Icma.az
close
up
RU
Qızına xəyanət etdiyinə görə kürəkənini döyən kişiyə hökm oxundu TƏFƏRRÜAT

Qızına xəyanət etdiyinə görə kürəkənini döyən kişiyə hökm oxundu TƏFƏRRÜAT

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Rza Əhədov ailədaxili münaqişə zamanı kürəkəni Ayaz Hüseynova (ad-soyadlar şərti verilib-red.) xəsarət yetirib.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Rza kürəkəninin başqa qadınla görüşərək qızı Zahirəyə (şərti-red.) xəyanət etməsi səbəbindən onunla mübahisə edib.

O, mübahisə zamanı masanın üzərində olan boşqabı götürərək Ayazın sağ qol nahiyəsinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Rzanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Rza ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Sabirabad rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır:

"Ayaz qızım Zahirənin həyat yoldaşıdır, aramızda ədavət və düşmənçilik olmayıb. 2019-cu ildə o, qızımla ailə qurub, iki qız övladları var. Ailə həyatı qurduqları müddətdə aralarında hər hansı problem olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, son dövrlərdə kürəkəninin başqa qadınlarla münasibət qurduğunu eşidib:

"Sonuncu dəfə Sahibə adlı qadının "TikTok" sosial şəbəkəsində Ayazla şəkil paylaşdığını gördüm. Sahibənin mobil telefonuna zəng edərək, baş verənlərin nə məsələ olduğunu soruşdum. Ayazla münasibəti olmadığını dedi.

Sahibəyə Ayazla yazışmalarını qızımın gördüyünü dedim. O, övladımın ünvanına söyüş söydü. Mən də Ayazla münasibəti olanı söydüm və telefonu söndürdüm. Bir neçə dəqiqə sonra Ayaz zəng edərək Sahibəni nə üçün söydüyümü soruşdu, onunla münasibəti olmadığını bildirdi. Mən isə axşam gələndə sübut edəcəyimi dedim".

Rzanın sözlərinə görə, həmin gün axşam oğlu Elçin və anası Kübra ilə birlikdə Ayazın yaşadığı evə gediblər: "Ayaz oğlumun qarşısına keçdi və həyətdən getməsini istədi. Ona oğlumun getməyəcəyini dedim. Ayaz üzərimə yeridi, onu sinəsindən itələyərək uzaqlaşdırmağa çalışdım. O, ayağımdan tutaraq məni yerə yıxdı. Ətrafdakılar bizi ayırmağa çalışdılar.

Oğlum bizi ayırmağa çalışarkən Ayazın atası Müslüm taxta parçası ilə oğlumun sağ əlinin üzərinə vurdu. Qızım Zahirəyə dedim ki, uşaqları da götür, gedək. Övladım nəvələrimi götürərkən Ayaz onun üzərinə getdi. Bu zaman ayağı masaya ilişdi və yerə yıxıldı. Masanın üzərində olan qablar onun qolunun üstünə düşdü, xəsarət aldı. Mübahisənin böyüyəcəyini görüb ailə üzvlərimlə birlikdə qızımı və uşaqlarını da götürərək oradan getdik".

İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, son zamanlarda qayınatası Rza onun ailəsinə müdaxilələr etməyə başlayıb: "Qohumum olan Sahibə "TikTok" sosial şəbəkəsində mənim şəkilimi paylaşmışdı. Sahibə qayınatamın zəng edərək onu təhqir etdiyini bildirdi. Həmin vaxt Ağcabədi rayonunda idim. Rzaya zəng edərək nə üçün Sahibəni söydüyünü soruşdum, aramızda mübahisə yarandı. Ağcabədi rayonundan çıxaraq Sabirabad, yaşadığım ünvana gəldim".

Zərərçəkmiş qeyd edib ki, saat təxminən 20 radələrində evə çatıb: "Şam yeməyinə başlamışdıq, qaynım, qayınatam və onun anası bizə gəldilər. Həyətə daxil olanda Rzadan getmələrini xahiş etdim. Sözümə məhəl qoymadı, nə istəsə edəcəyini bildirdi. Mübahisə böyüdü, Rza məni söyərək üzərimə hücum çəkdi, boğazımdan tutaraq yumruqla baş nahiyəmdən zərbə endirdi. Atam, anam araya girib Rzanı məndən ayırdılar.

Rza masanın üzərindən boşqabı götürərək mənə tərəf atdı. Boşqab sağ qoluma dəyib sındı və qolumu kəsdi".

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Rza hər ay qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri