Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Azərbaycana münasibətdə belə anlaşılmaz və qərəzli davranışlar birinci dəfə deyil”

Qulamhüseyn Əlibəyli: “Azərbaycana münasibətdə belə anlaşılmaz və qərəzli davranışlar birinci dəfə deyil”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Almaniya prezidentinin Azərbaycana səfəri ərəfəsində yaşanan qalmaqal - onun Ermənistana səfəri çərçivəsində özünün rəsmi “İnstagram” səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış keçmiş qondarma rejimin “bayrağını” yerləşdirərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı paylaşım etməsi texniki cəhd kimi qələmə verilsə də, buna böyük şübhələr var.

Xatırlatmaq istəyirəm ki, Almaniya rəsmilərinin Azərbaycana münasibətdə belə anlaşılmaz və qərəzli davranışları birinci dəfə deyil”. 
Bunu Qulamhüseyn Əlibəyli bildirib. Onun fikrincə, təxminən 2 il bundan əvvəl Almaniya Kansleri Şolts Ermənistanın baş naziri Paşinyanı qəbul edərkən “Dağlıq Qarabağ xalqının” vətəndaş hüquqları haqqında danışmış, bu barədə rəsmi məlumat yayıldıqdan 2-3 saat sonra saytdan silinmişdi:

“Bir müddət sonra Almaniyanın xarici işlər naziri xanım Berbok Azərbaycanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Xankəndi və Şuşa səhərlərini ermənilərin qoyduğu uydurma adlarla adlandırmış, COP29 sammiti çərçivəsində Bakıya gəlməmişdən əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan könüllü getmiş erməni əsilli şəxslərlə “Qarabağdan olan qaçqınlar” adı ilə görüş keçirmiş, “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də yol vermişdi.

Azərbaycana səfəri zamanı isə jurnalistlərin Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyi barədə sualına əvvəlcə Ermənistanda “Qarabağdan olan qaçqınlar”la görüşü barədə uzun-uzadı danışmış,  sonradan Azərbaycanın xarici işlər nazirinin təkidindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti ayrı-ayrı nümayəndələri ilə görüşünü  guya İcma ilə də  görüş kimi qələmə verməyə çalışmışdı”. 

Qulamhüseyn Əlibəyli daha sonra bildirib ki, bütövlükdə, Almaniya prezidentinin həm Ermənistana, həm də Azərbaycana səfərləri və bu səfərlər  çərçivəsində verdiyi sülhə çağırışlarla bağlı bəyanatları təmsil etdiyi dövlətin Cənubi Qafqazda fəal rol almaq istəyindən irəli gəlsə də pozitiv məqamlara da malikdir.

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri