Icma.az
close
up
RU
“Qızılın qiymətinin qalxması dünya bazarındakı artım ilə əlaqədardır” Açıqlama

“Qızılın qiymətinin qalxması dünya bazarındakı artım ilə əlaqədardır” Açıqlama

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə qızılın qiymətində ciddi dalğalanmalar müşahidə olunub. Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya təzyiqləri, mərkəzi bankların monetar siyasət qərarları və geosiyasi risklər kimi amillər qızılın qiymətinə birbaşa təsir göstərir. Xüsusilə, pandemiya dövründə və sonrasında qızılın qiyməti kəskin artaraq 2020-ci ildə tarixi rekordlara çatdı. 

Daha sonra 2021-2022-ci illərdə qismən sabitləşsə də, 2023-cü ildən etibarən yenidən artım trendi müşahidə edilməyə başlandı. 2024-cü ilin əvvəlindən qızılın qiymətində yenidən yüksəliş tendensiyası qeydə alınıb ki, bu da dünya bazarındakı inflyasiya və dollara olan tələbin dəyişməsi ilə əlaqələndirilir.
İqtisadçı Günay Hüseynova banco.az-a açıqlamasında bildirib ki, qzılın qiymətinin qalxması dünya bazarındakı qiymət artımı ilə əlaqədardır:
“ Ölkəmizdə olan qızıl ehtiyatları 100% tələbatı ödəmir, buna görə də alıcıların tələbi və zövqünə uyğun olaraq xaricdən idxal edilir. Qızıl Azərbaycan vətəndaşları üçün yatırım vasitəsi deyil. Vətəndaşlara da tövsiyə etmirəm vəsaitlərini qızıl olaraq saxlamağı. Bunun bir neçə əsas səbəbi var.
Əvvəla, qızılın qiyməti mütəmadi olaraq artmır, ildə maksimum 3 dəfə bahalaşır və bu da rekord həddə deyil. Alıcı qızılı alıb satmağa çalışsa, onu ya aldığı qiymətdən qat-qat aşağı, ya da ən yaxşı halda aldığı qiymətə yaxın bir məbləğə sata biləcək. Bu vəsaiti iqtisadi baxımdan başqa sahələrə yatırmaq qızıldan daha sərfəlidir.
Məsələn, 2 il əvvəl 400-450 manata satılan sadə bir üzüyün qiyməti hazırda 650 manatdan başlayır. Lakin aradakı fərqi ümumi aylara böləndə, artım cüzi rəqəm təşkil edir. Bu nümunəni başqa ölkələrə aid etmək olmaz. Məsələn, Türkiyədə 2024-cü ilin dekabr ayında 22 əyar qızılın qiyməti 2300 Türk lirəsi idisə, bu gün 3600 Türk lirəsi civarında təklif olunur. Daha da qalxacağı gözlənilir. Amma Azərbaycan bazarında vəziyyət fərqlidir”.
2023-cü ildə isə zərgərlik məmulatlarının pərakəndə satışı 457 milyon manat həddinə çatıb ki, bu da bazarın son 30 ildə ən yüksək göstəricisidir. 
Günay Hüseynova qeyd edib ki, 2024-cü ilin noyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda qızıl üzrə hazır məhsul ehtiyatı 390 kiloqram təşkil edib.
“2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 milyon dollar dəyərində qızıl ixrac edib. Maraqlıdır ki, Azərbaycan dünyada ən çox qızıl alan 10 ölkə arasında yer alıb. 9 ay ərzində Polşa 61 ton, Türkiyə 55,2 ton, Hindistan 51,1 ton, Çin 28,9 ton, Azərbaycan 25,2 ton, Çexiya 15,7 ton, Macarıstan 15,5 ton, Monqolustan 10,3 ton, İraq 10,1 ton, Qətər isə 9,7 ton qızıl alıb.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://banco.az
archiveBu xəbər 12 Fevral 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri