Qonşu davası başladı: Cahan ın yeni klipi səs salacaq!
Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uzun fasilədən sonra yaradıcılığına yeni nəfəs verən "Cahan" qrupu dinləyicilərinə yeni musiqi layihəsini təqdim edib.
OLAY yazır ki, kollektivin "Qonşudan qalma dala" adlı mahnısı və klipi artıq bütün rəqəmsal platformalarda yayımlanıb.
Mahnının sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsusdur. Aranjiman Taleh Ağayev, mix və mastering isə Tərlan Məmmədhüseynov tərəfindən hazırlanıb. Layihənin ideya müəllifi Rauf Sübhidir.
Vüqar Şəfiyevin prodüserliyi ilə ərsəyə gələn klip Qəbələ rayonunun Duruca kəndində lentə alınıb. Rejissor Aslan Qarayevin ekranlaşdırdığı layihədə Xəyal Elbəy, Elşən Salehli, Leyla Zakirova, Nubiyyə Mustafayeva, Fuad Mustafayev və Tavus Mustafayeva kimi aktyorlar rol alıblar.
Milli kolorit, yumor və ritmik süjeti ilə seçilən "Qonşudan qalma dala"nın dinləyicilər tərəfindən maraqla qarşılanacağı gözlənilir.
Baxış sayı:153
Bu xəbər 28 İyul 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















