Icma.az
close
up
RU
Qorxma qorxma taktikası: Avropa liderləri Zelenskiyə “ruh vermək” üçün növbəyə düzülüblər

Qorxma qorxma taktikası: Avropa liderləri Zelenskiyə “ruh vermək” üçün növbəyə düzülüblər

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna ABŞ Prezidenti Donald Trampın öz ərazilərini vermək təklifi ilə razılaşmamalıdır. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın ARD telekanalına müsahibəsində deyib. Onun fikrincə, Amerika liderinin təklif etdiyi atəşkəs şərtləri daha çox kapitulyasiyaya bənzəyir: 

"Kiyev açıq şəkildə bilir ki, xoş niyyətlə razılaşdırılmış davamlı atəşkəsə nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli ola bilər. Lakin onlar, şübhəsiz ki, Amerika prezidentinin son təklifi qədər uzağa getməyəcək, ya da getməməlidir". Nazir vurğulayıb ki, Ukrayna belə şərtləri bir il əvvəl təkbaşına da əldə edə bilərdi: "Bu təslim olmaq kimi görünür".



AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı Sherg.az-a bildirib ki, Avropa sona qədər Ukraynaya “təslim olma, arxandayıq” mesajını, vədlərini verəcək:


“Amma bu dəstək sözlərdən başqa o tərəfə getməyəcək. Artıq Qərb dünyası Ukrayna savaşının sona doğru getdiyini görməkdədir. Sadəcə bunun ömrünü uzatmağa çalışır. Məqsəd də Rusiya nə qədər zəifləyirsə zəifləsin hədəfini gerçəkləşdirməkdir. Alman müdafiə nazirinə sual vermək lazımdır ki, Ukraynaya indiyə qədər hansı dəstəyi verdiniz? Hətta bir vaxtlar Ukraynaya Almaniyanın silah yardımı etməyəcəyindən bəhs edirdilər. Həmçinin bunun üçün Avropanın digər ölkələri ilə “üz-göz” də olmuşdular. İndi bəs nə oldu? Görürlər ki, Amerika tamamilə fərqli xətt götürüb. Dərhal  Avropa ölkələrinin liderləri Zelenskiyə “ruh vermək” üçün növbəyə düzülüblər. Alman müdafiə naziri bilmir ki, cəbhə xəttində güc nisbəti rusların xeyrinədir. İndi Kiyev atəşkəsə getməyib nə etsin? Yeni-yeni ərazilər itirməyə davam etsin? O qədər canınız yanırsa, ən nəhayətdə Ukraynanın hava məkanını bağlayın, canlı qüvvə ilə yardım edin. Bunları son 3 ildən  artıq  müddətdə etməmisinizsə, demək sizlərin dərdi Ukrayna deyil. Yaxşı bilirlər ki, Rusiya tutduğu ərazilərdən çıxmayacaq və əməliyyatları davam etdirəcək. Bu isə Ukraynanın yeni-yeni ərazilərinin itirilməsi ilə nəticələnəcək”.


Ekspert söyləyib ki, burada yeganə çıxış yolu tərəflər öz mövqeyində qalmaq şərti ilə atəşkəsin əldə olunmasıdır:

“Avropa ölkələri isə yaxşı anlayır ki, bu da Rusiyanın qələbəsi demək olacaq. Yaxşı bunu istəmirsinizsə, o zaman Kiyevə hərtərəfli dəstəyinizi göstərin. Hazırda Ukraynada iki slavyan xalqı həyatını itirir, nəhayət tərəflər bunu anlamalıdır. Ortaq razılığın yolları tapılmalıdır. Əks halda bu savaşda qalib Qərb dünyası olacaq. Bir insanlarının da burnu belə qanamır, amma tərəflərdən sayılırlar. Sonda nəticənin bölüşdürülməsində masa ətrafında yer alsalar, kimsə təəıccüblənməsin. Qərb dünyası tarix boyu belə olub, bu cür də davam edib. Yaxın keçmişdəki II dünya müharibəsini unutmamaq lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri