Icma.az
close
up
RU
Qlobal bazarlarda XAOS Azərbaycan qazı yenidən Avropanın DİQQƏT MƏRKƏZİNDƏ

Qlobal bazarlarda XAOS Azərbaycan qazı yenidən Avropanın DİQQƏT MƏRKƏZİNDƏ

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
İqlim dəyişir və özü ilə hər dəfə qəribə bir ab-hava da gətirir. Azərbaycana qədəm qoyan erkən yaz ölkəmizin daxili bazarında enerjiyə olan tələbatın azalması və ehtiyatların xarici bazarlara yönəlməsinə şərait yaradan amil kimi qəbul edilə bilər.
Qlobal bazarlar
 

MÖVZU İLƏ BAĞLI:
Orta Dəhlizin Cənub marşrutunun iqtisadi PERSPEKTİVLƏRİ – TƏHLİL


Dünya bazarları yola saldığımız həftə əməlli-başlı təlatümlə üzləşdilər. Bir tərəfdən qızılın 1 unsiyasının qiyməti 2950 dollarlıq həddi aşa bildi. Nədən belə bir hal baş verdi? Qlobal ticarət müharibələrinin yaşandığı zaman dövlətlərin Mərkəzi Bankları daha çox qiymətli metallara yatırım etməyə üstünlük verdiklərindən bazarda tələb artır və bu da özünü qiymətdə əks etdirir.
Məhz bu həftə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib ki, rəsmi Brüssel ABŞ-nin polad və alüminium idxalına tətbiq etdiyi 25%-lik gömrüyə cəlb olunacaq yeni tariflərə cavab olaraq "güclü, lakin mütənasib" əks tədbirlər görmək məcburiyyətində qalıb.
"ABŞ Avropa İttifaqı mallarına 28 milyard dollar dəyərində tariflər tətbiq etdiyinə görə, biz 26 milyard avro qiymətində əks tədbirlərlə cavab veririk", deyə Avropa hökumətinin başçısı bildirib. Yəni proseslərin bu cür məcraya gəlməsi nəticədə Amerika valyutasının ayın əvvəlindən avroya nisbətdə dəyərini 5%-dək itirdi.    
 

Avropada isə günəşli havaların çoxalması ilə enerji idxalına çəkilən xərclər azalmağa başlayıb, çünki alternativ enerji mənbələrindən əldə edilən elektrikin ümumi enerji balansındakı xüsusi çəkisi həftə ərzində 19%-dən 24%-dək artıb.


Əgər ilin ilk ayında Avropada mavi yanacağın orta hərrac qiyməti 517 dollar təşkil etmişdisə, xeyli soyuq keçən fevralda qiymətlər 542 dollara qədər artmış, ancaq martın ilk dekadasında 460 dollaradək ucuzlaşmışdı. Belə hal həm də özünü Avropa valyutasının dəyərində də əks etdirir. Onu deyim ki, Azərbaycanda enerjinin, xüsusən də neftin gəlirlərimizə böyük təsiri var və bu baxımdan da cəmiyyətdə neftin neçədən satılması qaz qiymətlərinə göstərilən marağı qat-qat üstələyir.          
Yaşıl enerji dəhlizi
Yola saldığımız həftənin ilk iş günü Azərbaycanın enerji bazarı üçün xoş bir xəbərlə açıldı. Belə ki, Energetika Nazirliyinin açıqladığı məlumata görə, martın 10-da Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb.
Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparılır və bu razılaşmalar həmçinin “yaşıl hidrogen”in inkişafı ilə bağlı Azərbaycanın planlarını da dəstəkləyəcək. Nazir layihənin istehsal və ötürmə komponentləri, eləcə də biznes modelləri, Xəzər dənizinin potensial “yaşıl enerji” həcmlərinin regionda paylanması ilə bağlı tədqiqatlara dair tövsiyələrini də diqqətə çatdırıb.
 

Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və Avropa İttifaqının  enerji məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanan “Birgə Məktub” imzalanıb. Sənəd “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə rəsmi Brüsselin müvafiq dəstəyini təmin etmək məqsədi daşıyır.


Yəni bütün bunlar bir daha ona dəlalət edir ki, Azərbaycan 2022-ci ilin dekabrından tərəfdaşları ilə birgə start verdiyi “yaşıl enerjinin” Avropaya ixracı layihəsinin inkişafında maraqlıdır və ötən müddətdə özünün yaşıl enerji mənbələrindən istehsalını kifayət qədər artırmaqla vaxtı ilə verdiyi vədlərə nə qədər ciddi əməl etdiyini göstərir. 
Azərbaycan qazına artan maraq
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız artıq Azərbaycan qazının bu ölkəyə ixracının başlanmasına toxunaraq onun həcmlərinin gələcəkdə artırılacağını vurğulayıb və daha sonra əlavə edib ki, buna Azərbaycanın imkanları var, çünki ölkəmiz yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır.
 

İlham Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10 ölkə Avropa ölkəsidir. Azərbaycan mavi yanacağının Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyində oynadığı artan rola toxunan dövlət başçısı bildirib ki, təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.


Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və Prezident Əliyev ümid etdiyini bildirib ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Aİ-nin Azərbaycana diqqəti
Onu qeyd edim ki, rəsmi Brüssel də Azərbaycanın Avropanın qaz təchizatında həyta keçirdiyi işlərə önəmlə yanaşır və ötən həftə sonu Belçika paytaxtında Slovakiyanın üzləşdiyi qaz təchizatı problemi ilə bağlı Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun növbəti iclasına Azərbaycan nümayəndə heyətini də dəvət edib. Avropanın enerji məsələləri üzrə komissarı və Slovakiya hökumətinin iqtisadiyyat naziri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini vurğulayıb. Həm təbii qazın tədarükü, həm də “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət və dəstəyə hazırlıq ifadə olunub.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov tədbirdə ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə təqdimat edib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Energetika nazirinin müavini Orxan Zeynalov isə Azərbaycanın enerji dəhlizlərinin yaradılması istiqamətində rolundan bəhs edərək Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasına dair dialoqa ölkəmizin töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.
Qaz statistikasının incəlikləri
Onu deyim ki, Energetika Nazirliyinin bu günlərdə açıqladığı son statistikaya görə, 2025-ci ilin yanvar-fevral aylarının yekunu olaraq Azərbaycanda 8,1 mlrd kubmetr qaz hasil edilib və ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 100 mln kubmetr azalıb. Qaz hasilatının az miqdarda da olsa azalmasını elə qəbul etmək lazım deyil ki, Azərbaycan artıq mavi yanacağın zirvə hasilatına çatıb və bir azdan eniş dövrünə qədəm qoyur.
 

Bu, sırf texniki məsələdir. Çünki yanvarda “Şahdəniz” yatağındakı “Alfa” platformasından Səngəçal terminalına gələn sualtı boru kəmərində texniki problemlər yaşandığından burada hasilat müvəqqəti dayandırılmışdı. Nəticə isə özünü hasilatın ümumi göstəricilərində əks etdirdi.


Ancaq bu ilin fevralı və yanvar aylarının hasilat göstəricilərinə nəzər saldıqda görürük ki, əgər yanvarda 3,9 mlrd kubmetr qaz hasil edilmişdisə, fevralda bu göstərici 4,2 mlrd kub metr təşkil edib. Özü də yanvarda 31 gün olduğu halda fevralda günlərin sayı 28 idi. Ötən ilin eyni ayının nəticələrini müqayisədə artım meyli daha qabarıq hiss edilir: ötən ilin fevralında ölkədə 3,9 mlrd kubmetr qaz istehsal edilmişdi. Yəni fevralda qaz hasilatı artımı 300 mln kubmetr və ya  7,7% təşkil edib.
Neft hasilatında stabil azalma
İndi keçək görək ölkəmizdə maye karbohidrogenlərin, yəni xam neft və kondensat üzrə hasilatda vəziyyət nə yerdədir. Energetika Nazirliyinin statistikasına əsasən, yanvar-fevral aylarında Azərbaycanda 4,5 mln ton maye karbohidrogen hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat 300 min ton azalıb. Onu deyim ki, kiçik rəqəm deyil.
Bəs hasilat hansı layihələr üzrə daha çox azalır? Energetika Nazirliyinin statistikası əsasında deyə bilərik ki, ölkənin neft hasilatında flaqman rolunu oynayan “Azəri-Çıraq-Günəşli” layihəsinin payına ümumi hasilatın 57,8%-i düşüb və “əsrin müqaviləsi” çərçivəsində yanvar-fevralda hasilat ötən ilin eyni dövrü ilə müqayisədə 100 min ton azalıb.
Maraqlıdır ki, maye karbohidrogenlər bazarının digər iştirakçıları – SOCAR və Şahdəniz üzrə də azalma tempi eynidir – hərəyə 100 min ton. Kiçik bir artımı yalnız “Abşeron” layihəsi üzrə hasil edilən kondensat həcmlərində müşahidə edirik.
Demək, hasilatın azalmasının qarşısını almaq üçün nə etmək lazımdır? Təbii ki, daha çox həcmlərin çıxarılmasına nail olmaq gərəkdir. Bəs yeni yataqlar yoxdursa, onda bunu nəyin hesabına əldə etmək olar?
Əlbəttə daha çox qazmanın hesabına. Qazmasan, çəlləkdəki nefti artırmaq faktiki olaraq mümkünsüzdür. Qazmanın da öz üsulu var, baxır necə qazırsan, hansı laya qazırsan. Daha dərinliklərə baş vurmaqla bir nəticə hasil etmək mümkün olur ya yox? Bunun üçün həm də gərək qabaqcıl texnoloji həllərə və onları təhlil edib qərar verən komandaya malik olasan.
Dərin quyuların qazılma planı
“Bizim Barel” bu həftə Azərbaycanın neft sənayesi tarixinə yaxın zamanlarda düşəcək əlamətdar bir hadisədən xəbər tutub. Belə ki, qurudakı dərin neft laylarına çatmaq üçün ölkəmizin tarixində ilk dəfə olaraq quru yatağında üfüqi neft quyusu qazılacaq. 
 

Hazırda Azərbaycanın ilk özəl enerji şirkətləri qrupu olan “GL Group”-un rəhbərliyi altında  “Salyan Oil Limited” əməliyyat şirkəti tərəfindən istismar edilən “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında yeni qazma proqramı çərçivəsində quruda 3 dərin quyunun qazılmasına hazırlıq gedir.


Proqram çərçivəsində 4 min metr dərinliyə qədər gedən bir quyunun qazılması planlaşdırılır. İkinci quyu isə 4 min metr şaquli dərinliyə çatdıqdan sonra daha 400 metr yanakı istiqamətə yönləndirilməklə quruda qazılan ilk üfüqi neft quyusu olacaq. Nəhayət, üçüncü quyu 5 min metr dərinlikdəki məhsuldar laylara çatmağı hədəfləyir.
 

Bunların reallaşması təbii ki, müasir texnoloji həllərin tətbiqi nəticəsində reallaşacaq və “Kürsəngi” və “Qarabağlı” kimi onilliklər boyu istismar edilən yataqlarda qazma işlərində yaranmış 14 illik fasiləyə son qoymaqla yanaşı, hasilatın gələcək əhəmiyyətli artımına da səbəb olmalıdır.


Bax bu yerdə çeviklik, mobillik və şəraitdən asılı olaraq lazımi qərarların daha tez və bürokratik prosedurların minimallaşdırılması hesabına daha uğurlu nəticələr əldə etməyin mümkünlüyü ortaya çıxır. Necə deyərlər hərəkət etmək lazımdır ki, bərəkəti də gəlsin.    
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see344

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see121

Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

29 İyul 2025 20:34see117

İşğal dönəmində Şuşaya hicran yaşadan xalçalar... Tarix i yenidən evində görmək qürur verir Video

29 İyul 2025 19:18see117

Nərimanovda qaz olmayacaq

31 İyul 2025 09:33see112

Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alınıb

30 İyul 2025 06:05see112

Silahlılar hərbi bazaya hücum edərək 50 yə yaxın əsgəri öldürüblər

30 İyul 2025 04:03see111

Nissan birinci maliyyə rübündə xalis zərər açıqlayıb

31 İyul 2025 09:32see110

Roskosmos rəhbərinin vədi: Rusiya iki ilə SpaceX ın uğurunu təkrarlaya bilərmi?

30 İyul 2025 18:37see110

Yevlaxda qəza oldu 7 nəfər yaralanıb

29 İyul 2025 19:58see110

Çindən ABŞ ın təhdidlərinə cavab: Rusiyadan neft alışı...

31 İyul 2025 01:48see110

Ohori bu halda Neftçi dən gedə bilər

30 İyul 2025 17:19see110

ABŞ dən İrana sarsıdıcı “zərbə” Son 7 ilin...

31 İyul 2025 05:14see109

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü Foto

31 İyul 2025 09:40see109

“Çinlə ədalətli razılaşma əldə edəcəyik” Tramp

31 İyul 2025 01:52see109

Kamçatkada 1952 ci ildən bəri ən güclü zəlzələ olub: Sunami təhlükəsi elan edilib

30 İyul 2025 07:05see108

Prezident İlham Əliyevin siyasi kursunda milli ideya və suverenlik

30 İyul 2025 01:22see108

Suda batanı xilas etmək istəyənlər mütləq oxusun bu səhvlər baha başa gəlir

30 İyul 2025 08:54see108

Bu kənddə 26 ildir ölmək qadağandır

30 İyul 2025 13:52see108

Din xadimi üç qızını zorladı, biri deyir: Bu ritual idi

29 İyul 2025 20:00see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri