Icma.az
close
up
RU
“Qonorar” əldən niyə getdi!?

“Qonorar” əldən niyə getdi!?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oxucular elə zənn etməsinlər ki, indi onlara “Maşın” realiti-şousunun incəliklərindən bəhs edəcəyik. Xeyr, burada söhbət sponsorun məşhur telelayihəyə qoyduğu sərmayədən daha böyük maliyyə vəsaitinin aqibətindən gedəcək.

Bu gün yalnız tənbəl adam Vaşinqtonda ABŞ Prezidentinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamədən danışmır. Mütərəqqi bəşəriyyətin bir nömrəli mövzusu məhz budur. Həmin Bəyannamə çərçivə sənədi, niyyət protokolu, Azərbaycan və Ermənistanın sülhə doğru bundan sonra hansı istiqamətdə hərəkət edəcəyini müəyyən edən diplomatik mesajdır. Görünən odur ki, bizə yaxın və uzaq ölkələr bunu təqdir edir və hər kəsi xoşbəxt görməyi arzuladıqlarını bildirirlər. Fəqət, bu tarixi günlərdə bayramımızı korlamağa, kefimizə soğan doğramağa cürət edənlər də var. Kimsə, o zarafatda deyildiyi kimi, mütləq qəhvəyi geyinməli və ətrafımızdakıların əhvalını pozmalıdır. Konqresmen Frank Pallone kimi. ABŞ-dakı erməni icmasına uzun müddət lobbiçilik edən və bu “missiyadan” yaxşı qazanan Pallone, Şiff, Pelosi və digər senator və konqresmenlərin “qara günlər”inin yaxınlaşdığını inamla söyləyə bilərik. Bəli, konqresmen Frank Pallone bu dəfə qəhvəyi pencək geyinib. Sözün düzü, əgər o, belə bir hadisə üçün başqa rəng seçsəydi, təəccüblü görünərdi. İntəhası, konqresmen və eyni zamanda, erməni lobbisinin görkəmli nümayəndəsi bu “pulgətirən” rəngə elə ürəkdən bağlanıb ki, ənənəni pozmağa iradəsi çatmayıb.

Beləliklə, konqresmenlər üzlərini sülh elçisi Donald Trampın əyləşdiyi Ağ Evə tutaraq deyirlər ki, Birləşmiş Ştatların “köçkün ermənilərin öz vətənləri Dağlıq Qarabağa təhlükəsiz, ləyaqətli və davamlı qayıtmasını təmin etmək” üçün mənəvi öhdəliyi var. Kökdən düşmüş mahnıdır. Bir il on bir ay bundan əvvəl bütün dünya şahidlik etdi ki, ermənilər Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etdilər. İndi onların geriyə – Azərbaycana qayıtmasına gəlincə, ...yenə zəruri xatırlatmaya ehtiyac var. Birincisi, hayların dediyiniz qayıdışı 1988-ci ilin sonundan etibarən Ermənistandakı ata-baba torpaqlarından etnik təmizləmə nəticəsində qovulmuş azərbaycanlılar əsrlər boyu yaşadıqları doğma yurdlarına qayıtdıqdan sonra, həm də yalnız fərdi qaydada mümkündür. Amma bu, heç də asan həll olunası məsələ deyil. İzah edim: Misal üçün, vaxtilə Xankəndi şəhərində yaşamış erməni vətəndaşlıq əldə etmək, ona Azərbaycan ərazisində yaşamaq icazəsi verilməsi xahişi ilə respublikasının müvafiq orqanlarına müraciət edir. Həmin müraciətə bizim rəsmi qurumlar diqqətlə, mikroskop altında baxırlar, hayın keçmişini hərtərəfli araşdırırlar. Birinci və İkinci Qarabağ müharibələrində birbaşa və dolayısı ilə iştirakı incələnir. Yəni, siz bu prosedurun vacibliyini başa düşdünüz. Axı, başqa cür ola da bilməz.

Düzünə qalsa, bütün bu pallonelərin, şifflərin və pelosilərin Ermənistan, “Artsax”, ordan könüllü çıxanların geri qayıtması məsələləri heç veclərinə də deyil. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan inkişaf edə, dünyaya açıla bilər. Sadaladığımız dayılar və bibilərdən ötrü Ermənistandan çox-çox uzaqlarda yaşayan erməni lobbisinin pulları maraqlıdır. Korrupsioner hay lobbiçilərdən Menendez və siffin artıq “təvazökar hədiyyələrə, silah alverinə, əcnəbi iş adamlarına “çətir” tutduqlarına görə yandıqlarının, həbsə atıldıqlarının şahidi olduq. Gözləyək görək, bu dəfə qalanlardan hansı başıaşağı “hay dərəsinə” yuvarlanacaq. Əgər bu məsələdə çətinlik yaranarsa, bizim müvafiq strukturlarımız ABŞ-ın müvafiq qurumlarına hər cür dəstəyi verməyə hazırdır və buna əmin ola bilərsiniz.

Bir daha haray-qışqırıq salanlara xatırlatmaq əbəsdir ki, o vaxt işğal olunmuş ərazilərdə yaşayan ermənilərə əllərini yuxarı qaldırıb tankdan çıxmaq və növbə ilə, itələşmədən Azərbaycan vətəndaşlığını qəbul etmək fürsəti verilmişdi. Pelosilər isə insan hüquqlarının pozulmasından, hətta etnik təmizləmədən dəm vururlar. Hətta 2023-cü ilin oktyabrında işğaldan azad edilmiş Qarabağa səfər edən BMT-nin faktaraşdırıcı missiyasının hesabatı onlar üçün sübut sayılmır. Çünki onlardan ötrü anlamaq məqsədi yoxdur, ittiham etmək vəzifəsi var. Ona görə də onları heç bir fakt, arqument maraqlandırmır. BMT-nin hesabatından sitat: “Faktaraşdırıcı missiya Xankəndi şəhərində olub, burada əhali və ictimaiyyət nümayəndələri ilə görüşüb, səhiyyə və təhsil sektorlarındakı vəziyyətlə şəxsən tanış olub. Missiya mülki və ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, habelə mədəni və dini infrastruktura hər hansı ziyanı müşahidə etməyib. Həmkarlarımıza nə yerli əhalidən, nə də başqalarından – mülki əhaliyə qarşı zorakılıq barədə heç bir məlumat daxil olmayıb”. Bundan sonra Kaliforniyadakı erməni diasporasının “yağlı qonorarından“ məhrum olmaq təhlükəsi ilə üzləşmiş senator və konqresmenlərə nəyisə başa salmağa, əks arqument təqdim etməyə nə ehtiyac var?

Yazımızın əvvəlində niyə məhz realiti-şounu yada saldığımızı və sərlövhəyə çıxardığımız mətləbi bizim tok-şouları sevə-sevə izləyən zövqlü və ağıllı tamaşaçımız əla başa düşdü. Burada qüsur axtaracaq bir şey yoxdur.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri