Icma.az
close
up
RU
Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub FOTOLAR

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub FOTOLAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub. 

"Cebheinfo.az" xəbər verir ki, səfərin məqsədi media və Qeyri- Hökumət Təşkilatlarının nümayəndələrini xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub. 

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir: 

 “2025-ci ilin ilk 5 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 546 023 müraciət qeydə alınıb. Onlardan 219 180-i stasionar, 10 326 843-ü ambulator olub. Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 481 249 (4 889 729-u stasionar, 32 591 520-si ambulator olmaqla) olub”.

Elnur  Quliyev əlavə edib ki, TƏBİB-in kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə mütəmadi təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifovanın sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-da daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib: 

“Ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji (o cümlədən qeysəriyyə), LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır. Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. 

Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.

Daha sonra xəstəxananın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub, ardınca isə Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi və 10 kənd həkim məntəqəsi 350 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 70-dir: 

"Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya,  terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, fizioterapiya, laboratoriya fəaliyyət göstərir.

2023-cü il ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasına 75 min 600 ambulator, 790 stasionar və 10 min 200,  2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 12 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb.  2025-ci ilin ilk 5 ayında həyata keçirilən əməliyyatların ümumi sayı 155, doğum sayı 12, radioloji xidmətlərin sayı 22 min 900, laborator xidmətlərin sayı isə 65 min 800 olub”.

Günay Muradova bildirib ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub: 

"Region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb. Xəstəxana exokardiqrafiya (EXO), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, exokardioqrafiya
və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib - yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR, oftalmoloji, uroloji, laporoskopik və travmatoloji əməliyyatlarının icrasına başlanılıb”.

Əlavə olaraq, Günay Muradova xəstəxananın qarşısına qoyduğu hədəflər barədə də məlumat verib. O, 2025-cü ildə  əməliyyatların sayının artırılması,  Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsini xəstəxananın əsas məqsədləri kimi vurğulayıb. Daha sonra mediatur iştirakçıları xəstəxananın müvafiq şöbələrinə baxış keçiriblər və tibb müəssisəsində müayinə olunublar.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri