Icma.az
close
up
RU
Qlobal nəqliyyat körpüsü

Qlobal nəqliyyat körpüsü

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orta Dəhliz beynəlxalq ticarətin çevikliyini artıran “Digital Hub”a çevrilir

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto “Report”a müsahibəsində Orta Dəhlizin inkişaf perspektivlərindən danışarkən vurğulayıb ki, Çin və Avropa arasında nəqliyyat körpüsünə çevrilən Orta Dəhliz beynəlxalq yükdaşımalar üçün strateji əhəmiyyətini dayanmadan artırmaqdadır. Geosiyasi dəyişikliklər və ənənəvi marşrutlardakı məhdudiyyətlər bu dəhlizi qlobal ticarət və logistika sektorunun diqqət mərkəzinə gətirməkdədir. Dünyada daşınma və logistika üzrə ixtisaslaşmış nəhəng beynəlxalq şirkətlərin əksəriyyəti səmtini alternativ marşrut kimi Orta Dəhlizə yönəldir.

U. Prettonun fikrincə, Orta Dəhlizin miqyası və coğrafi hüdudları o qədər geniş və cəlbedicidir ki, vahid iqtisadi zona kimi optimallaşdırılması aktuallaşıb. Ona görə də qlobal tərəfdaşlar dəhlizin tam potensialını hərəkətə gətirmək üçün həllini gözləyən məsələləri nəzərə almalıdır. Belə ki, gömrük-sərhəd keçid məntəqələrində tıxaclara və yüklərin daşınma müddətində gecikmələrə səbəb olan texniki-fiziki amillərin aradan qaldırılması, gömrük və sərhəd infrastruktularının təkmilləşdirilməsi, sərhəd məntəqələrində prosedurların rəqəmsallaşdırmasının artırılması istiqamətində addımlar atılmalıdır. Nəticədə, bu tədbirlərin həyata keçirilməsi Orta Dəhlizin potensialının tam şəkildə reallaşmasına və meqanəqliyyat arteriyasına çevrilməsinə səbəb olacaq.

TIR elektron bəyannamə sistemi gömrük risklərini azaldır

Qeyd edək ki, Orta Dəhlizin iştirakçısı olan ölkələr də həmin prioritet çağırışları vacib sayır. 2024-cü ilin əvvəlindən indiyədək keçirilən işçi qrupun iclaslarında bu istiqamətində birgə səylərin əlaqələndirilməsi qərara alınıb. Əsas təşəbbüslərdən biri də nəqliyyat axıcılığının rentabelliyini təmin etmək üçün TIR sisteminin effektiv tətbiqidir. TIR elektron bəyannamə sistemi (TIR-EPD) bir çox ölkədə gömrük risklərinin daha dəqiq qiymətləndirilməsinə və aşağı riskli daşımaların sürətləndirilməsinə imkan verən unikal model kimi tətbiq olunmaqdadır. Bu sistem yükdaşımaların daha təhlükəsiz və sürətli həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, bu rəqəmsal infrastruktur  müxtəlif nəqliyyat növləri arasında əlaqələndirməni təmin etməklə tranzitin sürətini və etibarlılığını artırır.

Qardaş Türkiyənin Yaxın və Orta Şərq bölgələrini birləşdirən tranzit xətlərində bu modelin tətbiqi neçə ildir ki, öz mühüm üstünlüyünü göstərməkdədir. Bu baxımdan Orta Dəhliz ailəsinin üzvlərindən biri kimi Türkiyə təcrübəsi tərəflər üçün əhəmiyyət kəsb edə bilər. Hazırda Mərkəzi Asiya ölkələri TIR zolaqlarının yaradılması və E-TIR sisteminin genişləndirilməsi kimi təşəbbüsləri dəstəkləyərək tərəfdaşlarla digər vahid rəqəmsal imkanları nəzərdən keçirir.

Azərbaycan “Ro-Pax” nəhəng bərə-gəmilərini Orta Dəhlizə cəlb edib

Orta Dəhlizin ən strateji həlqələrindən biri olan Xəzər dənizi üzərindən yükdaşımaların səmərəliliyinin artırılması üçün də müasir rəqəmsal layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə də rəqəmsal texnologiyaların tətbiqi yolu ilə səmərəliliyin yaxşılaşdırılması, təmiz ekoloji nəqliyyat şəbəkələrinin yaradılması, bir sözlə Orta Dəhlizin “yaşıl koridor”a çevrilməsi planlaşdırılır. Həmçinin, daşınmalarda çevik və dinamik “Ro-Pax” tipli gəmi bərələrinin sayının artırılması və mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır.

Yeri gəlmişkən, Azərbaycan son illərdə Orta Dəhlizin tərkib hissəsi olan nəqliyyat-logistika infrastrukturunun tamamilə yeniləyib, nəqliyyat dəhlizlərinin səmərəliliyinin təmin edilməsi istiqamətində mühüm işlər görüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında elektron idaretmə sistemini formalaşdırıb. Həmçinin, Xəzər Dəniz Gəmiçiliyi Bakı Gəmiqayırma Zavodunda 3 “Ro-Pax” bərə-gəmi inşa edib, həmin gəmilərin 2-si neçə aydır ki, Orta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurla istismar olunur, 3-cü bərə-gəmi isə yaxın günlərdə istifadəyə hazır olacaq. Digər Xəzəryanı ölkələr də eyni tipli gəmi infrastrukturlarının sayını artırmaq üçün səylərini artırıb. 

Maliyyə təşkilatları dəhlizin rəqəmsallaşmasına donorluq edir

Göründüyü kimi, bütün tərəfdaş ölkələr Orta Dəhliz boyunca sərhədlərarası institusional çərçivənin yaradılması, beynəlxalq standartlara uyğunlaşma və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində fasiləsiz addımlar atmaqdadır. Eləcə də, müasir nəqliyyat daşıyıcılarının əldə edilməsi, liman və logistika mərkəzlərinin yaradılması, rəqəmsal sistemlərin inkişaf etdirilməsi və elektrin optikanın əlaqələndirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsində beynəlxalq maliyyə institutları ilə danışıqlar intensivləşib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər təşkilatlar dəhlizin genişləndirilməsi layihələrinə maliyyə donorluğuna razılıqlarını bəyan edib.

Bütün bu addımlar yaxın illərdə Orta Dəhlizin qlobal nəqliyyat arteriyası ilə yanaşı, beynəlxalq ticarətin çevikliyini artıran “Digital Hub”a və iqtisadi platformaya çevriləcəyini şərtləndirir.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri