Icma.az
close
up
RU
Qladiatorlar filmlərinin çəkildiyi Anadolunu kəşf edin FOTOLAR

Qladiatorlar filmlərinin çəkildiyi Anadolunu kəşf edin FOTOLAR

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Qladiator döyüşləri filmlərdə nə qədər möhtəşəm görünürsə, onların Anadoludakı həqiqi tarixini kəşf etmək də bir o qədər maraqlıdır.

Dünyada milyonlarla insan Ridley Skottun məşhur “Qladiator” filminin davamını izləyir. Qılınclar, döyüşlər, adrenalin dolu anlar – bu səhnələr insanı valeh edir! Amma bilirdinizmi ki, qladiator döyüşlərinin ən məşhur olduğu yerlərdən biri Anadolu olub?

Roma dövründə Anadolu qladiator mədəniyyətinin mərkəzlərindən birinə çevrilmişdi. Bu gün Türkiyənin qədim şəhərlərində qladiatorların izlərini görmək mümkündür. Stadionlar, teatrlar, hətta onların gündəlik həyatından qalan əşyalarına burada rast gələ bilərsiniz. 2024-cü il “Türk Arxeologiyasının Qızıl Dövrü” elan edilib və qazıntılardan daha çox məlumat əldə ediləcəyi gözlənilir. Niyə siz də bu qədim şəhərləri kəşf edib Anadoluda unudulmaz bir macəra yaşamayasınız?

Efes: Qladiatorların ilk səhnəsi

Efes qədim Roma dövründə qladiator döyüşlərinə ev sahibliyi edən ilk Anadolu şəhərlərindən biri idi. Şəhərdə döyüşlərdən əvvəl musiqi səslənir və əsl bayram əhval-ruhiyyəsi yaranırdı. Qladiatorların döyüşdüyü teatr və stadionun qalıqları bu gün də burada mövcuddur. Əgər diqqətlə baxsanız, divarlarda onların qrafitlərini görə bilərsiniz. İzmirdəki Efes Muzeyində isə qladiatorlara aid lampalar, məzar daşları və digər gündəlik əşyalar sərgilənir. Yay aylarında “Gecə Muzeyləri” layihəsi çərçivəsində Efesi gecə ziyarət edib işıqlar altında bu gözəlliyi görə bilərsiniz.

Hierapolis: Qladiator qaydalarının tərtib edildiyi şəhər

Hierapolis şəhəri, Pamukkale travertenlərinin yaxınlığında yerləşir və tarixi şəfalı suları ilə tanınır. Amma bu şəhər eyni zamanda qladiator döyüşlərinin qaydalarının yazıldığı yer kimi də məşhurdur. Hierapolis Muzeyində qladiatorlara aid yazılar və təsvirlər görmək olar. Şəhərdə döyüşlər qaydalara uyğun şəkildə keçirilib və bu döyüşlərə hakimlər nəzarət edirdi.

Stratonikeia: Qladiatorların təlim yeri

Muğlanın Stratonikeia şəhəri qədim dövrlərdə “Qladiatorlar Şəhəri” kimi tanınıb. Burada antik dövrün ən böyük gimnaziyası inşa olunmuşdu. Qladiatorlar burada təlim keçib, döyüşlərdə iştirak edib və hətta təqaüddən sonra da burada yaşayırdılar. Şəhərdə qladiatorlara aid məzar daşları aşkar edilib və ziyarətçilər üçün sərgilənir.

Afrodisias: Qladiatorların alqışlandığı şəhər

Afrodisias şəhəri təkcə mərmər heykəlləri ilə deyil, həm də böyük stadionu ilə tanınır. Bu stadion qladiator döyüşlərinin keçirildiyi möhtəşəm bir məkan idi və 30,000 tamaşaçı qəbul edə bilirdi. Burada gəzişərkən sanki qədim tamaşaçıların alqış səslərini eşidirsiniz. Qladiatorların arenaya girdiyi tunellər bu gün də qorunub saxlanılıb.

Kibyra: Qladiatorların mirası

Kibyra şəhəri qladiator döyüşlərinin ən məşhur olduğu yerlərdən biridir. Şəhərdə qədim dövrə aid qladiator təsvirləri və stadion qalıqları bu gün də saxlanılıb. Qladiatorların qəbir daşları və digər artefaktlar burada sizi o dövrlərə aparacaq.

Anadolunun qladiator şəhərləri sizi unudulmaz bir səyahətə dəvət edir! Qədim tarixin izlərini kəşf edərək öz macəranızı yaşayın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri