Icma.az
close
up
RU
Qonorar məsələsi: Yazıçılar necə düşünür?

Qonorar məsələsi: Yazıçılar necə düşünür?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ədəbiyyatı gündəminə tez-tez düşən bir məsələ də qonorar məsələsidir. Yazıçı-şairlər zaman-zaman haqlı olaraq ya qonorarın azlığından, ya da ümumiyyətlə, olmamasından şikayətlənir.

Təəssüflər olsun ki, sözügedən məsələ heç cür həllini də tapmır. Bu dəfə isə bu məsələni şair Şəhriyar Del Gerani qaldırıb.

Belə ki, o, AzTv-dən verilişə dəvət aldığı üçün 500 manat qonorar tələb edib, lakin onun bu tələbi cavabsız qalıb.

Sosial şəbəkə hesabında bu barədə məsələ qaldıran şair deyir:

“AzTv-dən zəng etmişdilər, verilişə dəvət edirdilər, qonorar tələb etdim, incidilər. Başa düşmürəm, dövlət büdcəsindən milyonlarla vəsait ayrılan bir televiziya kanalı üçün 500 manat qonorar nədir axı? Düzü, heç nə. Heç kəsin xətrinə dəyməsin, təkcə “azteve”yə aid deyil, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən heç bir kanal, qəzet, jurnal, sayt məni müsahibəyə qonorarsız dəvət etməsin. Müftə ziyalılıq xidməti bura qədər. Şəxsən mənim bir şair, yazıçı olaraq buna ehtiyacım yoxdur. Əgər doğrudan da məni öz profilinizdə görmək istəyirsinizsə, qonorar ödəməyi gözə alın.

Vurğulayaq ki, Şəhriyar Del Gerani həmkarlarını da bu çağırışa qoşulmağa çağırıb:

“Özünə, imzasına hörmət edən bütün qələm dostlarımı da bu tendensiyaya qoşulmağa dəvət edirəm. Qoşulanlar buyursunlar bu həştəqə. #azqonorar”

Gununsesi.info  yazıçı-şairlər arasında bu barədə sorğu keçirərək onların da istəyini öyrənib.

Yazıçı, şair Aqşin Yenisey deyir ki, müasir qaydalara görə, yaradıcı şəxs əsərlərini və fikirlərini satan bir sahibkardır:

“Bizim mədəni mühit sovet prinsiplərində ilişib qaldığı üçün yaradıcı şəxsləri ictimai nökər kimi görür. Yaradıcı şəxs xalqa təmənnasız qulluq etməlidir, ta acından, ya da xəstəlikdən ölənə kimi. Şairin acından ölməsi onun müqəddəsliyinə dəlalət edir. Düşüncə tərzimiz budur. Acından ölənə də dalınca vedrə bağlayırlar ki, ağlı olsaydı, özünə gün ağlayardı. Halbuki sovet ziyalısı xalqa təmənnasız xidmət etmirdi, xalqın “şotunu” ona hökumət verirdi. Düşünmürəm ki, kanallar hansısa yazıçı və şairə qonorar ödəsələr işlər düzələcək. Bolşevizm taledən ac doğulanların dini idi. Nə qədər ki, mədəniyyətimiz taledən ac doğulanların yaratdığı dəyərlər üzərində yaşamağa davam edəcək, layiq olanları zirzəmilərdə bit, fasiq olanları göydələnlərdə ət basacaq.”

Yazıçı Şərif Ağayar isə təklifin haqlı, lakin Azərbaycan reallığına uyğun olmadığını bildirir:

“Haqlı təklifdir, lakin Azərbaycan reallıqlarına uyğun deyil. Həm də bir az incə məsələdir. Səni mütəxəssis kimi çağırıb fikirlərindən istifadə edirlərsə, qonorar tələbin doğrudur, bəs veriliş sənin yaradıcılığına, tanınmağına, təbliğinə həsr olunubsa necə? Bizdə hər şey problemdir deyə, heç nəyi əlahiddə götürüb qərar vermək olmur. Analoqsuz ölkələr belədir. Yeri gəlmişkən, “analoqsuz”u vörd proqramı səhv söz kimi göstərir, tanımır. Hətta bu qədər orijinalıq yəni…”

O cümlədən yazıçı Vüqar Van da həmkarları ilə eyni fikirdədir və o da yaradıcı adamların özünə, gördüyü işə qiymət verməsinin lazımlığını bildirir:

“Şəhriyar tamamilə haqlıdır. İnsan özünə, gördüyü işə qiymət verməlidir. Xüsusən, düşüncə, fikir adamları. Çünki oxuyan adamın boş, mənasız danışmağı da maraqlı, qeyri-adi olur. Başa düşürəm ki, reallıq başqa cürdür. Ancaq istənilən halda hansısa bir formada bu ənənəni başlamaq lazımdır. Bəli, konkret danışmaq yaxşıdır. Bundan sonra belədir, çağırırsan qonorar ver çağır, çağırmırsansa da cəhənnəmə çağır. Qaldı ki, mənim qonorar tələb etməyimə, yaxşı bir atalar sözü var. Deyir, soruşdular ki, kimin başı qəşəngdir, tısbağa öz başını çıxartdı. İndi həmin söhbət olmasın, mənim bu yaşda qonorar istəməyim qıraqdan belə görünür. Ona görə heç vaxt qonorar tələb etməmişəm. Amma əgər əşhədü-billah Şəhriyarın bu tendensiyada dəstəyə ehtiyacı varsa, mən də “azqonorar” həştəqi ilə dəyərli şairimizin kompaniyasına qoşulacağam.

Şair Salam Sarvan isə məsələyə olan münasibətini cəmi bir cümlə ilə yekunlaşdırıb:

“AzTv-yə yaradıcılıq uğurları arzulayıram”

Orxan Saffari

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri