Icma.az
close
up
RU
Qlobal sistem dağılır: Beynəlxalq hüquq iflic vəziyyətdədir

Qlobal sistem dağılır: Beynəlxalq hüquq iflic vəziyyətdədir

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əvvəlcə pandemiya, ardınca da Ukrayna savaşı qlobal sistemə sarsıcı zərbələr vurdu. Xüsusilə də Ukrayna savaşının başlanmasından sonra, BMT-nin yaradılmasından bəri mövcud olan beynəlxalq hüquq sisteminin çöküş prosesi başladı. Hazırda nə beynəlxalq hüquq sistemi, nə də qlobal təhlükəsizlik sistemi real təsirə və ya real mövcudluq şərtlərinə malik deyil.

Bunu politoloq Elçin Xalidbəyli  Bakıvaxtı.az-a dünya nizamının pozulması barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bütün proseslər faktiki olaraq qlobal sistemin çöküşünə səbəb olur. Xüsusilə də nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq sisteminin pozulmasında və ya çöküşündə iki dövlət xüsusilə rol oynayır. Bunlardan biri Rusiya, digəri isə ABŞ-dir.

Politoloq qeyd edir ki, Rusiya müstəqil bir dövlətin ərazilərini ələ keçirməklə və sərhədlərin toxunulmazlığını pozmaqla beynəlxalq hüquq sistemini tapdalayır. Digər tərəfdən ABŞ də beynəlxalq hüquq sisteminin dağıdılması prosesinə birbaşa təsir göstərir. Bu, həm ABŞ-nin Avropa Birliyi ilə qarşıdurması, həm də NATO daxilində gərginliklərin dərinləşməsi ilə nəticələnir və NATO-nun gələcək taleyini böyük risk altına qoyur:

"NATO beynəlxalq aləmdə güc balansının qorunmasında xüsusi rol oynayırdı. Lakin ABŞ bu hərbi-siyasi alyansdan tədricən uzaqlaşır. Hər halda Tramp administrasiyasının davranışları bunu göstərir. Digər tərəfdən ABŞ ənənəvi beynəlxalq müttəfiqlərindən imtina etməyə başlayıb.

Buna misal olaraq ABŞ-nin onilliklər boyu hərbi-siyasi sahədə strateji müttəfiqlik münasibətlərinə malik olduğu Avropa Birliyi və onun ayrı-ayrı üzvləri ilə münasibətlərinin pisləşməsini göstərmək olar. ABŞ artıq Avropa Birliyini və onun üzvlərini hərbi-siyasi cəhətdən müdafiə etmədiyini açıq şəkildə nümayiş etdirir. Bu isə qüvvələr balansının kobud şəkildə pozulmasına münbit şərait yaradır".

Elçin Xalidbəyli: NATO-nun gələcək taleyini böyük risk altındadır

E.Xalidbəyli bildirir ki, ABŞ bəzi ölkələrə qarşı açıq-aşkar ərazi iddiaları irəli sürür. Buna misal olaraq, Prezident Donald Trampın Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif etməsi, hətta bunu tələb etməsi göstərilə bilər. Eyni zamanda Danimarkaya məxsus Qrenlandiyaya da iddiaları mövcuddur. ABŞ bu ərazini, Danimarkanın əlindən alıb öz nəzarəti altına salmağa çalışır:

"Bu sıraya digər amilləri də əlavə etmək olar. Bütün bunlar beynəlxalq hüquq sisteminin çöküşünə birbaşa yol açır. Sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünün suverenliyi kimi önəmli qlobal dəyərlər artıq arxa plana keçməyə başlayıb. Yaxın gələcəkdə bu tendensiya davam edəcəyi təqdirdə dünyada hüquq böhranı yarana bilər və bu, hərbi münaqişələrlə müşahidə oluna bilər".

Ekspertin fikrincə, bu baxımdan hesab etmək olar ki, dünyada güc balansının pozulmasında Rusiya ilə yanaşı Tramp administrasiyasının siyasətinin də olduqca ciddi rolu mövcuddur.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri