Icma.az
close
up
RU
“Qlobal xaos fonunda Azərbaycan üçün birlik və texnologiya əsas silahdır” Ramiz Yunus

“Qlobal xaos fonunda Azərbaycan üçün birlik və texnologiya əsas silahdır” Ramiz Yunus

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Noyabrın 24-də Xəzər Universitetində tanınmış siyasi şərhçi, professor Ramiz Yunus tələbələr və professor-müəllim heyəti qarşısında mühazirə oxuyub.

“AzPolitika” “Musavat.com”a istinadla bildirir ki, mühazirənin mövzusu “Dünyada geosiyasi xaos: təsirlər, risklər və Azərbaycanla Cənubi Qafqaz üçün imkanlar” olub.

Tədbiri universitetin təsisçisi, akademik Hamlet İsaxanlı açaraq, qlobal dəyişikliklərin Azərbaycan üçün yeni reallıqlar yaratdığını vurğulayıb. Professor Ramiz Yunus beynəlxalq sistemin sürətlə dəyişdiyini diqqətə çatdırıb: “Donald Trampın prezidentliyi dövründə yeni dünya düzəni yarana bilər. Ukrayna–Rusiya müharibəsi artıq 4 ildir davam edir və dünya çoxqütblü, konfliktli mozaikaya çevrilib”. 

O, ABŞ–Çin qarşıdurmasını sadəcə iqtisadi və texnoloji rəqabət kimi deyil, sivilizasiyaların yeni modelləri uğrunda mübarizə kimi qiymətləndirib: “Çin iqtisadi gücü ilə nəhəng coğrafiyaları idarə edir. Tramp və Si Cinpinin görüşündən sonra sabitliyin yaranması təsadüfi deyil”.

Professor həmçinin süni intellekt, yüksək texnologiya və kiberhücumları yaxın illərin əsas güc vasitələri adlandırıb: “Azərbaycan bu proseslərə ayaq uydurmalıdır. Yeni güc mənbəyi məhz texnologiyadır”.

Enerji təhlükəsizliyinə də toxunan R. Yunus bildirib ki, Azərbaycan hələ uzun müddət neft-qazın qlobal əhəmiyyətindən faydalanacaq, lakin yaşıl enerji keçidi qaçılmazdır: “Qarabağda yaşıl enerji üçün geniş imkanlar yaranıb”.

Regiondakı siyasi dinamikanı şərh edən professor Cənubi Qafqazın hələ də həssas olduğunu qeyd edib: “Vaşinqtonda 8 avqustda sülh müqaviləsi paraflandı, Tramp yol xəritəsi müzakirə olundu. Ermənistandakı siyasi ssenariləri yaxından izləməliyik. Hər versiyaya hazır olmalıyıq”.

Azərbaycanın mövqeyinin gücləndirilməsinin vacibliyini vurğulayan R. Yunus əlavə edib:“Son 5 ildə Azərbaycan sübut etdi ki, qələbə nələrə yol açır. Xaos dövründə ən güclü silah birlik və yaradıcılıqdır. Azərbaycan gələcəyini milli həmrəyliyə və elmə əsaslanaraq qurmalıdır”.

Sual-cavab sessiyasında professor Qərbin region siyasətinə də toxunub: “ABŞ-ın və Qərbin ikili standartlarını Ukrayna–Rusiya müharibəsində, Saakaşviliyə münasibətdə və Azərbaycana qarşı gördüm. Bizim üstünlüyümüz 10 milyonluq xalqın birliyidir. Daxildən güclü olsaq, qonşuların taleyini yaşamayacağıq”.

Azərbaycan–Ermənistan münasibətlərinə dair fikirlərini yekunlaşdıran Ramiz Yunus bildirib: “Ermənistanda sülh və sabitlik yalnız bir neçə nəsildən sonra mümkün olacaq. Cəmiyyət özü seçim etməlidir: sülh istəyir, yoxsa müharibə”.

Tədbir iştirakçıları mühazirəni maraqla dinləyərək, R. Yunusun qlobal geosiyasi proseslər və Azərbaycan üçün strateji imkanlar barədə geniş təhlilini yüksək qiymətləndiriblər.

Rasim

“AzPolitika.info”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri