Icma.az
close
up
RU
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?

Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Payız-qış aylarında qrip və digər mövsümi virus infeksiyalarının yayılması halları artır.

Xüsusilə məktəblərdə, iş yerlərində və insanların sıx olduğu məkanlarda yoluxma riski yüksəlir. Belə dövrlərdə qoruyucu tədbirlərə əməl etmək həm fərdi sağlamlığın qorunması, həm də infeksiyaların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs mövsümi xəstəliklərdən qorunmaq üçün hansı tədbirlər görülməlidir? Xəstəliyə yoluxan şəxslər başqalarını yoluxdurmamaq üçün nələrə diqqət etməli, hansı hallarda həkimə müraciət etməlidirlər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, payız aylarında xəstəliklərin geniş yayılmasının əsas səbəblərindən biri infeksiyaların insanlar arasında sürətlə ötürülməsidir:

"Ümumiyyətlə, xəstəliklər payız aylarında geniş yayılır. Məktəblərdə bir nəfər xəstələndikdə, ətrafındakı xeyli insan da eyni xəstəliyə yoluxur. Bu, niyə baş verir? Bir şəxs adətən soyuq hava şəraitinə uyğun geyinmədikdə, immun sistemi zəiflədikdə və ya soyuqladıqda xəstələnə bilər. Belə hallarda virus infeksiyalarına yoluxma riski artır. Xəstəlik yoluxucu olduqda isə həmin şəxs asqırıb-öskürməklə virusları ətrafa yayır və digər insanların tənəffüs yollarına keçməsinə səbəb olur. Daha sonra həmin şəxs işə, məktəbə və ya auditoriyaya gedir, orada da asqırıb-öskürərək başqalarını yoluxdurur. Beləliklə, qısa müddətdə xeyli insan xəstələnə bilir”.

Professorun sözlərinə görə, xəstəliklərin yayılmasında insanların qoruyucu tədbirlərə əməl etməməsi də mühüm rol oynayır:

"Bu gün Bakıda da soyuqdəymə əlamətləri ilə xəstələnənlərin sayı kifayət qədərdir. Təəssüf ki, xəstə insanların çoxu maskadan istifadə etmir. Halbuki onlar düşünməlidirlər ki, ətrafdakı sağlam insanlar niyə xəstələnsinlər? Bizdə ümumilikdə ictimai məsuliyyət və şüur səviyyəsi aşağıdır. İnsan həm özünü qorumalı, həm də ətrafındakı insanları yoluxmaqdan qorumalıdır. Təəssüf ki, bu yanaşma hər zaman müşahidə olunmur və problemlər də məhz buna görə yaranır”.

A. Qeybulla qeyd edib ki, bəzi ölkələrdə xəstəliklərin yayılmasının qarşısını almaq üçün maskadan istifadə etmək gündəlik vərdişə çevrilib:

"Məsələn, Yaponiya kimi ölkələrdə maskadan istifadə etmək artıq bir normaya çevrilib. İnsanlar xəstə olduqları zaman həm özlərini, həm də ətrafdakıları qorumağa çalışırlar. Təəssüf ki, COVID-19 pandemiyası da bu baxımdan hər kəs üçün ciddi dərs olmalı idi. Digər bir problem isə maskadan düzgün istifadə edilməməsidir. Maska taxan insanların bir çoxu onu ağızlarına düzgün yerləşdirmir, burunlarını açıq saxlayır, maskanı tez-tez aşağı çəkib yenidən qaldırırlar. Bu halda maskadan istifadənin effektivliyi azalır”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Oktyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri