözləntiləri

Qiymət artımının əsas amillərindən biri ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini aşağı salmaq siyasəti olub. Bu, valyuta və borc alətlərinə investisiyaları daha az cəlbedici edir. Qızıl qiymətləri əsasən ABŞ hökumətinin oktyabrın 1-dən başlayan fəaliyyətini dayandırması ilə bağlıdır. Buna səbəb Senatın gələn il üçün Demokrat və ya Respublikaçıların federal büdcə təkliflərini qəbul etməməsi olub.

Bir çox dövlət qurumlarının fəaliyyətinin dayandırılması ilə yanaşı, şatdaun oktyabrın 3-də gözlənilən əmək bazarı hesabatının dərc edilməməsinə də səbəb oldu. Bu vəziyyət iqtisadiyyatın hər hansı sektoruna investisiya qoymaqdansa, pullarını müvəqqəti olaraq “sakit liman”da saxlamağa üstünlük verən investorları narahat edir.

Emin Qəribli vurğulayıb: “Maliyyə aktivlərinin gəlirliliyi aşağı düşəndə, investorlar qızıl və gümüşə investisiya qoymaqla risklərin hedcinqinə çalışırlar. Bundan başqa, inflyasiya gözləntiləri davam edir və bahalaşma dövründə qiymətli metallar ənənəvi olaraq təhlükəsiz sığınacaq hesab olunur”.

Mərkəzi banklar tərəfindən tələbin kəskin artması

Mərkəzi bankların artan tələbi bazara xüsusi təsir göstərir. Son illər onlar ehtiyatlarını aktiv şəkildə diversifikasiya edir, qızılın payını artırırlar.

“Goldman Sachs” analitiklərinin fikrincə, mərkəzi banklar, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu qurumları qızılla ehtiyatlarının struktur şaxələndirilməsini davam etdirəcək. O, mərkəzi bankların 2025-ci ildə orta hesabla 80 ton, 2026-cı ildə isə daha 70 ton qızıl alacağını proqnozlaşdırır.

Mütəxəssislər, həmçinin qızılla dəstəklənən birja fondlarına (ETF) artan tələbi və ümumi geosiyasi qeyri-müəyyənliyi qızılın qiymətini yüksəldən amillər kimi qeyd edirlər.

Mərkəzi banklar getdikcə qızıla valyuta riskləri və büdcə kəsirlərinə qarşı hedcinq kimi baxırlar. Bu, tələbi artırır və qiymətləri yüksəldir”, -deyə ekspert Emin Qəribli qeyd edir.

Analitiklərin rekord proqnozları

“Bank of America”ya (BofA) görə, 2026-cı il üçün qızılın orta qiyməti proqnozu unsiya üçün 5000 dollar, 2025-ci ildə isə 4400 dollar səviyyəsində olacaq. Bank, həmçinin gümüş qiymətlərinin davam edən tədarük çatışmazlığı ilə dəstəklənəcəyini gözləyir. “Reuters” agentliyinin Gümüş İnstitutunun məlumatlarına istinadla verdiyi məlumata görə, bazar beşinci ilin struktur defisitini yaşayır.

Amerika bankı yaxınmüddətli korreksiya risklərinə baxmayaraq, qiymətli metalların qiymətlərinin 2026-cı ildə artacağını gözləyir. “2026-cı ilə baxsaq, bu il gördüyümüz kimi investisiya tələbində 14% artım qızılın unsiyasını 5000 dollara çatdıra bilər”, -deyə bankın analitikləri qeyd edirlər.

BofA analitikləri yazırlar: “Ağ Evin siyasəti büdcə kəsiri, artan borc, cari hesab kəsiri - kapital daxilolmalarını azaltmaq niyyətləri və 3% ətrafında inflyasiya ilə dərəcələri aşağı salmaq öhdəliyini nəzərə alaraq qızıl bazarına üstünlük verməyə davam etməlidir”.

“Deutsche Bank” və “Goldman Sachs” struktur tədarük çatışmazlığını və davam edən geosiyasi riskləri əsas gətirərək yüksəliş trendinin davam edəcəyini gözləyir.

Analitiklər qeyd edirlər ki, mümkün qısamüddətli korreksiya ilə belə, qızılın uzunmüddətli perspektivi müsbət olaraq qalır.

Gümüş və yaşıl iqtisadiyyat

Gümüş də bahalaşır. Bu qiymətli metaldan təkcə investisiya aktivi kimi deyil, həm də bərpaolunan enerji texnologiyalarının istehsalında istifadə olunur. Qlobal gümüş qiymətləri metal bazarında qlobal qıtlıq və qızıl qiymətləri ilə azalan fərq fonunda bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Oktyabrın 12-də gümüşün birja qiyməti pik həddə çataraq 49,965 dollar səviyyəsinə yüksəlib və yeni rekorda imza atıb. Əvvəlki maksimum 49,82 dollar 2011-ci ilin aprelində müəyyən edilib. İlin əvvəlindən gümüş demək olar ki, 70% bahalaşıb.

Gümüşün bahalaşmasının əsas səbəbi uzun müddətdir davam edən struktur kəsiridir. Gözlənilən tələb səviyyələrində bazarda mövcud gümüş ehtiyatları üçillik istehlak üçün kifayət edəcək.

“Gümüş bu gün sənayedə, xüsusən də yaşıl enerji texnologiyaları və avadanlıqlarının istehsalında fəal şəkildə istifadə olunur. Bu, tələbatı artırır. Bundan başqa, gümüş qızıl kimi likvid aktiv kimi qəbul edilir”, -deyə Emin Qəribli qeyd edib.

Ekspert vurğulayıb ki, ehtiyatların və qızıl hasilatının artırılması mürəkkəb prosesdir, ona görə də təbii olaraq, artan tələb fonunda təklifin məhdud olması onun qiymətinin artmasına gətirib çıxarır.

Qızılın qiymətinin artması investorların ənənəvi maliyyə alətlərinə artan inamsızlığını və kapitalı qorumaq istəyini əks etdirir.

Ekspertlər hesab edirlər ki, geosiyasi gərginlik və yumşaq pul siyasətinin bu məcrada gedəcəyi təqdirdə qiymətli metallara tələbat artmaqda davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see190

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri