Aktau sakinləri qan vermək üçün növbəyə düzülüblər VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktau sakini Almaz Bekjanov Qan Mərkəzindən "Azərbaycan Hava Yolları"nın qəzaya düşən sərnişinləri üçün qan verdiyini əks etdirən video yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tengrinews.kz saytı yazıb.
Kişi daimi donor olduğunu və tez-tez qan verdiyini söyləyib. Faciədən sonra o da kənarda qalmamaq qərarına gəlib.
“Bu gün səhər tezdən (dekabrın 26-da) gəldim ki, növbəsiz qan verdim, ancaq gördüm ki, növbədə 40-a yaxın adam var. Nəhayət saat 10-da qan verib işə getdim", deyə o, qeyd edib.
Onun sözlərinə görə, qan verməyə istər mülki şəxslər, istərsə də hərbi hissələrdən əsgərlər gəlirlər.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 26 Dekabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















