Icma.az
close
up
RU
Статья не опубликована
Qlobal şəkər bazarında dəyişikliklər: Azərbaycan üçün mümkün təsirlər ARAŞDIRMA

Qlobal şəkər bazarında dəyişikliklər: Azərbaycan üçün mümkün təsirlər ARAŞDIRMA

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliya, şəkər ixracında dünya lideri kimi, 2024/25 mövsümündə illik ifadədə 7,8 % azalma ilə 42 milyon ton istehsal proqnozu ilə qarşı-qarşıyadır.

Aznews.az bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin törəmə şirkəti olan “Fitch Solutions”ın (FS) araşdırmasına istinadən xəbər verir.

“Fitch Solutions”ın araşdırmasına görə, bu geriləmənin əsas səbəbləri quraqlıq və ekstremal istilərdir. Bununla belə, 2025/26 mövsümündə istehsalın 44 milyon tona yüksələcəyi və 4,8 %-lik artım göstərəcəyi proqnozlaşdırılır. Bu, şəkər çuğundurunun əlverişli məhsuldarlığı və şəkər istehsalına üstünlük verilməsi ilə bağlıdır.

Dünya bazarına təsirlər

FS hesab edir ki, 2025-ci ilin may ayından etibarən qlobal bazarda qiymətlərə təzyiq yaranacaq. İyul ayı üçün şəkər kontraktları may ayına nisbətən 2 % endirimlə ticarət olunur ki, bu da 2025/26 mövsümündə Braziliyadan ixracın artacağına dair gözləntiləri əks etdirir.

Hindistanın da oxşar tendensiya ilə qarşılaşacağı proqnozlaşdırılır. 2024/25 mövsümündə Hindistanda şəkər istehsalının 11,8 % azalaraq 30 milyon tona düşəcəyi, 2025/26 mövsümündə isə 13,7 % artaraq 34,1 milyon tona çatacağı gözlənilir.

Qlobal istehsalın isə 2024/25 mövsümündə 3,4 % azalaraq 175,8 milyon ton, 2025/26 mövsümündə isə 4 % artaraq 182,8 milyon ton olacağı proqnozlaşdırılır. Tələbat isə 2024/25 mövsümündə 0,9 % artaraq 180,5 milyon tona çatacaq. 2025/26 mövsümündə istehsalın artımı qlobal bazarda profisiti bərpa etməyə kömək edəcək.

"Bu artım 2023/24 mövsümündə 2,9 milyon ton olan qlobal hasilat profisitindən 2024/25 mövsümündə 4,7 milyon ton kəsirə keçidə dəstək verəcək. 2025/26 mövsümündə illik tələbatın daha 0,2 % artacağına dair gözləntilərimizə baxmayaraq, istehsalın təkmilləşdirilməsi 1,9 milyon tonluq profisitə dönməyə imkan verəcək”, - hesabatda deyilir.

Azərbaycan bazarına təsirlər

Azərbaycan şəkər və xam şəkər tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. 2024-cü ildə ölkəyə 21,2 milyon ABŞ dolları dəyərində 33 min ton şəkər idxal edilib ki, bu da illik ifadədə müvafiq olaraq 5 % və 12 % artım deməkdir. Əsas tədarükçü Rusiya olub – bu ölkədən 19,6 milyon ABŞ dolları dəyərində (0,2 % az) 31 min ton (7 % çox) şəkər idxal olunub.2024-cü ildə Rusiyadan alınan bir ton şəkərin idxal qiyməti 2023-cü ildəki 681 ABŞ dollarından 633 ABŞ dollarına düşüb.

2025-cü ilin yanvarında isə Rusiyadan şəkər idxalı 31 dəfə artaraq 1,14 min tona çatdırılıb ki, bu da cəmi idxalın 93 %-ni təşkil edib.

Xam şəkər (şəkər qamışı və çuğunduru) üzrə idxalda isə Braziliya əsas tədarükçüdür. 2024-cü ildə Azərbaycana 161 milyon ABŞ dolları (il ərzində 2,4 % azalıb) dəyərində 274 min ton (5,8 % artıb) xam şəkər gətirilib ki, bunun 256 min tonu Braziliyanın payına düşüb. Bu Latın Amerikası ölkəsindən idxal olunan xam şəkərin qiyməti 8,3 % azalaraq 582 ABŞ dolları/ton olub. Bu ilin yanvarında Braziliyadan tədarük 9 dəfə artaraq 18,33 min tona çatıb və ümumi idxalın 99,99 %-ni təşkil edib.

Ölkədə şəkər çuğunduru istehsalının artması da diqqət çəkir. 2024-cü ildə 289,1 min ton şəkər çuğunduru istehsal edilib ki, bu da illik 31,5 % artım deməkdir. Bu ilin ilk iki ayında isə 315 hektar ərazidə şəkər çuğunduru əkilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53 % çoxdur.

Gələcək qiymət trendləri və təsirlər

“Fitch Solutions” 2025-ci ildə ICE-də listinq olunan birinci ay şəkərinin orta qiymətini funt başına 20,7 sentdən 19,4 sentə qədər enəcəyini gözləyir. Proqnozlara görə, şəkər qiymətləri 2026-cı ildə funt başına 18,6 sent, 2027-ci ildə isə 18,2 sent səviyyəsinə qədər enəcək və 2027-2029-cu illərdə sabit qalacaq. Hindistanın şəkər ixracını məhdudlaşdırmağa davam edəcəyi gözlənilir ki, bu da dünya qiymətləri üçün dəstək rolunu oynayacaq.

Digər tərəfdən, Braziliyada etanol qarışdırma dərəcəsinin 27 %-dən 30 %-ə yüksəldilməsi gündəmdədir. Lakin saf etanolun rəqabət qabiliyyətinin azalması daxili bazarda şəkər istehsalını daha cəlbedici edə bilər.

Bu dəyişikliklər Azərbaycan üçün bir neçə vacib məqamı önə çıxarır: Belə ki, Braziliyada istehsalın bərpası və Hindistanın ixrac məhdudiyyətləri qlobal şəkər qiymətlərinə təsir edəcək. Bu səbəbdən Azərbaycanın şəkər idxalında əsas tərəfdaşları - Rusiya və Braziliya - qiymət dəyişikliyindən birbaşa təsirlənəcək.
Ölkə daxilində şəkər çuğunduru istehsalının artması idxaldan asılılığı müəyyən dərəcədə azalda bilər. Bununla yanaşı, yanacaq qiymətləri və hava şəraiti şəkər bazarında əsas qeyri-müəyyənlik faktorları olaraq qalır.

Nəticə etibarilə, qlobal bazarda baş verən dəyişikliklər Azərbaycanın şəkər bazarına və istehlak qiymətlərinə təsir edəcək. Şəkər tədarükçülərinin strategiyaları və daxili istehsalın artımı gələcəkdə idxal asılılığının səviyyəsini müəyyən edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 01 Aprel 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri