Icma.az
close
up
RU
QMİ sədri Əl Əzhərin Şeyxini təbrik edib

QMİ sədri Əl Əzhərin Şeyxini təbrik edib

Icma.az bildirir, Azpost portalına istinadən.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Şeyx Əhməd Ət-Tayyibi Müsəlman Ağsaqqalları Şurasının təsis olunmasının 11-ci və Əl-Əzhər Şeyxi olmasının 15-ci ildönümü münasibətilə təbrik edib.

Bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıbb.

Təbrik məktubunda deyilir:

“Zati-Həzrətləri Şeyx Əhməd əl-Tayib həzrətləri,

Sizə iki əlamətdar hadisə: möhtərəm rəhbərliyiniz altında fəaliyyət göstərən Müsəlman Ağsaqqallar Şurasının yaradılmasının on birinci ildönümü və Zati-Həzrətlərinizin Əl-Əzhərin Böyük İmamı vəzifəsinə seçilməyinizin on beşinci ildönümü münasibətilə ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin müdrik rəhbərliyinizlə Şura öz səylərini müsəlmanların sıralarını birləşdirmək, haqq dinimizin ülvi dəyərlərinin təbliği, İslam-İslam və dinlərarası dialoqun təşviqi istiqamətində davamlı və səmimi işə sərf etməkdədir.

Uca Allahın izni ilə Əzhər-Şərifin böyük imamlığını qəbul etməyiniz İslam Ümmətimiz üçün bir nemət oldu, çünki siz dünyada hər bir müsəlman üçün sevilən rəhbər, həmçinin, müdriklik, ədalət, mötədillik, qardaşlıq və birgəyaşayışın nəcib öncüsüsünüz. Siz İslam dininin həqiqi simasının təbliğ edilməsində öndərsiniz, nifrətə, irqçiliyə, ekstremizmə, İslamofobiyaya qarşı mübarizənin görkəmli qəhrəmanısınız. Artıq bütün dünya, Şərqdən Qərbə, Sizin insan qardaşlığı yürüşündəki liderlik rolunuzu qəbul edib.

Mübarək Ramazan ayının bu şərafətli günlərində Sizə möhkəm cansağlığı və gümrahlıq arzulayır, İslam Ümmətinin və bütün bəşəriyyətin rifahı naminə tarixi fəaliyyətlərinizə Uca Allahdan xeyir-dualar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Müsəlman Ağsaqqalları Şurasının üzvü,

Şeyxülislam Allahşükür Paşazadə”

Elə həmin gün Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Müsəlman Ağsaqqalları şurasının sədri, Şeyx Əhməd Ət-Tayyib Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təşəkkür məktubu yazıb. Cavab məktubunda Şeyx Əhməd Ət-Tayyib Şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubunda yer alan nəcib qardaşlıq hissləri, səmimi dualar və Əl-Əzhərin Böyük İmamının roluna verilən yüksək qiymətə görə öz minnətdarlığını bildirib.

Xoş fürsətdən istifadə edən Əl-Əzhərin Şeyxi Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə səmimi salam-dualarını çatdırmağı xahiş edib və QMİ sədrinin simasında bütün Qafqaz müsəlmanlarını qarşıdan gələn Eid Əl-Fitr bayramı münasibətilə təbrik edib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri