Icma.az
close
up
RU
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Masallıda tədbir keçirildi FOTOLAR

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Masallıda tədbir keçirildi FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir 26 sentyabr 2025-ci il tarixində Masallı rayonunun Dəfinə Liseyində keçirildi.
Demokrat.az xəbər verir ki, tədbirdə liseyin 9–11-ci sinif şagirdləri iştirak etdi. Görüşün əsas mövzusu erkən nikahların qarşısının alınması, qızların təhsildə iştirakının vacibliyi və onların inkişafında hüquqlarının təmin olunmasının əhəmiyyəti oldu. Tədbir Masallı rayon İcra hakimiyyətinin, Elm və Təhsil nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin təşkilati dəstəyi  ilə həyata keçirildi.
Layihənin rəhbəri Elnurə Abuşova çıxışında layihənin məqsədləri və həyata keçirilməsində yerli qurumların əməkdaşlığının əhəmiyyətini vurğulayıb, göstərilən dəstəyə görə təşəkkür edib və mövzunun cəmiyyətimiz üçün aktuallığını xüsusi qeyd edib. Təhsilin qızların həyatındakı rolundan danışan layihə rəhbəri şagirdləri dərslərini yaxşı oxumağa, təhsil almağa səslədi. Dövlətin hər bir vətəndaşın təhsil almasında maraqlı olduğunu, ödəniş üçün tələbə kreditlərinin verilməsini diqqətə çatdıran Elnurə Abuşova çıxışında bildirib ki, “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 01.08.2025-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların İşıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi erkən nikahların qarşısının alınması, qızların təhsilə daha çox cəlb edilməsi və sağlam ailə dəyərlərinin təşviq edilməsidir. Bu məqsədə nail olmaq üçün maarifləndirmə tədbirləri və media kampaniyası vasitəsilə fərqli sosial qruplar arasında davranış və təcrübə dəyişiklikləri təşviqi həyata keçirilib.
Layihənin icrasının nəticəsi olaraq valideynlər, icma liderləri və cəmiyyət arasında erkən nikahın mənfi təsirlərinə dair məlumatlılığın artırılması, qızların təhsilinə dəstək verilməsinə təşəbbüs, gənc qızların öz potensiallarına inanaraq həm təhsil, həm də peşəkar bacarıqlarını inkişaf etdirməyə həvəsləndirilməsinə töhfə verməkdir.
Çıxış üçün söz Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılova verilib. Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışı zamanı uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib. O, Uşaq hüquqları üzrə yaradılmış müvafiq şöbənin və qaynar xəttin fəaliyyəti, uşaqların hüquqlarının hansı hallarda pozulması və bu istiqamətdə aparılan işlər barədə şagirdləri məlumatlandırdı. 
Ardınca söz alan “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Ashumova isə erkən nikahların qızların ruhunda açdığı izlərdən danışdı. Kəmalə xanım qeyd etdi ki: “Erkən nikaha məcbur edilən qızların çoxu uşaqkən uşaq olmağı unudur. Onlar özlərini ailə yükünün, məsuliyyətin altında tapır, arzularını qəlbinin dərinliklərində basdırır. Bu, onların azad seçim haqqının əlindən alınmasıdır.” Kəmalə xanım əlavə edib ki, hər bir qızın güvənə biləcəyi, danışa biləcəyi bir ünvan olmalıdır və “Uşaq Qaynar Xətti” məhz bunun üçün fəaliyyət göstərir. O vurğulayıb: “Bu layihə təkcə qızlara hüquqlarını öyrətmir, onlara ‘sən bacaracaqsan, sən dəyərlisən’ mesajını da verir.”
Tədbirin yekununda iştirakçılarla birlikdə “Uşaq Qaynar Xətti”nə zəng edilib və uşaqlar müraciət prosesini praktik olaraq müşahidə etmişlər. Qaynar xəttin operatorları ilə canlı ünsiyyət yaradılaraq uşaqlara müraciət mexanizmi əyani şəkildə göstərilmişdir. Bununla yanaşı, tədbir zamanı həm uşaqları, həm də valideynləri maraqlandıran suallar səsləndirilmiş, mövzu ətrafında diskussiya aparılmış və bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.
Tədbir yüksək fəallıq və maraqla qarşılanaraq qarşılıqlı müzakirələr və şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşdı.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri