Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Qohumla evlilik qadağası gəlir, nikah idarələrinə axın var

Qohumla evlilik qadağası gəlir, nikah idarələrinə axın var

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 1-dən qanuna dəyişiklik qüvvəyə minəcək deyə ailələr “öz içində gəlin” axtarır

“Azərbaycanda qohum evliliklərini qadağan edən qanun qəbul ediləndən sonra qohum evliliyi edən şəxslər bunu sürətləndirib”.

Hurriyyet.az bildirir ki, bunu deputat Adil Vəliyev deyib. O qeyd edib ki, belə faktlar insanların heç də hamısının bu dəyişikliyə hazır olmadığını göstərir: “Qeyri-rəsmi nikah hallarının olması faktları da var. Bu faktlar məişət zorakılığı zəminində cinayət hadisəsi törədiləndə yayılır. Sabirabadda gənc qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli fakt oldu. O qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayıb, 16 yaşında isə həyata vida etdi. Çox təəssüfedici haldır ki, valideynlər deyirlər ki, ailədə hər şey baş verə bilər. Lakin əsas məqama toxunmurlar ki, qanuna 1 ilə yaxındır belə bir dəyişiklik olunub, amma 15 yaşında qız qeyri-rəsmi nikahda olub. ”Şüurda inqilab" məsələsi deyilən anlayış var. Düşünürəm ki, bizim mental dəyərlərimizdə problem var".Deputat təklif edib ki, qohum evliliklərinin qadağan olunması haqqında qanun iyulun 1-də qüvvəyə minəndən sonra intensiv monitorinqlərin həyata keçirilməsi üçün yeni mexanizmləri tətbiq edilsin: “Yeni monitorinqlərin nəticələri gələn ilin hesabatında yer almalıdır. Biz nəticəyə baxaq ki, Milli Məclisin əziyyəti heçəmi gedəcək, yoxsa qohum evliliklərində azalma olacaq? Əgər azalma tendensiyası olmasa, biz növbəti dəfə Cinayət Məcəlləsində daha sərt sanksiyaların qəbulu məsələsinə baxmalıyıq. Başa düşürəm ki, Cinayət Məcəlləsi liberallaşdırılması bizim dövlət siyasətidir. Amma qanuna dəyişikliklər statistikada effekt verməyəcəksə, Cinayət Məcəlləsində daha ağır sanksiyaların qəbulu məsələsinə baxmalıyıq”.

Qeyd edək ki, yaxın qohumlar arasında evliliyi qadağan edən qanun qəbul edilsə də, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanuna əsasən, xalaqızı-xalaoğlu, bibiqızı-bibioğlu, dayıqızı-dayıoğlu kimi qohumlar arasında nikaha girən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.

Qohum evlilikləri ilə bağlı dəqiq statistik məlumatlar ictimaiyyətə hər zaman açıq şəkildə təqdim olunmasa da, ekspertlər bu nikahların daha çox Azərbaycanın cənub və qərb bölgələrində, xüsusilə Lənkəran, Masallı, Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Gəncə ətrafı ərazilərdə daha geniş yayıldığını bildirirlər. Bu bölgələrdə qohum evlilikləri bəzən adət-ənənə, bəzən də “etibar edilən ailədən gəlin alma” düşüncəsi ilə əsaslandırılır.

Niyə qohum evlilikləri təhlükəlidir?

Mütəxəssislər bildirir ki, təkrar olunan qohum nikahları nəticəsində irsi xəstəliklərin yayılma ehtimalı xeyli artır. Genetik tədqiqatlar göstərir ki, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda anadangəlmə xəstəliklərə tutulma riski əhəmiyyətli dərəcədə yüksəlir. Bundan əlavə, bu cür nikahlar psixoloji travmalar, ailədaxili zorakılıq və sosial izolyasiya kimi problemləri də dərinləşdirir.Sosioloqlar və psixoloqlar vurğulayırlar ki, qanunvericilik dəyişiklikləri yalnız formal yanaşmalarla məhdudlaşmamalı, ictimai şüurda dəyişikliklərə nail olmaq üçün maarifləndirmə kampaniyaları aparılmalıdır. Bu kampaniyalar təkcə hüquqi məlumatlar deyil, həm də tibbi və psixoloji baxımdan riskləri əhatə etməlidir.

Beləliklə, qohum evliliklərinə qadağa cəmiyyətin genetik sağlamlığının qorunması, ailə institutunun möhkəmləndirilməsi və qadınların hüquqlarının müdafiəsi baxımından mühüm addımdır. Amma bu addımın uğurlu olması üçün tək qanunvericilik deyil, ictimai şüurda da dəyişikliklər baş verməlidir. Cəmiyyətin hazır olmadığı bir dəyişiklik yalnız rəqəmlərdə yox, real həyatda da nəticə verməyə bilər.Sosioloq Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Cəmiyyətimizdə hələ də mental qaydalar, mental təfəkkür öz hökmranlığını saxlayır. Ailələrin, xüsusilə də bu mövzuda daha həssas olmaları, əlbəttə ki, qohum evliliyinə gətirib çıxarır. Yəni yekunda hər bir valideyn istəyir ki, övladına tanıdığı ailənin və yaxud uzun müddət gördüyü şəxsin övladına üstünlük versin. Belə hallar mental yanaşmanın nəticəsidir. Hələ də cəmiyyət yad insanlara qarşı münasibətdə yüksək səviyyəyə çatmayıb. Bunun üçün biz müəyyən dövr ərzində beyinlərdə inqilab etməliyik ki, insanlar təkcə qohumluq evliliklərinə deyil, əlavə münasibətlərdə də müvafiq ünsiyyət və kommunikasiya qurmağı bacarsınlar ki, belə problemlər qarşıdakı dövrlərdə formalaşmasın”.Sosioloq qeyd edib ki, hazırda qanunvericiliyin tələbinə uyğun olaraq, məhz qohum evlilikləri ilə bağlı qərar qəbul olunub və iyul ayının 1-dən etibarən xalaqızı-xalaoğlu, bibiqızı-bibioğlu, dayıqızı-dayıoğlu kimi qohumluq münasibətləri əsasında ailə quranlar qanunvericiliyin tələbinə uyğun olaraq cərimələnəcəklər: “Lakin cəmiyyətimiz hələ də buna tam hazır deyil. Əksəriyyət də 1 iyul tarixinə qədər bu cür nikaha girməyə çalışır. Yaxşı olardı ki, insanlarımız tədricən bu cür düşüncədən uzaqlaşsınlar. Qanun qüvvəyə mindikdən sonra, əlbəttə ki, bu nikahların sayı azalacaq, lakin kəskin azalacağını proqnozlaşdırmaq mümkün deyil. Çünki müəyyən müddət proses davam edəcək. Yəqin ki, kəskin azalma yalnız qanun qüvvəyə mindikdən 5-6 il sonra müşahidə ediləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 May 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see218

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see142

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see139

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri