Icma.az
close
up
RU
Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? TƏBİB açıqlayır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? TƏBİB açıqlayır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qripə qarşı peyvəndin qrip mövsümü başlamazdan əvvəl vurulmasını tövsiyə edir. Peyvənddən sonra immun cavabın və qoruyuculuğun formalaşması üçün 10–14 gün tələb olunur. Bu baxımdan, qripə qarşı peyvənd olunmaq istəyən şəxslərin vaksinasiya prosesini payız aylarında, qrip mövsümü başlamazdan əvvəl planlaşdırması məqsədəuyğundur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, peyvəndin konkret tətbiq vaxtı isə ölkədə vaksinlərin əlçatanlığı və qripin mövsümi epidemioloji xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

Qrip peyvəndinin hər il tətbiq olunmasının əsas səbəblərindən biri isə qrip viruslarının daim dəyişməsidir. Qrip viruslarının dövr edən ştamları mövsümdən mövsümə dəyişə bildiyindən, ÜST hər il yeni vaksinin tərkibinə dair tövsiyələr hazırlayır. Eyni zamanda, peyvənd nəticəsində formalaşan immun müdafiə zaman keçdikcə zəifləyə bilər. Bu səbəbdən yeni mövsümdə təkrar vaksinasiya tövsiyə olunur.

Vurğulanıb ki, qripə qarşı peyvənd, ilk növbədə, qrip infeksiyasının ağırlaşmaları baxımından daha yüksək riskə malik şəxslər üçün xüsusilə əhəmiyyətlidir. ÜST tərəfindən prioritet qruplar sırasında yaşlı şəxslər, kiçik yaşlı uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri və immun çatışmazlığı olan şəxslər və tibb işçiləri qeyd olunurlar. Tibb işçilərinin vaksinasiyası həm onların özlərinin qorunması, həm də həssas pasiyentlərə infeksiyanın ötürülməsi riskinin azaldılması baxımından əhəmiyyət daşıyır.

Müxbir - Günel Türksoy

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri