Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdıran Azərbaycan Rəy

Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdıran Azərbaycan Rəy

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji bağlantıları birlikdə Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdırır.

““Bakı Enerji Həftəsi” çərçivəsində səslənən mesajlar göstərdi ki, Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil. Bakı yeni geosiyasi reallıqlar fonunda Avrasiyanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional inteqrasiyasını formalaşdıran əsas aktorlardan birinə çevrilməkdədir. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub, Vaşinqton nümayəndələrinin açıqlamaları və Bakı ilə ABŞ arasında artan strateji dialoq bunu bir daha nümayiş etdirdi”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Tramp Administrasiyasının “Bakı Enerji Həftəsi”nə verdiyi xüsusi önəm təsadüfi deyil. “Çünki hazırkı qlobal şəraitdə enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, geosiyasi və təhlükəsizlik məsələsinə çevrilib. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhranlar və qlobal enerji bazarlarında qeyri-müəyyənlik fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Qərbin diqqət mərkəzinə yüksəlir”, o vurğualyıb.

 Deputat əlavə edib ki, Donald Trampın məktubunda yer alan “Azərbaycan enerji təhlükəsizliyi sahəsində liderlik nümayiş etdirir” fikri əslində Vaşinqtonun Bakıya strateji baxışını ortaya qoyur: “ABŞ açıq şəkildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu dəstəklədiyini bəyan edir və bu tərəfdaşlığın gələcək illərdə daha da genişlənəcəyini vurğulayır.
Burada diqqət çəkən əsas məqamlardan biri enerji ilə regional sülh prosesinin əlaqələndirilməsidir. Tramp Administrasiyası Azərbaycan-Ermənistan sülh prosesini regional enerji inteqrasiyasının əsas sütunu kimi təqdim edir. Bu isə onu göstərir ki, Vaşinqton Cənubi Qafqaza artıq yalnız təhlükəsizlik prizmasından deyil, həm də geoiqtisadi platforma kimi yanaşır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Şərq-Qərb dəhlizi artıq uğurla fəaliyyət göstərir və Zəngəzur dəhlizi onun yeni strateji qoluna çevriləcək. Ağ Evdə ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında əldə edilən razılaşmalar Vaşinqtonun regionda yeni əməkdaşlıq modelini dəstəklədiyini göstərir.

Əslində burada söhbət yalnız nəqliyyat marşrutundan getmir. Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji bağlantıları birlikdə Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdırır. ABŞ və Qərb üçün bu marşrutlar Çindən Avropaya qədər uzanan alternativ ticarət və enerji arteriyası deməkdir. Azərbaycan isə bu sistemin əsas tranzit və enerji mərkəzinə çevrilir”.

Deputat bildirib ki, Vaşinqtonun Bakı ilə münasibətlərdə yeni mərhələyə keçməsi təsadüfi deyil: “ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakıya səfəri, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir.

Ən mühüm mesajlardan biri isə 907-ci düzəlişlə bağlıdır. Prezident İlham Əliyevin Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması ilə bağlı paylaşımı Vaşinqtonun Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətini yenidən təsdiqlədiyini göstərir. Çünki 907-ci düzəliş uzun illər ABŞ-Azərbaycan münasibətlərində siyasi maneə kimi çıxış edirdi. Bu məhdudiyyətlərin faktiki olaraq tətbiq edilməməsi Vaşinqtonun regional siyasətində Bakının roluna verdiyi önəmi ortaya qoyur.

Bu gün Azərbaycanın geosiyasi üstünlüyünü artıran əsas amillərdən biri də enerji diplomatiyasıdır. Bakı artıq yalnız enerji ixrac etmir, eyni zamanda enerji üzərindən regional əməkdaşlıq platformaları yaradır. TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və yeni yaşıl enerji layihələri Azərbaycanın Avrasiyanın enerji xəritəsində əsas oyunçuya çevrildiyini göstərir.

Azərbaycanın enerji strategiyasının fərqli cəhəti isə onun çoxşaxəli xarakter daşımasıdır. Bakı bir tərəfdən neft və qaz ixracını artırır, digər tərəfdən bərpa olunan enerji və yaşıl enerji dəhlizlərinə sərmayə yatırır. Bu isə Azərbaycanın gələcəyin enerji bazarına hazırlaşdığını göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft və qaz Azərbaycanın məqsədi deyil, vasitəsidir. Əsas məqsəd isə milli gücün artırılması, iqtisadi müstəqillik, regional təsir imkanlarının genişləndirilməsi və Azərbaycanın qlobal strateji aktora çevrilməsidir.
Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi qəbul edilir. Bakı həm Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin, həm də Avropanın enerji təhlükəsizliyinin əsas qovşaqlarından birinə çevrilib.
Məhz buna görə “Bakı Enerji Həftəsi” artıq sıradan enerji tədbiri deyil. Bu platforma qlobal enerji bazarlarının, regional geosiyasətin və yeni iqtisadi marşrutların müzakirə olunduğu strateji mərkəzə çevrilir.

Vaşinqtondan Bakıya verilən mesaj da aydındır: Azərbaycan regionda sabitlik, enerji təhlükəsizliyi və geoiqtisadi inteqrasiyanın əsas tərəfdaşlarından biridir. Bu isə Azərbaycanın beynəlxalq sistemdə artan rolunun və yeni geosiyasi çəkisinin göstəricisidir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri