Icma.az
close
up
RU
Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli ŞƏRH

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində enerji amili artıq yalnız iqtisadi inkişaf göstəricisi deyil, dövlətlərin siyasi çəkisini, geostrateji imkanlarını və qlobal qərarvermə proseslərinə təsir gücünü müəyyən edən əsas faktorlardan birinə çevrilib. Belə mürəkkəb və dinamik geosiyasi şəraitdə Azərbaycan Respublikasının həyata keçirdiyi enerji siyasəti ölkəmizi regionun sərhədlərini aşaraq beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan aparıcı dövlətlərdən birinə çevirib.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu gün əldə etdiyi mövqe qısa müddətdə formalaşmayıb və bu nəticələr ardıcıl dövlət siyasətinin, siyasi qətiyyətin və milli maraqlara əsaslanan strateji idarəçiliyin məhsuludur.

“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursu Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilərək ölkəmizin qlobal nüfuzunu daha da gücləndirib. Azərbaycanın enerji strategiyası yalnız mövcud resursların ixracına hesablanmayıb. Əsas məqsəd ölkəni uzunmüddətli perspektivdə enerji təhlükəsizliyi, tranzit imkanları, beynəlxalq əməkdaşlıq və iqtisadi dayanıqlılıq baxımından qlobal əhəmiyyət daşıyan dövlətə çevirmək olub və bu hədəfə böyük ölçüdə nail olunub. Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji layihələrindən biri olmaqla yanaşı, siyasi etimad və beynəlxalq əməkdaşlığın yeni modelidir. Bu təşəbbüs nəticəsində Azərbaycan təkcə enerji daşıyıcılarının ixracatçısı kimi deyil, həm də müxtəlif regionları və dövlətləri ortaq maraqlar ətrafında birləşdirən strateji platformanın müəllifi kimi çıxış edir. TANAP və TAP layihələrinin uğurla reallaşdırılması Avropa ilə Asiya arasında enerji körpüsünün qurulmasına imkan verib. Bu layihələr qlobal enerji bazarında şaxələndirmə proseslərinə mühüm töhfə verməklə yanaşı, ölkəmizin etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunu fərqləndirən əsas cəhətlərdən biri enerji resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməməsi, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq qurmasıdır. Bu siyasət nəticəsində ölkəmizin tərəfdaşlıq coğrafiyası ildən-ilə genişlənir. Onun sözlərinə görə, hazırda Azərbaycan qazının 16 ölkəyə ixrac olunması dövlətimizin iqtisadi diplomatiyasının uğurunun və etibarlı enerji siyasətinin real göstəricisidir: “Bu coğrafiyanın genişlənməsi Azərbaycanın artıq yalnız enerji təminatçısı deyil, beynəlxalq enerji sabitliyinin qorunmasında sistem yaradan aktorlardan biri olduğunu nümayiş etdirir. Son illər qlobal enerji bazarında yaşanan dalğalanmalar və geosiyasi risklər fonunda Avropanın enerji siyasətində etibarlı tərəfdaş anlayışı daha çox ön plana çıxıb. Məhz belə bir şəraitdə Azərbaycan öz öhdəliklərinə sadiqliyi və sabit təchizat imkanları ilə xüsusi etimad qazanan dövlətə çevrilib.

Azərbaycanın strateji əhəmiyyəti yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda Avrasiya nəqliyyat və logistika sisteminin mühüm qovşağı kimi çıxış edir. Son illərdə yaradılan müasir infrastruktur layihələri Azərbaycanın beynəlxalq ticarət və yükdaşımada rolunu əhəmiyyətli dərəcədə artırıb.Bu baxımdan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ölkə üzrə formalaşdırılmış müasir logistika infrastrukturu regionun iqtisadi inteqrasiyasında mühüm rol oynayır”.

Deputatın fikrincə, Azərbaycanın təqdim etdiyi tranzit və enerji imkanları Mərkəzi Asiya dövlətlərinin qlobal bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, regionun ümumi iqtisadi dayanıqlığını artırır və yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaradır.

Bəhruz Məhərrəmov vurğulayıb ki, bu uğurların arxasında ilk növbədə güclü siyasi iradə dayanır: “Vaxtilə bir çox beynəlxalq dairələr Azərbaycanın irəli sürdüyü iri enerji layihələrinin perspektivinə şübhə ilə yanaşsa da, həyata keçirilən prinsipial və ardıcıl siyasət nəticəsində həmin təşəbbüslər bu gün qlobal enerji sisteminin ayrılmaz hissəsinə çevrilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri