Icma.az
close
up
RU
Qorbaçov Anara nə söz veribmiş? Vasili Konovalov dedi ki...

Qorbaçov Anara nə söz veribmiş? Vasili Konovalov dedi ki...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"1990-cı il 20 Yanvar hadisələri baş verən gün evimizdə idim. Avtobuslar keçirdi, cavanlar avtobusların açıq qapılarından sallanıb gedirdilər. Fikirləşirdim ki, bunların qarşısını almaq mümkün deyil. Onlar ölümə gedirdilər. Çox ağır bir hiss idi, çünki heç nə edə bilmirdik. Bilirdik ki, onları tanklar, avtomatlar gözləyir, amma onlar gedirdilər".

Bunu Oxu.Az-a videomüsahibəsində Xalq yazıçısı Anar deyib.

Anar o dövrdə baş verən hadisələrə görə Moskvaya ilk etiraz məktubunun yazılmasından da danışıb:

"Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından 20 gün sonra Parisdə çıxış edən akademik Abel Aqambekyan (o, M.Qorbaçovun iqtisadiyyat üzrə müşaviri idi) Qarabağın Ermənistana verilməsini təklif etdi. O, çıxışında demişdi ki, Qarabağı Azərbaycandan alıb Ermənistana vermək lazımdır, bu barədə rəhbərliklə də, yəni M.Qorbaçovla biz razılaşmışıq.

Həmin çıxışın dərc olunduğu qəzet beş gün sonra Bakıya çatdı. Bakıya çatan kimi biz elə olduğumuz bu otaqda yığışdıq - mən və bir neçə yazıçımız, etiraz məktubunu M.Qorbaçova mən yazdım, hamımız imza atdıq və göndərdik.

Təxminən bir həftədən sonra ovaxtkı Mərkəzi Komitənin ikinci katibi olan Vasili Konovalov mənə hökumət telefonu ilə zəng etdi və dedi ki, məktubunuz M.Qorbaçova çatıb. M.Qorbaçov dedi ki, Azərbaycan yazıçılarını arxayın edin, heç bir sərhəd dəyişikliyi olmayacaq, Qarabağ necə ki Azərbaycanın tərkibindədir, elə də qalacaq.

Mən deputat olanda bir neçə dəfə M.Qorbaçovla görüşmüşəm, onda da bu sözləri təkrar edib. Sözdə bunu deyirdi, rəsmi olaraq, doğrudan da, Qarabağı Ermənistana vermədi, amma gah Volskinin başçılığı ilə komitə yaranırdı, gah başqa bir şeyi Azərbaycanın tabeliyindən çıxarıb onlara verirdi. Hətta onların Yazıçılar Birliyi bizim şöbəmiz idi. Onu Azərbaycandan çıxarıb birbaşa SSRİ-yə tabe etdirmişdilər. Onda da biz onların Yazıçılar Birliyinə etiraz məktubu yazdıq ki, Qarabağ Azərbaycanın tərkibindədir, bu Yazıçılar Birliyi də bizim bir bölməmizdir. Nə haqla siz bunu ayırırsınız? Yəni həmin ərəfədə 10-15 etiraz məktubunu şəxsən mən yazmışdım Moskvaya..."

Xalq yazıçısı, eyni zamanda, o dövrdə ermənilərin Azərbaycandakı mövqeyindən və 20 Yanvar hadisələrinin Azərbaycan ədəbiyyatında nə dərəcədə yer aldığından da danışıb.

Daha ətraflı videomüsahibədə:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri