Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Qlobal istiləşmə ciddi fəsadlar verir RƏYLƏR

Qlobal istiləşmə ciddi fəsadlar verir RƏYLƏR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişmələri nəticəsində atmosferə buraxılan korbin emisyonları orta illik temperaturun 1.5 dərəcə artmasına səbəb olub. Bu tendensiya davam etsə, orta ilik temperaturun gələcək onilliklərdə 2 dərəcəyə yaxınlaşma riski var. Alimlərin hesablamalarına görə, bu da gələcəkdə böyük təbii fəlakətlərin olmasına səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında ETSN yanında ictimai şuranın sədri Amin Məmmədov deyib.

Onun sözlərinə görə, bir çox qitələrdə əsasən quraqlıq geniş yayılır: “Bu da ərzaq təhlükəsizliyinə birbaşa təsir edir. Həmçinin daşqınlar və sellər, meşə yanğınları baş verir. Bunlar hamısı təbiətə çox böyük ziyan vurur. Yəni biomüxtəlifliyinə, bitki aləmin və heyvanat aləminə, eyni zamanda insan sağlamlığına, insan həyatının itkisinə səbəb olur. Bu baxımdan İqlim Dəyişikliyi mübarizə üzrə çərçivə konvensiyasının tərəflərinin görüşündə COP29 Bakıda keçirildi. Bununla mübarizə üçün səhiyyədə, beynəlxalq təşkilatlarda, bütün konvensiyaya çıxan dövlətlərin hər birinin üzərinə öhdəliklər düşür. Bu istiqamətdə də inkişaf etmiş ölkələr tərəfindən maliyyə ayrılır. Bunun isə həmin problemlərə nə dərəcədə kömək edib-etməyəcəyini zaman göstərəcək”.

Həmçinin mövzu ilə bağlı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli fikirlərini bildirib. Onun sözlərinə görə, son illər qlobal istiləşmənin səviyyəsi artıb: "Beynəlxalq ekspertlər ötən 2024-cü ili Yer kürəsində ən isti il olduğunu bildirmişdilər. Qlobal istiləşmə ciddi fəsadlar verir. Dünyanın şirin su mənbələri olan buzlaqlar əriyir, quraqlıq sahələri genişlənir, meşə yanğınları artır, su ehtiyatları tükənir. Sənayenin inkişafı, kənd təsərrüfatının genişlənməsi, plansız şəhərsalma, xaotik urbanizasiya əlavə ekoloji problemlərə yol açıb. Son 10 ildə qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə beynəlxaq təşəbbüslər də artıb. Ötən il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29 keçirildi. Bakı konfransı qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə mühüm qərarları ilə yadda qaldı. Qlobal istiləşmənin əsas səbəblərindən birinin insan faktoru olduğu artıq kiməsə sirr deyil. Artıq sübuta yetirilib ki, antorogen təsirlər nəticəsində atmosferdə istixana qazları:karbon di-oksid, azot, metan və digər qazların miqdarı artıb. İnsan fəaliyyəti getdikcə dünyanı yaşanmaz bir hala gətirir. Dünyanın beyin mərkəzləri bu qərara gəlib ki, qlobal istiləşmə bu tempdə davam edərsə yaxın 150 ildə Yer kürəsi yaşanmaz hala gələcək. Azərbaycan iqlim fəsadları ilə mübarizə işinə böyük töhfələr verir. Çünki ölkəmiz qlobal iqlim dəyişiklikləri ilə bağlı vəziyyətin gerçəkdən ciddi olduğunu anlayır və iqlim fəsadları ilə mübarizə proqramına sadiqdir. Azərbaycan 2015-ci ildə imzalanmış Paris razılaşmasına uyğun olaraq karbon emissiyasının azaldılmasını öhdəsinə götürüb. 2050-ci ilə qədər ölkəmiz 1990-cı baza ili ilə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaltmalıdır. Ölkəmiz qlobal iqlim dəyişikliyinə mitiqasiya (yumşaltma) və adaptasiya ilə bağlı beynəlxalq təşəbbüslərə dəstək verir. Son illər ölkəmizdə karbon emissiyasının azadılması, bərpa olunan enerji zonalarının yaradılması istiqamətində önəmli layihələr icra olunub".

Elman Cəfərli bildirib ki, Azərbaycan qalıq yanacaq istehsalçısı və ixracatçısı olan ölkələrdəndir: "Lakin biz bərpa olunan enerjiyə keçidlə bağlı səyləri dəstəkləyirik. Qlobal miqyasda atmosferə istixana qazlarının atılmasında Azərbaycanın payı cüzidir. Ölkəmiz 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmiz bu sahədə qabaqcıl ölkələrin iri şirkətləri ilə anlaşma memorandumları imzalayıb.

Bu gün ölkəmizdə xüsusən iri şəhərlərdə hava çirkliliyinin əsas səbəbi antropogen amillərdir. Bakı və digər iri şəhərlərdə atmosferin çirklənməsi sənaye müəssisələrinin fəaliyyətinin, daha çox isə avtomobil sıxlığının nəticəsidir. Ötən əsrin 70-ci illərində Bakı və Sumqayıtda, Gəncədə atmosferi çirkləndirən əsas mənbələr sənaye müəssisələri idi. Lakin hazırkı dövrdə hava çirkliliyi yaradan amillərin başında daxiliyanma mühərriki ilə hərəkət edən nəqliyyat vasitələrinin sıxlığı gəlir. Rəsmi məlumata görə, 2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, hazırda nəqliyyatın payına düşən tullantı həcmi 80 faizə yaxındır. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO)kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir. Əksər sənaye müəssisələrindən tullantılar atmosferə ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılır. Bu da onların atmosferdə daha tez səpələnməsinə imkan yaradır.
Nəqliyyat vasitələrinin atdığı tullantılar isə insanın birbaşa nəfəs aldığı təpəqəyə daxil olur. Bakının gündəlik nəqliyyat sıxlığı müşahidə olunan ərazilərində hava çirklilyi daha artıqdır.

Vəziyyətdən çıxış yolu kimi bərpa olunan enerji sektorunun genişləndirilməsi, iri şəhərlərdə yaşıl nəqliyyata keçid və digər addımlar təklif edilir. Ölkəmiz deyilən istiqamətdə nəhəng layihələr həyata keçirir. 2024-cı ilə qədər paytaxt Bakıda metro stansiyalarının artırılması, tramvay xəttlərinin çşəkilməsi, elektriklə işləyən avtobusların sayının artırılması planlaşdırılır. Şəhərdə velosiped yolları şəbəkəsi genişləndirilir. Yaxşı olar ki, Zığdan Şıxova qədər dəniz nəqliyyatlı sistemi yaradılsın. Qayıq-taksilər, sərnişin gəmiləri fəaliyyət başlasın. Metronun “Azadlıq prospekti” stansiyası ilə “Koroğlu” stansiyasıl arasına birbaşa xəttin yaradılması nəzərdən keçirilir. Düşünürəm ki, bu reallaşarsa, nəqliyyat sıxlığını xeyli dərəcədə aradan qaldıra bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Mart 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri