Icma.az
close
up
RU
Hamının maraqlandığı suala ƏN DOĞRU cavab: Qohumla ailə qurmaq düzgündür?

Hamının maraqlandığı suala ƏN DOĞRU cavab: Qohumla ailə qurmaq düzgündür?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

"Deyirlər, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib”, "A bala, gəl özümüzkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü atmaz” kimi deyimləri tez-tez eşidirik.

Yüz illərdir bu deyimlərə uyğun ailələr qurulur. Yəni, qan qohumları olan əmi, dayı, xala, bibi uşaqları evlənirlər. Bu hala təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də rast gəlinir. Dünya üzrə bağlanan nikahların 20 faizi qohumluq əlaqələri üzərində yaranır.

Faiz nisbəti ilə götürsək, hər il dünyada doğulan körpələrin 8,5 faizi qohum nikahlarından doğulur. Azərbaycanda isə hər yüz ailədən 20-si bu cür nikahlara üstünlük verir. Bu evliliklər cəmiyyətdə heç də birmənalı qarşılanmır. Mütəxəssislər belə evliliklərin çoxalmasını insanların bir-birinə inamsızlığı ilə əlaqələndirirlər. Boşanmaların sayı artdığından insanlar bir-birlərinə etibar etmirlər. Bəzən bu evliliklər də istənilən kimi alınmır və ağır fəsadlara gətirib çıxarır. Hətta cinayətlər belə baş verə bilər. Qohumlar arasındakı yaxınlıq əlaqələri varkən, bunu bir az da möhkəmlətməyə can atırlar. Məsələnin pis tərəfi odur ki, ailələr qohum nikahı üçün çox zaman övladlarına təzyiq edirlər.

Varlı, imkanlı tərəflər var-dövlətinin yad adama qalmasını istəmirlər. Qohum evlilikləri alınmayanda fəsadları daha acınacaqlı olur. Yaxın qohumlar arasında bağlar qırılır və hətta bu tendensiya ömürboyu davam edir. Araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir.

Başqa sözlə, bu risk 2 dəfə artmış olur. Dünyanın bəzi ölkələrində birinci dərəcəli qohum evliliyi tamamilə qadağan edilib. Almaniyada, Amerika Birləşmiş Ştatlarının 24 ştatında əmiqızı-əmioğlu evliliyi tamamilə yolverilməzdir. Qohum evliliyi göstəricisi Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə bu 0,56%-dir.

Suriya, Fələstin, Livan, Səudiyyə Ərəbistanı kimi İslam ölkələrində qohum evliliklərinin səviyyəsi aşağıdır. Türkiyədə vəziyyət, demək olar ki, Azərbaycanla eynidir. Ölkəmizdə qeydə alınan nikahların 56%-dən çoxu qohum evlilikləridir. Həkimlərin sözlərinə görə, ana bətnində heç bir problem yaşamayan, qüsuru olmayan körpənin dünyaya gədikdən sonra da müəyyən problemləri ortaya çıxa bilər.

Buna görə də, qohum evlilikləri zamanı hərtərəfli tibbi müayinədən keçmək vacib sayılır. Beləliklə, hərtərəfli, daha yaxından tanıma kimi cəhətlərə üstünlük verərək qohum nikahları seçənlər xəstə övladlarının dünyaya gələ biləcəyi ehtimalını unutmamalıdırlar. Əgər ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu nəzərə alsaq, demək qohum nikahlar heç də xoşbəxt ailə vəd etmir. (azerforum.com)

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri