Icma.az
close
up
RU
Qocalmanın qarşısını almaq mümkün olacaq

Qocalmanın qarşısını almaq mümkün olacaq

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Dünyada xüsusi insan kateqoriyası var ki, onlar 110 il və daha çox yaşayırlar. Belə uzun ömür sürən fərdlər qocalma mexanizmlərinin öyrənilməsi üçün tədqiqatçıların canlı laboratoriyası olublar. Araşdırmalar nəticəsində məlum olub ki, onların orqanizmi qocalma proseslərini yavaşıdır, yaşla bağlı xəstəliklərə davamlı olur və onilliklər ərzində həyati funksiyalarını qoruyub saxlamağı bacarır.
Reyting.az
-ın məlumatına görə, elmi araşdırmalar göstərir ki, bu cür superuzunömürlülərdə həm də xüsusi genetik profil mövcuddur. Sanki onların hüceyrələri "yavaş rejimdə işləmək" üçün təlimat alıb və bu da, onların yaşlanmanın dağıdıcı təsirinə qarşı formalaşmış təbii müqavimətini daha da artırır.
Genetiklər, həmçinin qocalma prosesləri zamanı çox böyük həlledici rol oynayan bir neçə əsas geni də müəyyən ediblər. Onların arasında "FOXO3", o cümlədən "SIRT1" genləri xüsusi yer tutur. Elmdə isə bu genlərə "uzunömürlülük genləri" deyilir.
"FOXO3" geni digər genləri idarə etməyi bacarır, eləcə də orqanizmin stressə, yəni zədələrə qarşı güclü və davamlı mübarizə qabiliyyətinə böyük təsir göstəririr. Tədqiqatlar göstərib ki, bu genin müəyyən variantları eyni zamanda bir insanın ömrünün uzunluğu ilə birbaşa əlaqəlidir. Bu fakt bir daha sübut edir ki, əslində, "FOXO3"-un qoruyucu variantlarına sahib insanlar uzunömürlü olurlar.
"SIRT1" geni isə elm aləmində "Sirtuin 1" adlanan zülalı kodlaşdırır. Alimlərin fikrincə, həmin zülal fasiləsiz şəkildə qocalma ilə əlaqəli çoxsaylı hüceyrəvi prosesləri tənzimləyir. O, hüceyrələrin özünübərpa mexanizmlərini aktivləşdirməklə yanaşı, həm də onları ağır zədələrdən qoruyur. Dünya genetiklərinin sözlərinə görə, artıq şübhə yoxdur ki, "SIRT1"-in beyin hüceyrələrində aktivləşdirilməsi insanın ömrünü daha əhəmiyyətli dərəcədə uzada bilər.
Alimlər vurğulayıblar ki, qocalma ilə bağlı əsas açar kəşflərdən biri telomerlərin rolunun başa düşülməsi olub. Çünki telomerlər xromosomların uclarında yerləşən qoruyucu strukturlar hesab edilirlər. Onlar isə molekulyar saat kimi fəaliyyət göstərir və proseslərin gedişi zamanı hüceyrə hər bölündükcə qısalmağa başlayırlar. Telomerlər tənqidi dərəcədə qısaldıqda hüceyrə bölünməni dayandırır və qocalır.
Buna görə də yavaş qocalan insanlardakı telomerlər bir ömür boyu adi insanlara nisbətən daha uzun qalır. Genetiklərin fikrincə, bunun səbəbi telomerlərin uzunluğunu bərpa etmə qabiliyyətinə malik telomeraza fermentinin yüksək aktivliyidir.
Rus alim Aleksey Olovnikov ilk dəfə telomer nəzəriyyəsini irəli sürüb. Olovnikovun nəzəriyyəsi uzunömürlülük mexanizmlərinin əsasını təşkil edə elmi özülə çevrilib.
Daha bir inqilabi kəşf epigenetik saatlar anlayışıdır. Bu sistem orqanizmin bioloji yaşını xronoloji yaşdan asılı olmayaraq müəyyən etməyə imkan verir. Bu saatlar, insan yaşa dolduqca, DNT-də baş verən tənzimləyici dəyişikliklərə əsaslanır.
Elm adamlarının gəldiyi qənaətə görə, ümumiyyətlə, qocalmanın sürəti cəmi 20 faizi genetikadan, qalan 80 faizdən çoxu epigenetik amillərdən, həyat tərzi və qidalanma, yuxu, eləcə də ruhi, fiziki aktivlikdən asılıdır. Bu isə o deməkdir ki, qocalma prosesini əhəmiyyətli dərəcədə yavaşlatmaq və yaxud sürətləndirmək mümkündür. Alimlər bunun üçün əsas rol oynayan şərtləri də sadalayıblar:
1. Bioloji yaş və xronoloji yaş fərqi
2. Bioloji yaşa təsir edən əsas amillər
3. Uzunömürlülüyə genin təsiri.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyul 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri