Icma.az
close
up
RU
Qlobal böhran və media azadlığı

Qlobal böhran və media azadlığı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya 3 may çağırışını necə cavablandırır?

Mayın 3-də növbəti dəfə Ümumdünya Mətbuat Azadlığı Günü qeyd ediləcək. Bu təqvim UNESCO-nun təşəbbüsü ilə irəli sürülüb, 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. Tarix təsadüfi seçilməyib: 3 may 1991-ci ildə Namibiyanın paytaxtı Vindhuk şəhərində qəbul edilən “Vindhuk Bəyannaməsi”nin ildönümünü gündəmə gətirir.

Ümumdünya Mətbuat Azadlığı Günü dünyada medianın vəziyyətini qiymətləndirmək, jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarına diqqət çəkmək, habelə peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlərin xatirəsini yad etmək üçün qeyd olunur. Bu təqvim həm də cəmiyyətə azad və müstəqil medianın demokratiya, şəffaflıq və ictimai nəzarət üçün nə qədər vacib olduğunu xatırladır.

Vindhuk konfransının və bəyannaməsinin üstünlüklərindən biri də odur ki, jurnalist statusunun, media fəaliyyətinin çağdaş standartlarını, ümumi prinsiplərini müəyyən edir. Bu sahəyə “kommunist baxışı”nın fəsadlarını aradan qaldıran alternativ prinsiplər irəli sürür. Kommunistlərin rəhbər tutduqları “Mətbuat ən yaxşı təbliğat-təşviqat vasitəsidir” şüarının əvəzinə “Təbliğat və təşviqat başlayan yerdə media fəaliyyəti bitir” tezisini irəli sürür. Jurnalistlərin “Dövlət və hakimiyyət strukturları üzərində ictimai nəzarət funksiyası”nı rəsmiləşdirir.

“Vindhuk Bəyannaməsi” mətbuat azadlığının əsas insan hüquqlarından biri olduğunu xatırladır, dövlətləri söz azadlığına hörmət etməyə çağırır, jurnalistlərin təhlükəsizliyinin və peşə müstəqilliyinin qorunmasının vacibliyini vurğulayır. Bu konfransdan sonra beynəlxalq jurnalist təşkilatları qarşısında media üzərində qlobal müşahidəni təşkil etmək, neqativ prosesləri qeydə alıb aradan qaldırmaq öhdəliyi mütləqləşir. 1992-ci ildən etibarən dünyanın aparıcı media təşkilatları jurnalistika sahəsində qlobal prosesləri diqqətlə izləyirlər, hesabatlar hazırlayırlar, təhlükəsizliklə bağlı broblemləri qabardaraq həllinə nail olmağa çalışırlar.

Təəssüf ki, bu hesabatlar nəticəsində ortaya çıxan mənzərə ürəkaçan deyil. Məsələn, Beynəlxalq Jurnalistlər Federasiyasının hesabatlarından görünür ki, 1993-cü ildən 2026-cı ilə qədər olan dövrdə dünyada 3600 nəfərdən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub, qətlə yetirlib. minlərlə jurnalist təqib edilib, təhdid və ya xəsarət alıb.

Hesabatlardan bəlli olur ki, jurnalistlərin təhlükəsiz şəkildə fəaliyyət göstərmək hüquqlarının pozulması kimi klassik problem indi daha da intensivləşib; daha kobud, ağır forma alıb. Son 4 il ərzində, yəni Rusiya–Ukrayna müharibəsinin başlaması, İsrail-Həmas savaşı, ABŞ, İsrail-İran müharibəsi fonunda təqribən 308 nəfər jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb. 470 nəfər jurnalist yaralanıb, ağır xəsarətlər alıb. 90 nəfər jurnalist girov götürülüb və ya həbs edilib.

Müşahidələr göstərir ki, peşəkar jurnalistikanı təhdid edən problemlərin sayı təkcə fiziki xəsarətlər, ölüm hadisələri, təhdidlərlə bitmir. Digər aktul problemlər, qlobal proseslər də mövcuddur. Bu sırada “texnologiya nəhənglərinin” informasiya ekosistemində dominantlığı ələ keçirməsindən başlamış, generativ süni intellekt texnologiyalarının mediaya neqativ təsirlərinə, aparıcı sosial şəbəkə platformalarının reklam gəlirlərini özünə çəkərək peşəkar media-biznes modelini məhv etməsinə qədər ən müxtəlif istiqamətlər mövcuddur. Bu tip “yeni tendensiyalar”ın ənənəvi problemlərlə uzlaşması nəticəsində peşəkar media mühiti üçün ciddi təhdidlər yaranır. Təəssüf doğuran haldır ki, bu təhdidlərin aradan qaldırılması üçün ciddi fəaliyyət və nailiyyətlər görünmür. Çünki peşəkar media subyektləri kimi, beynəlxalq jurnalist təşkilatları da problemlər məngənəsinə düşüblər, öz funksiyalarını icra edə bilmirlər. Medianın qlobal riskləri barədə monitorinqlər aparıb hesabatlar hazırlasalar da, qeydə alınan problemlərin aradan qaldırılması üçün əməli addımlar ata bilmirlər. Onlar ildə bir-iki dəfə bəyanatlar verməklə gündəmə gəlirlər. Sonra da qaranlığa çəkilib qərq olurlar.

Vindhuk şəhərində keçirilən konfransın daha bir üstünlüyü budur ki, o həm də jurnalistikanın missiyası, fəaliyyət istiqamətləri barədə fikirləri konkretləşdirir. Medianın dövlət və hakimiyyət qurumları üzərində ictimai nəzarət səlahiyyətinin olduğunu vurğulayır. Beləliklə, dövlətlə media arasında qarşılıqlı öhdəliklər yaranır: media cəmiyyətin maraqlarını qorumalı, onun adından ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Dövlət isə medianın fəaliyyəti üçün zəruri şərtləri təmin etməlidir.

Dünyanın bütün dövlətləri bu sahədə üzərlərinə düşən öhdəlikləri yerinə yetirirlərmi? Bizim üçün əlamətdar haldır ki, Azərbaycan dövləti və dövlət başçısı media məkanına ciddi diqqət göstərir. Jurnalistlərin öz funksiyalarını yerinə yetirmələri üçün zəruri şərait yaradılır. Prezident İlham Əliyevin imzası ilə 2020-ci illərdən etibarən həyata keçirilən islahatlar dalğası kompleks xarakterlidir, media üzrə bütün komponentləri əhatə edir. 2021-ci il yanvarın 12-də imzalanmış “Media sahəsində islahatların daha da dərinləşdirilməsi haqqında” fərman bu baxımdan çox önəmlidir. Fərman media sahəsində ayrı-ayrı istiqamətlərin deyil, ümumilikdə, media mühitinin yeniləşdirilməsini ehtiva edir. Paralel olaraq, jurnalistlərin sosial durumunu və statuslarını da diqqətə alır.

Dövlət medianın müstəqil biznes modelinə keçidinin sürətləndirilməsi, media subyektlərinin institutlaşması üçün sistemli addımlar atır. Prosesin davamı olaraq, 2023-cü il yanvarın 1-dən etibarən ölkə mətbuatına vergi tətilləri tətbiq olunub. Çap və onlayn media subyektləri gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən, eyni zamanda, əlavə dəyər vergisindən 3 il müddətinə azad edilib.

Son islahatların nəticəsi olaraq Azərbaycan mediası sürətlə inkişaf edir, özünün missiya və funksiyalarını yerinə yetirə bilmək baxımından güclənir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri