Icma.az
close
up
RU
Qripdən qorunmaq üçün ən effektli üsul Həkim tövsiyəsi

Qripdən qorunmaq üçün ən effektli üsul Həkim tövsiyəsi

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, həkim Nurten Elkin qrip və soyuqdəyməyə haqqında geniş məlumat verib.

Nurten Elkin bildirib ki, hərarət, halsızlıq, boğaz ağrısı, öskürək, burun axıntısı, burun tıxanması, baş ağrısı, əzələ və oynaq ağrıları qripin ən sıx görünən əlamətləridir: "Bu şikayətlər adətən 7 gün davam edir, sağalma müddəti 1-2 həftəyə qədər uzana bilər. Yoluxma öskürək və söhbət əsnasında damcıların ətrafa yayılması və sağlam insanların onları tənəffüs qəbul etməsi nəticəsində baş verir. Öpüşmək, əl vermək, bir metrdən çox yaxın təmas da xəstəliyin mühüm yoluxma yollarından biridir. Virus qapı cəftəsi, masa, stəkan kimi səthlərdə 2-8 saat canlı qala bilir”.

Loğman qrip və soyuqdəymə əlamətlərinin fərqli olduğunu bildirib: "Qripdə, öskürək, halsızlıq olur, hərarət 38 dərəcədən yuxarıdır, baş ağrısı kəskindir, burun axıntısı, öskürək və boğaz ağrısı daha azdır. Soyuqdəymədə isə xəstəlik tədricən başlayır, burun axıntısı, öskürək və boğaz ağrısı şiddətlidir. Halsızlıq, baş ağrısı və öskürək daha az görülən əlamətlərdəndir".

O, xəstəliyin risk qruplarının fərqli olduğunu dilə gətirib: "Xəstəlik uşaqlıqdan yaşlılığa qədər bütün yaş qruplarına təsir edir. Amma bəzi insanlar xəstəliyi daha ağır keçirə bilər. Bu risk qruplarına: 65 yaş və daha yuxarı yaş, 2 yaşdan aşağı şəxslər, uzun müddət aspirin istifadə etməli olanlar, şəkər xəstəliyi, o cümlədən hər hansı bir metabolik xəstəliyi olanlar, astma, o cümlədən xroniki tənəffüs yolu xəstəliyi olanlar, xroniki böyrək xəstəliyi olanlar, xroniki ürək və damar xəstəliyi olanlar, immunitet sistemi zəif olanlar, xərçəng xəstələri, immunsupresif dərman istifadə edənlər, həddindən artıq çəkili olanlar daxil edilir.

Xəstələrin çoxu hər hansı bir tibbi müalicə almadan bol maye və yataq istirahəti ilə sağala bilir, amma risk qrupunda olan insanlar xəstəliyi daha ağır keçirir. Bu səbəblə bu qrupdakı xəstələr mütləq həkimə müraciət etməlidir.

Antibiotiklərin qrip və soyuqdəymə müalicəsində yeri yoxdur.

Risk qrupundakı insanlar mütləq həkimə müraciət etməli və öskürək zamanı kağız salfetlərdən sadəcə bir dəfə istifadə etməli və istifadə etdikdən sonra ətrafa təmas etdirmədən zibilə atmalıdırlar. Xəstələrin ictimai məkanlara daxil olmaması və bol maye qəbul edərək yataqda istirahəti etməsi lazımdır”.

Nurten Elkin əlavə edib ki, xəstəlikdən qorunmağın ən effektiv yolunun hər il peyvənd olmaqdır: "Qrip peyvəndləri effektivdir və bütün dünyada 60 ildən çoxdur ki, istifadə edilir. Dünya Səhiyyə Təşkilatı hər il virus dəyişikliklərini təqib edərək peyvənd üçün yeni tərkiblər hazırlayır. Bu səbəbdən hər il qrip vaksinlərinin tərkibi Dünya Səhiyyə Təşkilatının təklifləri nəzərə alınaraq hazırlanır. Qrip peyvəndi qrip mövsümü ərzində (oktyabr-mart aylarında) vurulmalıdır" dedi.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri