Icma.az
close
up
RU
Qlobal smartfon tədarükləri 2026 cı ildə 13 faiz azalacaq...

Qlobal smartfon tədarükləri 2026 cı ildə 13 faiz azalacaq...

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Smartfonun orta qiyməti artacaq...

...Beynəlxalq Məlumat Korporasiyasının (IDC) hesabatına görə, qlobal smartfon tədarükləri 2026-cı ilin sonuna qədər təxminən 13 faiz azala bilər.

Orta smartfon qiyməti 14 faiz artaraq 523 dollara çatacaq.

Bu artım bazarda yaddaş çiplərinin çatışmazlığı ilə əlaqədar olacaq.

2026-cı ildə qlobal smartfon tədarükləri illik müqayisədə 12,9 faiz azalaraq təxminən 1,1 milyard ədədə düşəcək.

2025-ci ildə tədarüklər 1,26 milyard ədədə çatıb.

SİA-nın məlumatına görə, Beynəlxalq Məlumat Korporasiyasının nümayəndəsi Fransisko Ceronimo bildirib ki, “...Biz müvəqqəti daralma deyil, yaddaş təchizatı zəncirində yaranan sunamiyə bənzər bir şok və istehlakçı elektronikası sənayesində dalğalanma effektlərinin yayılmasını görürük”.

...Counterpoint Research analitikləri də proqnozlarını aşağı istiqamətdə yenidən nəzərdən keçiriblər.

Şirkət qlobal smartfon tədarüklərinin 12 faiz azalacağını gözləyir ki, bu da indiyə qədər ən kəskin azalmadır. Counterpoint şirkətinin tədqiqat direktoru Tarun Pathak izah edib ki, yaddaş istehsalçıları hiperskalerlərə (böyük məlumat mərkəzi operatorları) təchizatı prioritetləşdirir, smartfon istehsalçıları isə "növbədə durmağa" məcburdurlar.

Çətinliyin əsas səbəbi süni intellekt infrastrukturuna investisiyaların sürətli artımıdır.

Texnologiya nəhəngləri yaddaş çipləri almaqla süni intellekt infrastrukturunun yaradılmasını sürətləndirirlər ki, bu da birbaşa qiymətlərin artmasına səbəb olur.

Buna görə də istehsal xərclərinin artması qaçılmaz olaraq pərakəndə satış qiymətlərinin artmasına səbəb olacaq.

Beynəlxalq Məlumat Korporasiyasının proqnozlarına görə, smartfonun orta qiyməti 2026-cı ildə 14 faiz artaraq 523 dollara çatacaq.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2026 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see389

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see330

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see318

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see260

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see257

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see253

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see237

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see235

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see225

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see222

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see218

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see216

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see214

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see211

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see211

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see201

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see200

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see193

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see192

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri