Icma.az
close
up
RU
Qonşu ölkədə proqnoz verildi: cəbhələr toqquşacaq” bizi nə gözləyir?

Qonşu ölkədə proqnoz verildi: cəbhələr toqquşacaq” bizi nə gözləyir?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqustun 27-də Kamçatkada daha bir güclü zəlzələ olub. Bununla yanaşı, metereoloqlar bölgəyə qasırğanın da yaxınlaşdığı barədə xəbərdarlıq ediblər. Belə ki, avqustun 28-nə keçən gecə Saxalin vilayətində güclü leysan və sürəti saniyədə 30 metrə çatan küləyin əsəcəyi, gecənin ikinci yarısında isə sürəti saniyədə 33-35 metr olan qasırğanın Kuril adasına çatacağı gözlənilir. Bildirilir ki, belə güclü küləklər çox nadir hallarda müşahidə edilir və dağıntılara səbəb olur.

Qeyd edək ki, iyulun 30-da da Kamçatka sahillərində 8,8 bal gücündə güclü zəlzələ baş verib və bu, 1952-ci ildən bəri regionda ən güclü seysmik hadisə idi.

Belə təbiət hadisələri niyə təkrarlanır? Azərbaycanı da gözləyən xüsusi təhlükə varmı? 

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Yer kürəsinin 4,5 milyard illik tarixi ərzində həm endogen, həm də ekzogen proseslər müşahidə olunur:

“Zəlzələlər endogen proseslərə aiddir. Onlar Yer qabığında gedən termonüvə prosesləri, tavaların hərəkəti və qabığın yerdəyişməsi nəticəsində yaranır. Qasırğalar isə ekzogen proseslərdir, yəni atmosfer hadisələrindən qaynaqlanır. Hər ikisi müəyyən hallarda qarşılıqlı əlaqədə olsa da, elmi baxımdan onların birbaşa bağlılığı yoxdur. Qasırğalar, əsasən tropik bölgələrdə, dünya okeanı və sahil ərazilərində daha intensiv müşahidə olunur. Burada atmosfer təzyiqi fərqləri və cəbhələrin toqquşması nəticəsində güclü fırtınalar meydana gəlir. İqlim dəyişmələri fonunda bu qasırğaların intensivliyi, təsir gücü və yaranma arealları artır”.

Arzu Mustafayev

Ekoloq bildirib ki, qeyd edilən region Azərbaycandan xeyli uzaqda yerləşir:

“Lakin dağ sistemlərinin bir-biri ilə əlaqəsi səbəbindən tektonik hərəkətlər bəzən dolayısı ilə Qafqaz regionunda da cüzi təkanlarla hiss oluna bilər. Buna baxmayaraq, zəlzələ ilə qasırğanın birbaşa əlaqəsi elmi kontekstdə təsdiq olunmur. Bəzi fərziyyələrə görə, Günəş sistemi daxilində göy cisimlərinin tektonikaya təsiri mümkündür. Günəş və Ay tutulmalarının zəlzələ riskini artırdığı barədə müşahidələr mövcuddur. Məsələn, 1997-ci ildə Türkiyədə Günəş tutulmasından sonra Mərmərə zəlzələsi baş verib. Lakin bu yanaşma elmi ictimaiyyət tərəfindən tam qəbul olunmayıb.

Qasırğalar dağıdıcı atmosfer hadisələri kimi əvvəlcədən müəyyən qədər proqnozlaşdırıla bilir. Bu səbəbdən çay vadilərində yaşayan əhalinin evakuasiyası, hava və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması kimi tədbirlər görülür. Böyük dövlətlər fövqəladə hallar proqramları vasitəsilə belə risklərin nəticələrini minimuma endirməyə çalışır və insan sağlamlığını əsas prioritet kimi ön plana çəkirlər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri