Icma.az
close
up
RU
Qlobal geosiyasətdə paradiqma dəyişikliyi...

Qlobal geosiyasətdə paradiqma dəyişikliyi...

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd etdi ki, təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.Bu, çağdaş beynəlxalq münasibətlər sistemində mövcud reallığın konseptual ifadəsi olmaqla bərabər, qlobal geosiyasi transformasiyanın və paradiqma dəyişikliyinin baş verdiyini göstərir.

Köhnə-yeni prioritetlər: enerji, ərzaq, kiber və logistika təhlükəsizliyi
II Dünya müharibəsindən sonra formalaşan dünya düzənində əsas strateji prioritetlər bu cür idi: bərpa, inteqrasiya və inkişaf. Hər üç anlayış daha çox iqtisadi məzmun kəsb edirdi. Lakin müasir dövrdə beynəlxalq sistem artıq klassik liberal nizamın prinsipləri ilə deyil, daha çox təhlükəsizlik yönümlü realist yanaşmalarla xarakterizə olunur. Bu isə dövlətlərin davranış modelləri, prioritetləri və strateji qərarlarında köklü dəyişikliklərə səbəb olur.
XXI əsrin üçüncü onilliyində baş verənlər, xüsusilə də Yaxın Şərq və Şərqi Avropada şiddətli hərbi eskalasiya sabitlik, təhlükəsizlik və müdafiə anlayışlarını yenidən ön plana çıxarıb. Artıq “Təhlükəsizlik olmadan davamlı inkişafı təmin etmək mümkün deyil” tezisi daha aktualdır.
Təhlükəsizlik anlayışı klassik hərbi-siyasi çərçivədən çıxaraq çoxölçülü xarakter alıb. Haliyyədə “qlobal təhlükəsizlik” məfhumu öz yerini milli və regional sabitlik kateqoriyalarına verib ki, burada enerji, ərzaq, kiber və logistika təhlükəsizliyi dominantdır.
Transformasiya - “yumşaq güc”dən “sərt güc”ə...
Yeni dünya nizamına keçid prosesində baş verən digər paradiqma dəyişikliyi “yumşaq güc”dən (“soft power”) növbəti dəfə “sərt güc”ə (“hard power”) transformasiyadır. Geostrateji mərkəzlər arasında rəqabətin kəskinləşməsi, yeni risk və təhdidlərin meydana çıxması ilə kollektiv təhlükəsizlik anlayışının arxa plana keçdiyi indiki şəraitdə dövlətlər öz milli təhlükəsizlik strategiyalarına yenidən baxmaqla müdafiə potensialının genişləndirilməsini öncəliyə çevirməkdədirlər.
Azərbaycan nümunəsi: sabitlik siyasi fenomen kimi...
Hazırda daxili sabitlik dövlət müstəqilliyi və suverenlik anlayışları ilə eyni siyasi dəyərə malikdir. Cənubi Qafqazda təhlükəsizlik adasına çevrilən Azərbaycanın sabitlik modeli yeni siyasi fenomendir. Paralel olaraq ölkəmizin konstruktiv siyasəti, çoxkombinasiyalı diplomatik - strateji gedişləri, etimad quruculuğuna hədəflənmiş sülh diplomatiyası sayəsində bölgədə yeni təhlükəsizlik mühiti formalaşır. Avrasiyanın “heartland” nöqtələrindən hesab olunan Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır.
Azərbaycan geosiyasi mənzərəni ədavətdən ədalətə (hərbi-strateji qarşıdurmadan ədalətli sülhə) doğru dəyişməklə bir regionun timsalında qlobal sabitlik modeli yaradıb.

Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri