Icma.az
close
up
RU
Qocalıq xəstəliyi hesab edilirdi, gənclərdə də müşahidə olunur İş stresi ilə səhv salınır

Qocalıq xəstəliyi hesab edilirdi, gənclərdə də müşahidə olunur İş stresi ilə səhv salınır

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli nevroloq Həsən Armağan Uysal 65 yaşdan əvvəl ortaya çıxan demans halları ilə bağlı xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, Həsən Armağan Uysal demansın adətən yaşlılıq xəstəliyi kimi tanındığını, lakin bu problemin gənclərdə də müşahidə oluna biləcəyini bildirib:

"Keçmişdə yalnız yaşlılıq xəstəliyi kimi qəbul edilən demans, artıq gənc yaş qrupunda da getdikcə daha çox diaqnoz edilir. Erkən başlanğıclı demans (EBD), 65 yaşdan əvvəl meydana gələn demans növlərini əhatə edir".

Mütəxəssis qeyd edib ki, gənclərdə müşahidə olunan demansın əlamətləri tez-tez depressiya, narahatlıq və ya iş stressi ilə səhv salındığı üçün diaqnoz qoyulması çətinləşir və müəyyən gecikmələr yaşanır:

"Keçmişdə yalnız yaşlılıq xəstəliyi kimi qəbul edilən demans, artıq gənc yaş qrupunda da getdikcə daha çox diaqnoz edilir. Erkən başlanğıclı demans (EBD), 65 yaşdan əvvəl meydana gələn demans növlərini əhatə edir. EBD insanın həm iş, həm də sosial həyatına ciddi təsir göstərə bilər".

Altsheymer və digər demans növlərinin əsasən yaşlı əhali ilə əlaqələndirildiyini deyən Həsən Armağan Uysal sözlərini belə davam etdirib:

"Depressiya, narahatlıq və ya iş stressi ilə səhv salınan EBD-də diaqnoz gecikəndə həm xəstələr, həm də ailələri üçün ağır nəticələrə səbəb ola bilər. Xüsusilə davranış dəyişiklikləri ilə müşayiət olunan Altsheymer, kortikobazal degenerasiya və "Lewy cisimcikli demans" kimi xəstəliklərin erkən əlamətləri nəzərdən qaçırılmamalıdır".

45 yaşdan aşağı olan hallarda daha çox genetik faktorların təsirli olduğunu bildirən Həsən Armağan Uysal 2024-cü ildə aparılan araşdırmalar nəticəsində yüksək LDL xolesterin səviyyəsi və müalicə olunmamış görmə itkisi kimi risk faktorlarının demansa daxil edildiyini açıqlayıb.

"MRI, beyin-onurğa mayesi və PET kimi inkişaf etmiş göstərici və görüntüləmə üsulları sayəsində beyin şəbəkələrinin necə təsirləndiyi artıq daha yaxşı başa düşülür" deyən Həsən Armağan Uysal təqdimatında xolinergik müalicələr, həyat tərzi dəyişiklikləri və fərdiləşdirilmiş yanaşmalar barədə məlumat verib.

Həsən Armağan Uysal EBD-nin yalnız yaddaş itkisi ilə məhdudlaşmadığını, bəzi xəstələrdə davranış dəyişiklikləri, icraedici funksiyalarda pozulmalar, nitq itkisi və hətta vizual qavrayış pozğunluqları ilə başlaya biləcəyini vurğulayıb və əlavə edib:

"Buna görə də şəxsiyyət dəyişiklikləri, iş performansında qəfil azalmalar və sosial geriləmə də demans əlaməti ola bilər. Erkən diaqnoz qoyula bilsə, xəstəlik prosesini yavaşlatmaq, xəstəyə daha keyfiyyətli həyat təmin etmək və qulluq proseslərini təşkil etmək mümkün ola bilər. Lakin bunun üçün həm xəstə, həm də həkim məlumatlılığının artırılması vacibdir. Cəmiyyətdə bu mövzuda məlumatlılığı artırmaq üçün maarifləndirmə kampaniyaları keçirilməlidir. EBD sahəsində çalışan multidissiplinar mərkəzlər genişləndirilməlidir. Genetik testlər və biogöstəricilər daha əlçatan olmalıdır. Qulluq prosesləri gənc xəstələrin ehtiyaclarına uyğun planlaşdırılmalıdır".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri