Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Qonşularını döyən şəxsə cəza verildi KONKRET

Qonşularını döyən şəxsə cəza verildi KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Faiq Məmmədlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 18 oktyabr 2024-cü il tarixdə səhər saat 07 radələrində paytaxt ərazisində baş verib. Belə ki, təqsirləndirilən Faiq Məmmədli avtomobilini idarə edərək yaşadığı ünvanın qarşısından uzaqlaşmaq istəyərkən qonşusu, zərərçəkmiş Mahir Səfərovla (adı, soyadı şərtidir) aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin avtomobilinin onun həyətdən çıxışına maneə yaratması olub.

İstintaqın müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs bu cüzi səbəbi bəhanə edərək ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Mahiri nalayiq ifadələrlə təhqir edib və ictimai qaydanı kobud şəkildə pozub. Daha sonra o, zərərçəkmiş şəxsinnin idarə etdiyi avtomobilin qapısını açaraq ona hücum edib və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Mahir Səfərov sağ alt göz qapağı və gözaltı nahiyədə qançır xəsarətləri alıb.

Bununla kifayətlənməyən Faiq avtomobilindən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək xuliqanlıq hərəkətlərini davam etdirib və zərərçəkmiş şəxsə qarşı zor tətbiq edəcəyi ilə hədələyib.

Münaqişənin daha da böyüməsinin qarşısını almaq məqsədilə hadisəyə müdaxilə edən zərərçəkmiş Saleh Nəsirov (adı, soyadı şərtidir) təqsirləndirilən şəxsə müqavimət göstərib. Bu zaman Faiq bıçaqla zərbələr endirərək Salehə sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, həmçinin sağ əlin ikinci barmağında kəsilmiş yara xəsarəti yetirib. Ekspertiza rəylərinə əsasən, həmin xəsarətlərdən biri sağlamlığa yüngül zərərvurma, digəri isə sağlamlığa zərərvurmayan xəsarət kimi qiymətləndirilib.

İttihama görə, hadisələr bununla da yekunlaşmayıb. Belə ki, həmin gün – 18 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında zərərçəkmiş Zahid Səfərovla (adı, soyadı şərtidir) qarşılaşıb. Zahid ona Mahirlə baş vermiş münaqişəsi ilə bağlı irad bildirib. Təqsirləndirilən şəxs isə bu iradı bəhanə edərək xuliqanlıq niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Faiq yaşadığı evin həyətinə gedərək oradan götürdüyü baltanı silah qismində istifadə edib və yenidən ictimai qaydanı kobud şəkildə pozaraq Zahidə hücum edib. Təqsirləndirilən şəxs baltanın tiyəsi ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə iki dəfə zərbə endirib. Hadisə nəticəsində Zahid Səfərovun baş beynin əzilməsi, beyin toxuması və qişalarına qansızma, pnevmosefaliya, sağ təpə sümüyünün qəlpəli yerdəyişmiş sınığı və alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan ağır bədən xəsarətləri alıb. Ekspertiza rəyinə əsasən, həmin xəsarətlər insan həyatı üçün təhlükəli hesab olunub.

Lakin Saleh və hadisə yerinə toplaşmış digər şəxslərin müdaxiləsi nəticəsində təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırılıb. Zahid isə vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilib və həyatını xilas etmək mümkün olub. Bu səbəbdən təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini sona çatdıra bilməyib.

İstintaq orqanı tərəfindən Faiq Məmmədli Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. Lakin birinci instansiya məhkəməsi ittihamın hüquqi tövsifini dəyişib. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilib və o, həmin epizod üzrə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub.

Bununla yanaşı, istintaq orqanı tərəfindən irəli sürülmüş 29,120.2.2-ci maddələr üzrə ittiham da dəyişdirilərək təqsirləndirilən şəxsin əməli 29,120.1-ci maddə ilə tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, məhkəmənin qərarının ləğv olunmasını və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək daha ağır cəza təyin olunmasını xahiş edib. Digər tərəfdən, təqsirləndirilən şəxs də apellyasiya şikayəti verərək törətdiyi əməlın Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini və barəsində həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilərək daha yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Mart 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri