Qondarma Abxaziyanın “prezidenti” istefa verməyə hazır olduğunu açıqladı
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qondarma Abxaziyanın “prezidenti” Aslan Bjaniya etirazçıların “hökumət” binalarını boşaltması şərti ilə istefa verməyə hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Deyirlər ki, mən Abxaziyadan getmişəm, amma bu yalandır, mən Abxaziyadayam. Biz öz hakimiyyətimizi qorumaq üçün yox, dövlətçiliyi qoruyub saxlamaq üçün toplaşmışıq. Prezident administrasiyasını ələ keçirənlər getməlidir”, - Bjaniya tərəfdarları ilə görüşündə bildirib.
Bjaniya bildirib ki, istefa verəcəyi təqdirdə “ölkəni” “vitse-prezident” Badra Qunba idarə edəcək. O, növbəti “prezident seçkiləri”ndə yenidən namizədliyini irəli sürəcəyini qeyd edib.
Qeyd edək ki, Abxaziyada etirazlar “parlament”in Rusiya ilə yeni investisiya sazişini təsdiqləmək niyyəti ilə bağlı başlayıb. Etirazçılar hesab edirlər ki, bu, rusiyalı iş adamlarına ədalətsiz üstünlüklər verəcək.
Noyabrın 15-də Suxumidə etirazçılarla polis arasında baş verən toqquşmalarda onlarla insan yaralanıb. Etirazçıların təzyiqi ilə “hakimiyyət” investisiya sazişi layihəsini “parlament”dən geri götürməyə söz verib.
Bu mövzuda digər xəbərlər:İşğal olunmuş Abxaziyanın yeni qondarma Prezidenti məlum olub
02 Mart 2025 23:54
Abxaziyanın “prezidenti” Aslan Bjaniya istefa verib
19 Noyabr 2024 08:27
Abxaziyanın qondarma parlamentində baş vermiş atışmada deputat ölüb AZƏRTAC
19 Dekabr 2024 17:12
Abxaziyanın defakto prezidenti Aslan Bjaniya istefa verib
19 Noyabr 2024 12:54
Abxaziyanın “prezidenti” kütləvi etirazlar fonunda “istefa” verib
19 Noyabr 2024 12:57
Baxış sayı:109
Bu xəbər 16 Noyabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















