Icma.az
close
up
RU
Qorxudan Qrenlandiyanı ABŞ yə təslim edəcəklər

Qorxudan Qrenlandiyanı ABŞ yə təslim edəcəklər

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiyanın suverenliyi ilə bağlı xəbərdarlığını lağa qoyub. Medvedev Avropa ölkələrinin ABŞ qarşısında aciz olduğunu iddia edərək, Makronun hədələrini mənasız adlandırıb.

Milli.Az xəbər verir ki, hadisənin əsası Fransa lideri Makronun "Qrenlandiyanın suverenliyi pozulacağı təqdirdə bunun misli görünməmiş zəncirvari nəticələri olacaq" bəyanatından sonra başlayıb. Medvedev bu sözlərə sosial media vasitəsilə olduqca sərt və təhqiramiz ifadələrlə reaksiya verib.

Medvedev Makronun açıqlamalarını lağlağı ilə tənqid edərək bildirib: "Fransız xoruzu deyir ki, Danimarkanın suverenliyinə toxunulsa, nəticələr görünməmiş olacaq. Aman Tanrım, nə edəcəklər? ABŞ prezidentini qaçıracaqlar, yoxsa Amerikaya nüvə zərbəsi endirəcəklər?" Rusiyalı rəsmi Avropa ölkələrinin Vaşinqtona qarşı heç bir real addım ata bilməyəcəyini, sadəcə "qorxudan Qrenlandiyanı təslim edəcəklərini" iddia edib.

Dmitri Medvedev çıxışında daha da irəli gedərək Donald Trampı hədəf alan bir ssenari paylaşıb. O iddia edib ki, əgər ABŞ prezidenti tələsməsə, Qrenlandiyada qəfil referendum keçirilə bilər və ada əhalisi Rusiyaya qatılmaq üçün səs verər. Medvedevin fikrincə, təxminən 55 min sakini olan ada Rusiya Federasiyasının nəzarətinə keçə bilər.

Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2026 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri