Icma.az
close
up
RU
Qızmar isti sağlamlıq üçün niyə təhlükəlidir?

Qızmar isti sağlamlıq üçün niyə təhlükəlidir?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekstremal isti hava insan sağlamlığı, xüsusən də yaşlılar, hamilə qadınlar, azyaşlı uşaqlar, eləcə də xroniki ürək və böyrək xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yarada bilər. Bunu yüksək temperaturun insan orqanizminə təsirinə həsr olunmuş bir sıra elmi tədqiqatların nəticələri də təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, isti havalarda orqanizm özünü soyutmağa çalışdığı üçün ürək daha intensiv işləyir və qanı dərinin səthinə yönəldir. Eyni zamanda, tərləmə artır ki, bu da orqanizmin susuzlaşmasına, qanın qatılaşmasına və qan laxtalanması riskinin yüksəlməsinə səbəb ola bilər. Yüksək temperatur bədənin su-duz balansını tənzimləyən böyrəklərin də iş yükünü artırır. Kifayət qədər maye qəbul edilmədikdə isə böyrək çatışmazlığı riski yüksəlir.

İsveçin Umeo Universitetinin tədqiqatçıları ölüm hallarının artıq 21,7°C temperaturdan etibarən artmağa başladığını göstərən model hazırlayıblar. Hesablamalara görə, temperaturun hər növbəti 1°C yüksəlməsi ilə ölüm riski təxminən 1,8 faiz artır. Maksimum temperatur ardıcıl üç gün ərzində 27°C səviyyəsində qaldıqda ölüm göstəricisi adi dövrlə müqayisədə təxminən 10 faiz, 30°C olduqda isə 20 faiz yüksək olur.

“Nature” jurnalında dərc olunmuş araşdırmaya əsasən, 2022-ci ilin yayında Avropada isti hava nəticəsində 61 mindən çox insan həyatını itirib. İsveçdə isə 2018-ci ilin anomal isti yayında ölüm halları orta göstəricini təxminən 700 nəfər üstələyib. Fransada baş verən son istilik dalğası da ölüm hallarının kəskin artması ilə müşayiət olunub. İyunun 22-dən 28-dək olan həftə ərzində adi səviyyə ilə müqayisədə 2 mindən çox əlavə ölüm halı qeydə alınıb.

Alimlərin sözlərinə görə, ekstremal istilər başa çatdıqdan sonra ölüm göstəricisi qısa müddətdə yenidən normal səviyyəyə qayıdır. Bu isə göstərir ki, istilik dalğalarının qurbanları yalnız onsuz da yaxın vaxtlarda həyatını itirə biləcək ağır xəstələr deyil, həm də ekstremal yüksək temperatur baş verməsəydi həyatını xilas etmək mümkün olan insanlardır.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 İyul 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri